Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Neft şirkətində İsgəndər Şirəli erası – Qalmaqallı oliqarx dövlətə meydan oxuyur

Tarix 12.01.19, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda məmurların vəzifədə uzun illər qalması artıq bir adətə çevrilib desək heç də yanılmarıq. Dövlət qurumlarında uzun müddət vəzifədə işləyən məmurların bəziləri rəhbərlik etdikləri qurumları özlərinin şəxsi obyekti kimi idarə edirlər. Belə rəhbərlərdən biri də Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlidir. Bununla bağlı redaksiyaya daxil olan məlumata görə Dövlət Neft Şirkətinin adı çəkilən idarəsinin müdiri vəzifəsində 20 ildən çoxdur işləyən İsgəndər Şirəli yaxın günlərdə vəzifəsi ilə vidalaşacaq. Buna səbəb isə İsgəndər müəllim haqqında şirkət rəhbərliyinə və ölkə mətbuatına davamlı olaraq ünvanlanan şikayət məktublarıdı. Bu arada isə İsgəndər Şirəlinin qanunsuz əməlləri ilə bağlı yeni faktlar məlum olub.


İsgəndər Şirəlinin trestin büdcəsi hesabına qızlarına dəbdəbəli qalereya açdığı, restoran biznesindən gəlir əldə etməsi üçün şərait yaratdığı iddia olunur. Belə ki, daxil olan məlumatda bildirilir ki, trest rəisinin qızı Leyla Şirəli “Ağ şəhər Rəsm Qalereyası”nın sahibidir. Qiyməti 100 minlərlə ölçülən obyekt ailəyə məxsusdur. Qalereyanın təmirini İskəndər Şirəli şəxsən həyata keçirib. Təmir işləri İskəndər Şirəlinin göstərişinə əsasən tabeçiliyində olan trestin əməkdaşları tərəfindən aparılıb. Bəzən mal-materiallar idarəninin balansından başqa təyinatla silinərək qalareyanın təmirinə yönəldilib. Daxil olan məlumatda o da deyilir ki, rəsm qalereyasının açılışı, təqdimatı, dekorasiyaların qurulmasına xərclənən vəsait Leyla Şirəlinin məmur atasının şəxsi hesabına reallaşdırılıb.

İsgəndər Şirəli başçılıq etdiyi trestin rəhbər şəxlərini və bir sıra əməkdaşları qızının rəsm qalereyasının açılışında iştiraka vadar edib. Fotodan da görünür ki, “Kompleks Qazma İşləri Tresti”nin rəsinin geoloji məsələlər üzrə müavini Mehman Yusifov, iqtisadi məsələlər üzrə müavini Rəsul Quliyev də açılışda Leyla Şirəlinin yanında olublar.

Şirəli ailəsinə məxsus daha bir bahalı obyekt “Zabitlər bağı”nda yerləşən “Lunch Chef” restoranıdır. Bu obyekt İskəndər Şirəlinin digər qızı Nilufər Qarayevaya məxsusdur. İsgəndər Şirəlinin rəhbərlik etdiyi trestin bütün əməkdaşlarının yeməklə təminatını da bu restoran həyata keçirir. Bununla bağlı müqavilə də əlimizdədir və növbəti yazılarımızda onu da oxucuların diqqətinə çatdıracağıq. Trestdə fəhlələrin əmək haqlarının verilməsində gecikmələr müşahidə olunsa da restoranın ödənişlərində problem yoxdur. “Kompleks Qazma İşləri Tresti”nin 400 işçisi adambaşına gündəlik 5 manatlıq yeməklə təmin olunur. Beləliklə, İsgəndər Şirəli qızının restoranına idarə büdcəsindən hər gün 2000 manat (5 günlük iş həftəsinə görə ayda 44 min manat) vəsait ödəyir.

Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks Qazma İşləri Trestinə rəhbərlik edən İsgəndər Şirəliyevin ölkə xaricində biznes şəbəkə qurması haqda da mediada məlumatlar yayılıb. İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. Həmin biznesin qurulmasında isə Fətullah Gülən hərəkatına bağlı və əslən azərbaycanlı olan şəxslərin köməkçi olduqları iddia edilir. Məlumatda vurğulanır ki, SOCAR-ın trest müdiri Türkiyənin İstanbul və Antalya şəhərlərində otelçilik biznesi yaradıb. Hazırda biznesi Şimali Kipr Türk Cumhuriyyətində yüksək səviyyədə fəaliyyət göstərməkdədir.

Məlumatda İsgəndər Şirəlyevin oğlu Xəzər Şirəlinin Kiprin Türk tərəfində torpaq sahəsi alaraq böyük bir istirahət kompleksi inşa etdiyi deyilir. Trest müdiri Kiprdəki istirahət kompleksini hərəkata bağlı bir iş adamı ilə şərikli inşa etməsi də gəzən söz söhbətlər arasındadır.

Son illər isə trest müdirinin əsas vəzifələrdə işləyən adamlarının çoxalması idarədə ciddi şəkildə narazılığa səbəb olub. Çünki İsgəndər Şirəlinin “starteji” postlara təyin etdiyi qohum, əqrabalarının əksəriyyətinin ixtisası neft sahəsi ilə uzlaşmır. Ancaq buna baxmayaraq onlar neft-kimya sahəsinə illərini verib ali təhsil alan mütəxəsislərə rəhbərlik etməklə bərabər həmdə əmr sahiblərinə çevriliblər. Məhz Komleks Qazma İşləri Trestində baş verən qohum əqraba haqsızılığı Dövlət Neft Şirkəti rəhbərliyinində gözündən qaçmayıb. Çoxsaylı şikayətləri və mətbuatda təkzib olunmayan davamlı məlumatları nəzərə alan rəhbərlik İsgəndər Şirəli ilə vidalaşmaq qərarına gəlib.

Mənbə: Cumhuriyyet.net





Xəbərin oxunma sayı : 778

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda