“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Həmkarımıza biganə qalmayaq - Gülşən Şərifə dəstək olaq!

Tarix 22.01.26, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün jurnalistikanın ağır, amma şərəfli yolunu seçmiş həmkarımız Gülşən Şərifi həyatının ən çətin mübarizələrindən birini yaşayır. Xərçəng xəstəliyi ilə mübarizə aparan gənc jurnalisti qarşıda 9 seanslıq ağır müalicə prosesi və ciddi cərrahi əməliyyat gözləyir.

Sözün gücünə, həqiqətin işığına illərini verən Gülşən bu dəfə xəbərlərin mövzusu deyil, ümidə ehtiyacı olan bir insandır. O, bu ağır sınaqda tək qalmamalıdır. Media cameəsi olaraq, bir zamanlar onun qələmindən çıxan xəbərləri oxuyan hər kəs bu gün ona mənəvi və maddi dəstək göstərməlidir.

Həmkarımızın müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən hər bir paylaşım, hər bir dəstək çağırışı, hər bir yardım onun üçün həyati əhəmiyyət daşıyır. Çalışdığımız media qurumlarında, şəxsi sosial şəbəkə hesablarımızda bu çağırışı yaymaqla həmrəyliyimizi göstərə, Gülşəni bu çətin yolda tək olmadığını hiss etdirə bilərik.

Unutmayaq ki, jurnalist yalnız yazan deyil, eyni zamanda insandır. Bu gün Gülşən Şərifinin yaşamaq, sağalmaq və yenidən sevdiyi işinə qayıtmaq ümidi bizim birliyimizdən, duyarlılığımızdan asılıdır.

Yardım etmək istəyənlər üçün kart nömrəsi: 4169 7388 9054 9276







Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap