“Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO Şəhidimizin xanımından qələbə kompozisiyası: “Yenilməzsən, Azərbaycan!“ -VİDEO Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 Yanvar 2021

    “Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay

  • / Maqazin / — 07 Yanvar 2021

    “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2020

    Şəhidimizin xanımından qələbə kompozisiyası: “Yenilməzsən, Azərbaycan!“ -VİDEO

  • / Maqazin / — 27 Noyabr 2020

    Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO

  • / Maqazin / — 22 Noyabr 2020

    Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz - VİDEO

  • / Maqazin / — 19 Noyabr 2020

    Sosial şəbəkədə ən çox görüntüsü paylaşılan şəhid xanəndə - VİDEO

Nazir Vilayət Eyvazov Türkiyənin Daxili İşlər nazirinin müavinini qəbul edib – Nələr müzakirə olunub?

Tarix 06.11.19, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklını qəbul edib.

AzFakt.com DİN-ə istinadla xəbər verir ki, qonağı salamlayan nazir V.Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sferasının da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların yüksək peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib, qazanılmış uğurlarda Türkiyə Jandarm Qüvvələrinin, Türkiyə Polisinin də danılmaz rolunun, xidmətinin olmasına diqqət çəkib. Buna görə Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə və bütün mənsublarına təşəkkürünü bildirən Daxili İşlər naziri V.Eyvazov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Süleyman Soyluya salamlarını catdırmağı nazir müavinindən xahiş edib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklı respublikamıza ikinci gəlişindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib .

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



Xəbərin oxunma sayı : 172

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda