Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Aralıq dənizində Türkiyənin dediyi oldu: Misir geri çəkildi, Yunanıstan təkləndi

Tarix 03.03.21, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Yunanıstanla Misir arasında bağlanan Şərqi Aralıq dənizində qanunsuz Müstəsna İqtisadi Zona müqaviləsi ətrafında mübahisələr davam edir. İddiaya görə, Misir Ankaranın qəbul etmədiyi müqavilədən geri çəkilib. 
 
Ovqat.com Türkiyənin “Haber7” kanalına istinadən bildirir ki, Misirin qərarından sonra Yunanıstan panikaya düşüb.
 
Məlumata görə, Afina Qahirəyə təzyiq göstərsə də, onu qərarından çəkindirə bilməyib. 
 
“Şərqi Aralıq dənizindəki Qahirə-Afina mübahisəsinə yunan mətbuatı geniş yer ayırıb. Mövzu ilə əlaqədar “The Indicator” xəbər portalı, "Misir, Şərqi Aralıq dənizində Türkiyə ilə danışıqlar aparır" sərlövhəli xəbəri manşetə çıxarıb. Başqa bir yunan xəbər saytı isə Misirin yunanların mənafelərinə zərər vuraraq dəniz hegemoniyasının məhdudlaşdırılması məsələsində Türkiyə ilə razılaşma əldə etdiyini oxucularına çatdırıb”, - “Haber7” belə yazır.
 
Xatırladaq ki, Türkiyə BMT-na müraciət edərək, Misirlə Yunanıstan arasında bağlanmış müqavilədə göstərilən ərazilərin öz kontinental şelf sərhədinə daxil olunduğunu bildirmişdi.




Xəbərin oxunma sayı : 358




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap