Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bu saziş Azərbaycanda türk mallarını ucuzlaşdıracaq“ - İqtisadçıdan açıqlama

Tarix 02.03.21, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

Maraqlıdır, saziş qüvvəyə mindikdən sonra iki ölkənin də iqtisadiyyatında hansı dəyişikliklər olacaqdır?

İqtisadçı Natiq Cəfərli modern.az-a açıqıamasında bildirib ki,  imzalanan sazişdən sonra hər iki ölkənin bazarlarında ucuzlaşma müşahidə olunacaq: "Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin artırılması üçün 14 saziş imzalanıb. İmzalanan yeni sazişlərdə gömrük və vergi rüsumları ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulub. Təbii ki, bunlar qarşılıqlı güzəştlər olacaq. Qarşılıqlı güzəştlərin olması hər iki ölkənin məhsullarının bir-birilərinin bazarlarına daha rahat və bəzi iki qat vergilərdən azad olunmuş şəkildə daxil olacaq. Bu da təbii ki, Azərbaycan məhsullarının Türkiyə bazarında və Türkiyə məhsullarının Azərbaycan bazarında ucuzlaşmasına səbəb olacaqdır. Həm də Azərbaycan məhsullarının Türkiyə bazarına daha rahat çıxış əldə etməsi üçün şərait yaradacaq”.

İqtisadçı ticarət dövriyyəsinin genişlənməsini bir hədəf kimi qarşıya qoyulduğunu qeyd etdi: "Türkiyə tərəfdən verilən məlumata görə, yaxın 2-3 ildə ticarət dövriyəsinin 3 dəfə artrılması (15 milyard dollara çatdırılması) nəzərdə tutulur. Ona görə də bu müqavilələr hər iki ölkənin ticarət dövriyyəsinə və iqtisadiyyatına müsbət təsir edəcəkdir. Bir sözlə, bütün hallarda hər iki ölkənin ticarət dövriyyəsinin genişlənməsi bir hədəf kimi qarşıya qoyulub”.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.



Xəbərin oxunma sayı : 883




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap