Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazir: “8000 nəfərin pensiyası ikiqat artıb“

Tarix 16.11.17, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanda 100 minə yaxın işləyən pensiyaçı var".

APA-nın şimal bürosu xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyə əsasən həmin şəxslərin pensiyaya çıxdıqdan sonra fərdi hesablarına yığılan pensiya kapitalından 72 aydan sonra yenidən istifadə etmək imkanı var: "Bu dəyişikliyə görə, pensiyaya çıxdıqdan sonra işləyən şəxslər öz fərdi hesablarında topladıqları vəsaiti pensiya təyin edildikdən 6 ildən sonra yenidən istifadə etmək hüququ qazandılar. Vətəndaş pensiyaya çıxdıqdan sonra onun hesabındakı pensiya kapitalı sıfırlanırdı və pensiya təyin olunurdu. Sonradan işləməyə davam etdiyi müddətdə həmin fərdi hesabında pensiya kapitalı yığılmaqda davam edirdi. Yeni dəyişikliyə görə, 72 aydan sonra hesaba yığılan puldan istifadə imkanı yaranır. İnsanlar 72 aydan sonra müraciət etdikdə onun pensiyası yenidən hesablanır və fərdi hesabındakı məbləğ də hesablanaraq onun pensiyasının üzərinə gəlir".

S.Müslümov bildirib ki, artıq 8000-dək vətəndaş bu hüquqdan istifadə edib. "Onların ortalama pensiyalarının artımı 176 manat olub. Həmin şəxslərin pensiyalarının 2 dəfədən çox artmasına gətirib çıxardığını deyib. Bu proses hazırda da davam edir", - deyə o vurğulayıb.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap