Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazir bu məhkumlarla bağlı qərar verdi –Qərar yanvarın 18-də qüvvəyə minib

Tarix 21.01.19, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyinin Kollegiyası “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”da dəyişikliklər edib.

Dəyişiklik biri əvvəllər Azərbaycan ərazisində yaşamış əcnəbilərlə bağlıdır.

Bundan sonra həmin əcnəbilər məhkumluqları barədə arayış almaq üçün xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına müraciət etməlidirlər. Bu cür müraciətlər baxılması üçün Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Xarici İşlər Nazirliyinə təqdim olunur.

Azərbaycanın diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan Azərbaycan vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər isə məhkumluqları barədə arayış almaq üçün üçüncü ölkələrdə yerləşən Azərbaycanın diplomatik nümayəndəlik və ya konsulluqlarına müraciət etməlidirlər.

Qeyd edək ki, qüvvədə olan Təlimata əsasən indiyə qədər Azərbaycanda yaşamış əcnəbilərin göstərilən məsələ üzrə müraciətləri diplomatik kanallarla Xarici İşlər Nazirliyinə göndərilib. Qərara əsasən bu müddəa ləğv edilib.

Dxili işlər naziri Ramil Usubovun imzaladığı qərar yanvarın 18-də qüvvəyə minib.  (Axar.az)




Xəbərin oxunma sayı : 694




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap