Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA

Tarix 24.10.25, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


KOBİA-nın keçirdiyi satınalma müsabiqlərində bəzi şübhəli məqamlar var.

Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləmək məqsədi ilə 2017-ci ildə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ötən müddət ərzində bir sıra uğurlara nail olub, xeyli sayda startap layihələrə dəstək verib. Bununla belə, KOBİA-nın keçirdiyi satınalma müsabiqlərində bəzi şübhəli məqamlar var.
 
Məlumat üçün deyək ki, KOBİA İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərsə də, müstəqil olaraq dövlət satınalmaları həyata keçirir.

Qurumun keçirdiyi satınalma müsabiqələrindəki şübhəli məqamlara gəlincə, bu, daha çox qalib şirkətlərlə bağlıdır.

Məsələ burasındadır ki, KOBİA-nın keçirdiyi bəzi tenderlərdə qalib gələn şirkətlərin adına heç yerdə rast gəlinmir. Həmin şirkətlərin KOBİA ilə bağladığı satınalma müqavilələrinin maliyyə dəyəri bəzən milyon manatı keçir.

AzFakt.com xəbər verir ki, belə şirkətlərdən biri də "360Marcom" MMC-dir. Şirkət 2016-cı ilin iyul ayının 14-də təsis edilib. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Şirəli Kamal oğludur. "360Marcom" MMC-nin yarandığı müddətdən 8 ilə yaxın zaman keçsə də, açıq mənbələrdə bu şirkətin sertifikat və lisenziyaları, əlaqə telefonu, faktiki ünvanı, ümumi fəaliyyəti barədə heç bir məlumatlara rast gəlinmir.
 
Ötən bu 8 il ərzində heç bir dövlət büdcəli qurumun satınalmasında qalib ola bilməyən "360Marcom" MMC nədənsə 2021-ci ildən başlayaraq KOBİA-nın keçirdiyi satınalma müsabiqələrində qalib elan edilib.

“360Marcom” MMC ilə KOBİA arasında satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 1 milyon 200 min manatdan çoxdur. 
 
1. Lot: "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Badamın daxili satış kanallarının araşdırılması” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması". Məbləğ - 13.511. Tarix - 02.11.2021

2. Lot: "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması”, “Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması” və “Pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması” layihələri üzrə daxili bazar araşdırmasının aparılması xidmətlərinin satın alınması". Məbləğ - 50.406. Tarix - 02.11.2021.

3. Lot: "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Lənkəran, Astara və Lerik rayonlarında "Kənd yerlərində sahibkarlığın və özünüməşğulluğun təşviqi və yeni sahibkarlıq subyektlərinin təsisini təmin etmək məqsədilə məsləhət və təlim xidmətləri"nin satın alınması". Məbləğ - 279.955. Tarix - 02.11.2021.
 
4. Lot: "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 26-29 may 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcək “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında xüsusi stendlə təmsil olunması məqsədi ilə təşkilati iş və xidmətlərin satın alınması". Məbləğ - 100.645. Tarix - 16.05.2022.
 
5. Lot: "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 18-20 may 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 15-ci Yubiley Beynəlxalq Kənd Təsərrüfatı sərgisində (Caspian Agro-2022) xüsusi stendlə təmsil olunması məqsədi ilə təşkilati iş və xidmətlərin satın alınması". Məbləğ - 100.134. Tarix - 16.05.2022.
 
6. Lot: "Lənkəran şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətinin davam etdirilməsi, Mərkəzdə Lənkəran və ətraf rayonlardan olan KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərinin satın alınması". Məbləğ - 427.160. Tarix. 02.02.2023.
 
7. Lot: Yevlax və ətraf rayonlardan olan KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərinin satın alınması". Məbləğ - 285.648. Tarix - 30.09.2024.

Göründüyü kimi ötən 3 il ərzində "360MARCOM" MMC yalnız KOBİA-nın keçirdiyi müsabiqələrdə qalib edilib. Bu isə müsabiqələrin şəffaflığı ilə bağlı müəyyən şübhələrə yol açır.
 
Maraqlıdır, görəsən, fəaliyyəti barədə heç bir məlumat olmayan "360MARCOM" MMC hansı üstnülüklərinə görə KOBİA-nın keçirdiyi müsabiqələrdə qalib elan edilir? Görəsən, adicə əlaqə telefonu, internet səhifəsi olmayan bir şirkətin maddi-texniki bazası layihələrin icrasını təmin etmək üçün yetərlidirmi? Bu sualların cavabları açıq qalır.
 
Ümumiyyətlə dövlət qurumlarının tanınmayan və Vergilər Xidmətində qeydiyyatdan başqa heç bir şeyə sahib olmayan şirkətlərlə əməkdaşlığı hər zaman korrupsiya şübhəsi yaradan faktordur və dövlət qurumlarının bu tik MMC-lərlə əməkdaşlığa üstünlük vermələri də sualalr yaradır. Hər şeydən əvvəl dövlət qurumları niyə normal fəaliyyəti olan şirkətlərə deyil, məhz 5-10 manat ilkin kapitala sahib olan şirkətlərlə çalışmağa üstünlük verirlər?

Açıklama yok.




Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap