Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazirlikdən “AAAF Park”la bağlı açıqlama

Tarix 25.09.17, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


“Vergilər Nazirliyi “AAAF Park” Yaşayış Kompleksində yoxlamalar aparmayıb”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib.

Rəsmi məlumatda qeyd edilib ki, hazırda sözügedən şirkətlə nazirlik arasında hər hansı problem, məhkəmə çəkişməsi yoxdur.

Qeyd edək ki, sentyabrın 22-də “AAAF Park”da prokurorluq və vergi əməkdaşlarını yoxlamalar apardığına dair məlumatlar yayılmışdı. İddialarda şirkətin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edildiyi bildirilirdi. Əvvəlcə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a iş adamının həbs olunmasını təkzib etdi. Daha sonra şirkətin hüquqşünası Səbuhi Axundov təsisçi Tofiq Heydərovun Kosovoda olduğunu və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak etdiyini açıqladı.

T.Heydərov ölkədə olmadığı üçün özünün Facebook hesabından vətəndaşlara müraciət etdi.

İş adamı “AAAF Park” Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap