Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nərimanov rayonunda ağaclara qənim kəsilənlər… –Nazirlik polisə müraciət etdi

Tarix 07.08.18, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülən nümunələrdən aparılan analizlərin nəticələri bəlli olub.

AzFakt.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən götürülən nümunələr əsasında aparılan analizlərin nəticələrinə görə sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

Faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, ETSN-yə Ağa Nemətulla küçəsi 1987 ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı şikayət daxil olmuşdu. Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunmuşdu. Sözügedən ağaclara aqrotexniki qulluq göstərilməsi və qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan yazılı göstəriş verilmişdi.



Xəbərin oxunma sayı : 220




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap