Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Naxçıvandan Qüdrət Həsənquliyevə cavab gəldi: “Rəqəmlərlə hoqqabazlıq”

Tarix 06.02.19, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar Naxçıvandan deputat seçilən BAXCP sədri Qüdrət Həsənquliyevlə Muxtar Respublika rəhbərliyi arasında sərin yellərin əsdiyi açıq-aşkar sezilir

Məlum olduğu kimi, BAXCP sədri mətbuat açıqlamasında “kiçik torpaq” barədə dilə gətirdiyi tənqidi fikirlərin sərt üslubla qarşılandığını, hətta Naxçıvandan bir vəzifəli şəxsin onun barəsində sosial şəbəkələrdə etik normalara sığmayan statuslar paylaşıldığını iddia etmiş və bu hərəkəti mahiyyət etibarilə xaricdən ölkəmizə yönələn söyüş kampaniyası ilə eyniləşdirərək demişdi:

“Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər, əslində, ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi”.

Naxçıvan Muxtar Respublikasından deputat cavabı isə özünü çox gözlətmədi. Bu gün Naxçıvanın yarımrəsmi xəbər portalı kimi tanınan Naxcivanxeberleri.com saytında politoloq Anar İbrahimovun dərc olunan “Rəqəmlərlə hoqqabazlıq: sirk qaydalarını siyasətə və iqtisadiyata gətirmək kimə lazımdır?” sərlövhəli yazı deputata verilmiş cavab xarakterlidir.

Aktual olduğunu nəzərə alıb, yazını  oxuculara təqdim edirik:

“Bu günlərdə Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevin Naxçıvan Muxtar Respublikası ilə bağlı müsahibələrini mən də oxudum. Düzü müsahibələrdən, ordakı fikirlərdən özüm üçün tam təəssürat yarada, nəticəyə gələ bilmədim. Onun məqsədini də anlamaqda çətinlik çəkdim və düşünürəm ki, digər oxucular da Qüdrət Həsənquliyevin tam olaraq məntiqini və məramını anlaya bilmədilər. Tanınmış polyak yazıçısı və publisisti Andjey Sapkovski`nin (Andrzej Sapkowski) yaxşı bir ifadəsi var: - “Kontekstdən çıxarılmış yarım həqiqət yalandan çox fərqlənmir”. Niyə bu yadıma düşdü?! Çünki, Qüdrət Həsənquliyevin son müsahibəsində söylədiklərində, ordakı səsləndirdiyi rəqəmlərdə, istinad etdiyi “faktlar” və sonda, bunlara görə gəldiyi məntiqi nəticədə ilk baxışda qeyri-adi bir şey yoxdur. Rəqəmlər, faizlər və s. düzdür... Amma... Və əsas məsələ də bu əmmalardadır. Mediyada və cəmiyyətdə özünü intellektual, yeni nəsl və tərz siyasətçi kimi təqdim etməyə çalışan birisindən bu dərəcədə bəsit fikirləri və məntiqi gözləmədiyimdən, etiraf edim ki, mənim üçün bu bir surpriz oldu. Digər tərəfdən, bəlkə də məqsədə çatmaq, hansısa bir fon yaratmaq ümidilə səsləndirilən həmin ifadələri anlamaq da olar. Çox vaxt sadə insanlar rəqəmləri yoxlamaz, təhlil etməz, birdən alındı məntiqi ilə düşünülərək bu addımlar atıla da bilər... Əlqərəz, keçək əsas məsələyə. Əslində bu fikirləri ilə Qüdrət Həsənquliyev heç də yeni bir şey kəşf etməyib, sadəcə illər öncə bəzilərinin (əsasən də radikal müxalifətin və onların ətrafında olanların) səsləndirdiklərini təkrar edib. Ötəri təhlil kifayətdir ki, deputatın da iddialarının necə əsassız və məntiqsiz olduğu aşkara çıxsın. Müsahibəsində o deyir ki, Azərbaycanda 34 rayon (şəhər) dotasiya almadan büdcələrini formalaşdırır, lakin nədənsə unudur ki, muxtar respublikanın 8 inzibati rayonundan 6-sı dotasiya almır, muxtariyətin paytaxtı Naxçıvan şəhəri isə hələ 2001-ci ildən, Bakı şəhərindən sonra ölkə tarixində ikinci şəhər olaraq tam özünümaliyyələşdirmə şəraitində yaşamaqdadır.

Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verlişi tamam dayandırılıb”.

Qüdrət Həsənquliyevin gündəm yaradan müsahibəsi

Azərbaycan siyasətində mənəvi dəyərlərin sürətlə aşındığı, "əxlaqlı mübarizə” anlayışının, demək olar ki, aradan qalxdığı bir zamandan keçirik. Söyüş, təhqir, hətta fiziki hesablaşmalara çağırışlar günümüzün ən adi reallıqlarına çevrilib. Bəs, siyasətdə belə yaramaz bir mühitin formalaşması Azərbaycana nə vəd edir?


"AzPolitika.info”nun əməkdaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bu mövzuda qısa söhbət edib.

- Qüdrət bəy, Azərbaycanda siyasətin eybəcərləşdirilməsi və siyasətçilərin gözdən salınması, siyasi rəqiblərin düşmənə çevrilməsi istiqamətində fəal iş aparılır. Bu, Sizi qorxutmurmu?

– Biz güclü ümumdünya erməni lobbisi və onların xristian həmrəyliyindən çıxış edən tərəfdarları, o cümlədən daxildə hakimiyyətə susamış feodal təfəkkürlü insanların məkrli pozuculuq fəaliyyəti ilə üz-üzəyik. Onların bizə qarşı düşmənçilik siyasətini həyata keçirmələri üçün çoxlu pulları var. Satqınları və gerizəkalı şizofrenikləri isə bütün xalqların sırasından çox da çətinlik çəkmədən tapmaq olar. Hazırda baş verənlər həm də ölkəmizdə mənəvi terror yolu ilə ləyaqətli insanları qorxutmaq, Prezidenti müdafiəsiz qoymaq cəhdidir… Söyüş söyənlər bilirlər ki, dediklərinin on qat artığı onlara qaytarılır, amma ləyaqətlərini satdıqlarından başqa yolları yaxdur.Tapşırıqları icra etməlidirlər. Onların əsas məqsədi mənəvi-siyasi böhran yaratmaqla, torpaqlarımızın işğal altında qalmasını təmin etmək, Prezidenti islahatları dərinləşdirməkdən, kadr islahatlarını davam etdirməkdən çəkindirmək, Azərbaycanda asılı bir feodal dövləti quraraq ölkəmizi uzun illər inkişafdan saxlayacaq birisini hakimiyyətə gətirməkdir. Ölkəmizi qorumaq üçün iqtidarlı-müxalifətli, hamılıqla düşmənlərimizin yeni müstəvidə açdıqları bu savaşa qarşı dayanmağı bacarmalıyıq. Söyüş söyənlərə məğlubiyyət ölkəmizə Qarabağın işğal altına düşməsindən daha çox zərər vura bilər. Çox təəssüf ki, iqtidardakı və müxalifətdəki ləyaqətli insanların mənəvi terrora qarşı dayandığı bir vaxtda iqtidara ən böyük zərbə və xəyanət onun içərisindən gəlir.

- Bu, çox ciddi ittihamdır. Nəyə əsaslanaraq belə ittiham irəli sürürsünüz – konkret ad, misal çəkə bilərsinizmi?

- Elə özümlə bağlı bir fakt söyləyim. Xatırlayırsınızsa Sizin sayta verdiyim açıqlamamda qeyd etmişdim ki, Naxçıvanın iqtisadiyyatının inkişaf etdirilməsinə ehtiyac var. Prezident də daim söyləyir ki, iqtisadiyyatımız inkişaf etdirilməlidir və əyalət rəhbərlərinin fəaliyyətinə həm də iqtisadiyyata özəl sərmayənin cəlb olunmasına görə qiymət veriləcəkdir. Prezidentin bu mövqeyinin nəticəsi kim artıq 34 rayon və şəhərin rəhbəri öz işini yeni tələblərə uyğun qurmağı bacardığından dövlət büdcəsindən dotasiya almır, bəziləri isə öz xərclərini tam ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla vəsait də ödəyirlər. Öz xərclərini tam ödəyə bilməyən digər rayonlara isə cəmi 104 milyon manatdotasiya ayrılır. Naxçıvan MR iqtisadiyyatı isə yerli büdcənin gəlirlərinin cəmi 21,7%-ni təmin edir və dövlət büdcəsindən bütün digər rayonlardan 3 dəfədən çox – 300 milyon 360 min manat dotasiya alır. Bu rəqəmləri deputatlara hökumət təqdim edib. Mən də büdcənin müzakirəsi zamanı imkan olmadığından mətbuatda bu barədə danışmışdım. Mövcud vəziyyəti dəyişmək üçün Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul edilməsinin, Naxçıvanda Azad İqtisadi Zonanın, istehsal və emal müəssiələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasının vacibliyini qeyd etmişdim.

Bundan sonra Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, Prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər, sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın "daxili işlərinə” qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyatı olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər. Sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar. Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər, əslində, ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi.

Ümid edirəm, bu açıqlamamdan sonra Azərbaycan rəhbərliyi deputatı təhqir edən, iqtidarda olub onun siyasətinə qarşı çıxan həmin şəxsləri cəzalandıracaq, kimsənin ona meydan oxumasına və mərkəzi hakimiyyətin Naxçıvana nəzarəti itirməsinə şübhələrin yaranmasına imkan verməyəcək, söyüş söyənləri qınamağa mənəvi haqqını qoruyub saxlayacaqdır.







Xəbərin oxunma sayı : 151




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap