Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Neft ucuzlaşır, dollar bahalaşır - Dünya yeni böhrana sürüklənir

Tarix 24.09.22, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 23-də neftin qiyməti 5 faiz düşüb. Bu, son səkkiz ayda neftin ən aşağı qiymətidir.

"Reuters" xəbər verir ki, Brent markasından olan neftin fyuçers qiyməti 4.75 dollar və ya 5.3 faiz azalaraq bir barrel üçün 85.71 dollara düşüb. Texas neftinin qiyməti 6 faiz ucuzlaşıb və bir barrel üçün 78.30 dollara enib. Bu, bir həftə ərzində 8 faiz uculaşma deməkdir.

Neft qiymətlərinin düşməsi adətən dolların bahalaşması ilə müşayiət olunub. Dollar əslində son iki onillikdə ən yüksək qiymətinə çatıb. Ekspertlər bildirirlər ki, dolların bahalaşması dünyanın böyük iqtisadiyyatlarının resessiya təhlükəsi ilə üzləşməsi riskini artırıb.

"Reuters" ekspertləri qeyd edirlər ki, neftin qiyməti son dörd həftə ərzində düşməkdə davam edir. Belə bir hal ötən dekabrdan bəri ilk dəfədir ki, baş verir. Brent markasından olan neftin qiyməti yanvar ayından bəri ən aşağı həddinə enib.

ABŞ Federal Ehtiyat Sistemi bu həftə uçot dərəcəsini 75 baza bəndi qədər qaldırıb. Dünya boyunca başqa mərkəzi banklar da uçot dərəcəsini qaldırıblar, bu isə öz növbəsində iqtisadi yavaşıma riski yaradıb. Ekspertlər qeyd edirlər ki, dolların bahalaşması neftə tələbatı azaldır. Bu onunla bağlıdır ki, yanacağın başqa valyutalarla qiyməti xeyli artmış olur. Avrozonada isə Rusiyadan qaz idxalının azalması ilə bağlı enerji qiymətlərinin artması hökumətləri qənaətə məcbur edir.



Xəbərin oxunma sayı : 883




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap