Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Nazirliklərə nəzarət artırılır - Yeni qaydalar təsdiqləndi

Tarix 18.11.25, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının (nazirliklərin, dövlət xidmətləri və agentliklər) fəaliyyət qaydaları yenilənib.

AzFakt.com-un Modern.az-a istinadən məlumatına görə, Prezident İlham Əliyevin 17 noyabr 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənən yeni Nümunəvi Əsasnamə hökumətdə idarəetmə mexanizmini əhəmiyyətli dərəcədə dəyişdirir.

Yeni sənəd əvvəlki əsasnamə ilə müqayisədə həm struktur, həm maliyyə, həm də kadr siyasəti sahəsində rəhbərlərin səlahiyyətlərini xeyli genişləndirir və onlara əlavə öhdəliklər gətirir.

Sənədin ən diqqətçəkən tərəfi odur ki, nazirliklər artıq təkcə siyasəti hazırlayan qurum kimi deyil, bu siyasətin icrasına nəzarət edən və əlaqələndirmə aparan əsas icraçı mexanizm kimi müəyyənləşdirilir. Əvvəllər ümumi formada göstərilən "dövlət siyasəti və tənzimləmə” funksiyası indi "dövlət nəzarəti”, "dövlət tənzimləməsi” və "əlaqələndirmə” kimi ayrıca fəaliyyət istiqamətləri halına salınıb.

Yeni əsasnamə rəhbərlərin məsuliyyət dairəsini də genişləndirir. Nazirliklər daxilində korrupsiya risklərinin müəyyən edilməsi və onların idarə olunması artıq birbaşa rəhbərin öhdəliyidir. Bunun üçün qurum daxilində xüsusi bölmə və ya məsul şəxs təyin olunmalıdır. Bundan başqa, dövlət-özəl tərəfdaşlığı, səfərbərlik hazırlığı, elmi tədqiqatların təşkili və beynəlxalq layihələrdə iştirak kimi sahələr də rəhbərin fəaliyyət dairəsinə daxil edilib.

Diqqət çəkən yeniliklərdən biri də rəqəmsal idarəetmə tələbləridir. Nazirliklər rəsmi internet informasiya ehtiyatlarını yaratmalı, açıqlanmalı olan ictimai məlumatları daim yeniləməli, kargüzarlıq və sənəd dövriyyəsini rəqəmsal şəkildə təşkil etməlidirlər. Həmçinin hər bir nazirliyin yanında İctimai Şura yaradılması məcburi xarakter alır.

Yeni sənəd rəhbərlərə daha böyük idarəetmə sərbəstliyi verir. Nazirlik daxilində struktur bölmələrin yaradılması və ləğvi, ştat cədvəlinin təsdiqi, büdcə vəsaitinin bölüşdürülməsi, tabeli qurumların fəaliyyətinə nəzarət və işçilərə maddi təşviqlərin verilməsi kimi məsələlər rəhbərin səlahiyyətinə çevrilir. Eyni zamanda işçilərə xüsusi və diplomatik rütbələrin, ixtisas dərəcələrinin verilməsi qaydası da daha aydın şəkildə tənzimlənib.

Nazirliyin Kollegiya institutunun səlahiyyətləri də artırılıb. Artıq kollegiya bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən birgə normativ aktlar qəbul edə bilər. Kollegiya tərəfindən qəbul olunan qərarların dairəsi əvvəlki sənədlə müqayisədə daha genişdir.

Apellyasiya Şuralarının fəaliyyəti də yenilənib. Sahibkarların müraciətlərindən başqa, dövlət qulluğuna qəbul müsahibələrinin nəticələri ilə bağlı şikayətlər də bu şuralarda araşdırılacaq. Şuranın tərkibini isə birbaşa nazir təsdiq edir.

Beləliklə, yeni əsasnamə hökumətin idarəetmə sistemində həm nəzarət, həm də çeviklik imkanlarını artırır. Nazirliklərə verilən yeni səlahiyyətlər onları daha məsuliyyətli, daha şəffaf və daha funksional qurumlara çevirməyi hədəfləyir. Bu dəyişikliklər dövlət idarəçiliyində növbəti mərhələnin başlandığını göstərir.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap