Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

NATO-nun yeni mənzil-qərargahı1 milyard avroya başa gəlib

Tarix 25.05.17, 1:50

Font ölçüsü : - / +
bitmap-img6


Belçikanın Baş naziri Şarl Mişel Brüsseldə NATO-nun sammitinin keçiriləcəyi gün alyansın yeni mənzil-qərargahının açarlarını Yens Stoltenberqə təhvil verəcək.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, mərasim elə həmin gün alyansın sammitinin keçiriləcəyi NATO-nun yeni binasının rəsmi açılışı ilə əlaqədardır. Diplomatik mənbələrin məlumatına əsasən, əməkdaşların yeni mənzil-qərargaha tam miqyaslı köçürülməsi ilin sonunda başa çatacaq. Hazırda yeni binada Şimali Atlantika Blokunun mənzil-qərargahının 4 mindən artıq əməkdaşından yalnız 300 nəfəri işə başlayıb.

Xatırladaq ki, NATO-nun mənzil-qərargahı 1967-ci ildə, Fransanın alyansın hərbi strukturundan çıxmaq barədə qərarından sonra Brüsselə köçürülüb. 30 il sonra NATO-nun binasının genişləndirilməsinə ehtiyac yaranıb. 1999-cu ildə alyansın dövlət və hökumət başçıları Vaşinqtonda keçirilən sammitdə yeni mənzil-qərargahının tikilməsi barədə razılığa gəlib.

Şüşə və metal konstruksiyadan ibarət yeni bina 41 hektarlıq ərazidə inşa olunub. Binanın tikintisi və mənzil-qərargahın köçürülməsi ilə birgə proqramın ümumi dəyəri 1 milyard avro həcmində qiymətləndirilir.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap