Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Neftçala Suvarma Sistemləri İdarəsində milyonluq su biznesi - İttiham var

Tarix 26.04.17, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, işındə yol verdiyi nöqsanlarla bağlı redaksiyamıza rayon sakinləri tərəfindən şikayət xarakterli müraciət daxil olub.

Neftçaladan bir qrup balıq yetişdirən sahibkar saytımız vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək Elçin Əsədovun onları “soğan qabığı kimi soymasına” “dur”, deyilməsini xahiş edirlər.

Qeyd edək ki, Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutur. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Hazırda mövsüm başlayır və sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır. Lakin balıq yetişdirən və ölkəni kənd təsərrüfatı malları ilə təmin edən sahibkarlar qanuni yolla bu gölməçələrə su vura bilmirlər . Çünki Neftçala Suvarma Sistemləri İdarəsi onlara su verməkdən imtina edir. Tələb isə çox konkret və açıqdır.Balıq yetişdirilən gölməçələrə su vurulması üçün hər bir hektara görə 200 manat pul istəyir. Pulunu verən suyunu alır, verə bilməyən isə ala bilmir. Hər şey bu qədər bəsit və bu qədər konkretdir.

Xatırladaq ki, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət gösətir. Hər bir sahibkar rentabelli işləmək üçün minimum 50 hektarı əhatə edən süni gölməçədə balıq yetişdir. Və adi riyazi hesablama da göstərir ki, 50 hektar süni gölməçəni suyla doldurmaq üçün sahibkar Elçin Əsədova 10 min manat verməlidir. Toplam rəqəm isə 2 milyon manatdan artıq edir. Etiraf etməliyik ki, hər bir sahibkarın dövlət rüsumundan savayı Elçin Əsədova bu qədər pul verməyə zorlanması son nəticədə balığın bazarda çox bahalaşmasına səbəb olur. Və hər bir sahibkar tələb olunan bu pulu ödəyə bilmir. Yəni faktiki olaraq sahibkarı “soyub soğan qabığına göndərən” Elçin əsədov həm də balığın bazarda ən azından 80-90% bahalaşmasına yol açır.

milletinsəsi.info 



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap