Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi Türkan donuna görə şərhləri bağladı - FOTO Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 30 May 2023

    Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO

  • / Maqazin / — 24 May 2023

    “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi

  • / Maqazin / — 15 May 2023

    Türkan donuna görə şərhləri bağladı - FOTO

  • / Maqazin / — 05 May 2023

    Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO

  • / Maqazin / — 25 Aprel 2023

    Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR

  • / Maqazin / — 17 Aprel 2023

    “Səsimə yaraşan xanım müğənni yoxdur“ - Mətanət Əsədova

Nazirlikdə gizli intim videolar çəkən polkovnikə hökm oxundu - zərərçəkənlər narazıdır

Tarix 24.05.23, 17:39

Font ölçüsü : - / +
bitmap-img6


FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi,  polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AzFakt.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda Zaur Mirzəyevə hökm oxunub.

Hökmə əsasən Zaur Mirzəyev verilmiş ittihamla təqsirli bilinərək  3 il 6 ay azadlıqdan məhrum edilib.

İş üzrə zərərçəkənlər hökmdən narazı qalıblar və onların apelyasiya şikayəti verəcəkləri ehtimalı böyükdür.

Xatırladaq ki, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Qeyd olunan əməllərə görə, Zaur Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığı vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma) və 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddələri ilə ittiham irəli sürülüb,  barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 865

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap