Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Naxçıvanda duz istehsalı niyə dayandırılıb? - AÇIQLAMA

Tarix 25.10.25, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan deyiləndə ilk olaraq bu qədim diyarın simvollarından biri olan duz yada düşür. Əsrlər boyu keyfiyyəti və təbii tərkibi ilə seçilən Naxçıvan duzu bölgənin ən məşhur nemətlərindən biri sayılıb. Lakin hazırda vəziyyət fərqlidir, Naxçıvanda yerli duz tapılmır.

Sakinlərin sözlərinə görə, artıq bir neçə aydır ki, satışda Naxçıvan duzu yoxdur. Onlar bildirirlər ki, hazırda mağazalarda Türkiyədən və digər ölkələrdən gətirilən duzlar satılır, lakin bu duzlar yerli duzun dadını və keyfiyyətini əvəz etmir.

"Gözümüzü açıb Naxçıvan duzu görmüşük, indi xaricdən gələn duzlar bizə uyğun gəlmir" - deyə sakinlərdən biri bildirib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, duz dağ massivində yerləşən 5 №-li duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi məqsədilə işlər aparıldığından duz çıxarılması müvəqqəti dayandırılıb. Gələcəkdə istehsal prosesinin daha yüksək keyfiyyətdə təşkil olunması nəzərdə tutulur. Bu səbəbdən "Naxçıvan Duz İstehsalı" MMC-də hazırda istehsal və qablaşdırma prosesi həyata keçirilmir./Milli.az/



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap