Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazir Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqda

Tarix 17.02.18, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək

Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Bu orqanlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi: “Agentliyin yaradılması nəzarəti təkcə bir struktur çərçivəsində təmin etməyə deyil, həm də məhsul üzərində tarladan son istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək”.

H.Əsədov onu da bildirib ki, Azərbaycanda müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafı üzrə proqramların qəbul olunması bu sahələrdə idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Konkret çəltikdən danışan nazir xatırladıb ki, ötən il onun idxalına 36 milyon dollar vəsait xərclənib: “Azərbaycanın çəltiyə olan tələbatı 40 min tondur. Tezliklə Koreya istehsalı çəltikəkən, şitiləkən gətirəcəyik ki, çəltik istehsalını kütləvi şəkildə artıraq. Seleksiya işlərinə fikrir verməliyik. Biz düyüyə olan tələbatı tam ödəməliyik".



Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap