| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Rüşvət almayan nazirlərimiz var, onları tanıyıram ...” - Qulu Məhərrəmli
Tarix 12.03.21, 10:47 |
|
II Qarabağ müharibəsindən sonra ölkəmizin əsas biri korrupsiya və rüşvətsiz cəmiyyət istiqamətində irəliyə addım atmaqdır. Son illər, aylar ölkədə korrupsiya ilə mübarizə sahəsində çox əhəmiyyətli hadisələr qeydə alınıb. Bunun nəticəsidir ki, bir neçə məmur həbs edilib, istintaqa dəvət olunanlar haqda məlumatlar dolaşır. Bir neçə gün əvvəl isə Naxçıvan Muxtar Respublikasının iki sabiq nazirinin həbsi reallaşıb. Bütün bunlar korrupsiya ilə real mübarizənin təzahürləridir, yoxsa görünməyən başqa səbəblər var?
"AzPolitika.info" mövzunu tanınmış jurnalist və siyasi şərhçi, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli ilə müzakirə edib.
Onunla müsahibəni təqdim edirik:
- Qulu müəllim, Qarabağ savaşından sonra korrupsiyaya qarşı mübarizə ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib və bunun üçün əsaslar da var. Baş verənləri şübhəsiz ki, Siz də yaxından müşahidə edirsiniz. Sizcə, nə baş verir?
- Korrupsiyaya qarşı mübarizənin getməsi çox vacibdir. Çünki korrupsiya bu ölkəni, dövləti və milləti geriyə salan, insanların psixologiyasını zədələyən və Azərbaycan iqtisadiyyatına ağır zərbə vuran sosial bəladır. Sözsüz ki, ona qarşı da mübarizə getməlidir. Bu, birmənalıdır.
- Həbslər aparılıb. Sabiq nazir Səlim Müslümovdan sonra Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər və təhsil nazirlərinin həbsini müşahidə etdik, o cümlədən bir sıra keçmiş məmurların istintaqa dəvət edilməsi haqda xəbərlər yeni deyil. Bu prosesi necə qiymətləndirmək olar?
- Burada önəmli olan nəticədir. Kimlərsə hesab edə bilər ki, vəzifədə olduğu müddətdə bu dövlətin malını, pulunu və büdcəsini dağıdaraq, sonra da öz himayədarlarının müdafiəsindən istifadə edərək, topladıqlarını rahat şəkildə yeyəcək. Məncə, bu olduqca yanlış düşüncədir. Dövlətin büdcəsinə xəyanət edən, onun pulunu oğurlayan hər kəs cəzalandırılmalıdır. İndiki halda ən azından bu pullar geri qaytarılmalıdır. Çoxlu sayda məmur ordusu var ki, onların milyonları var. Yəni bunlar həmin pulu dövlətin büdcəsindən qazanıblar. Biznesmen deyillər ki, gedib ticarətlə məşğul olub zənginləşə bilsinlər. Əksinə, tutduqları vəzifələrini əmtəəyə çevirərək milyonlar qazanıblar. Ona görə də, zəhmət çəkib dövlətin pulunu dövlətə qaytarmalıdırlar. İndiki şəraitdə büdcəmiz bundan faydalanmalıdır. Hər halda bunlar az pullar deyil. Adi bir nazir, televiziya sədri, hansısa bir dövlət şirkətinin rəhbəri milyonlarla pulu yeyib-dağıdır, sonra da rahat şəkildə aradan çıxır. Əlbəttə, buna qarşı mübarizə aparılmalıdır.
- Uzun illər büdcə vəsaitini mənimsəyən və sonradan vəzifəsindən azad edilən yüksək çinli məmurlardan bu pulları hansı mexanizmlər əsasında geri almaq mümkündür?
- Mexanizmini deyə bilmərəm, amma onu bilirəm ki, bu pulları geri almaq olar, mümkündür və alınmalıdır. Əsas odur ki, məqsəd və istək olsun. Bunlar özləri üçün lazım olanda adamları elə həddə gətiriblər ki, rahatcana pul ala bilsinlər. Söhbət rüşvətdən gedir. Amma elə mexanizm, şəffaflıq mühiti yaradılmalıdır ki, bu pular dövlət büdcəsinə keçirilsin. Mən sizə konkret misal göstərə bilərəm. Məmməd İsmayıl dövlət televiziyasının (Az.tv) sədri olduğu zamanı orada texniki avadanlıq alışı zamanı oğurluq əməliyyatı aparılmışdı və sonradan məlum olmuşdu ki, 100 minlərlə dollar məbləğində korrupsiya faktı olub. Məmməd İsmayıl o adamları məcbur etdi ki, oğurladıqları pulları dövlətin kassasına keçirsinlər. Düzdür, onlara toxunmadılar, tutmadılar, amma oğurladıqlarını da geri aldılar. Zənnimcə, o zaman oğurladıqları da normal məbləğ idi. Yəni hər şey insanın əxlaq və məqsədindən asılıdır. Məqsəd pulları dövlət büdcəsinə qaytarmaq olacaqsa, bunu etmək mümkündür. Necə ki bəzən qarşılarına məqsəd qoyaraq o pulları həmin adamlardan çəkirlər, bunlar şəxsi ciblərə gedir və həmin insanları da himayə etməkdə davam edirlər.
- Biz hansı metodu seçsək korrupsiyaya qarşı mübarizədə effekt əldə edə bilərik?
- Bunun yolları çoxdur. Məsələn, Sinqapur və ya Gürcüstan təcrübəsi var. Başqa ölkələrdə də sınaqdan keçən təcrübələr mövcuddur. Hesab edirəm ki, Azərbaycanın indiki vəziyyətində, Qarabağ savaşından sonra böyük ruh yaranıb, coşqu var, insanlarda dövlətə və dövlət rəhbərlərinə inam yaranıb. Məncə, bu inamdan istifadə edərək korrupsionerləri və korrupsiya sistemini məhv edərək hər şeyi şəffaflıq işığına çıxarmaq lazımdır. Bir daha qeyd edim ki, dünyada təcrübələr var və bunlardan da bəhrələnmək olar.
- Bəzi eksperlət hesab edirlər ki, həbslər aparmaqla bunun qarşısını almaq olmaz, ciddi ictimai və dövlət nəzarəti olmalıdır...
- Əlbəttə, mexanizm kimi ictimai nəzarət mütləq olmalıdır. Şəffaflıq olmalıdır. Prezident də dəfələrlə deyib ki, ictimai nəzarət olmalıdır.
Dünyada ən yaxşı ictimai mexanizm azad və müstəqil mediadır. Belə media müstəqil, obyektiv, qərəzsiz şəkildə prosesləri izləyərək araşdırmalar aparır.
İkinci mexanizm vətəndaş cəmiyyəti nəzarətidir. Bu iki sistem ən mötəbər və effektiv nəzarət sistemidir.
Bunların hər ikisi 10 il əvvəl elə zərbə alıb ki, hələ də özünə gələ bilmir. Media bu dəqiqə ələbaxandır. Çox az sayda media qurumu və jurnalistlər var ki, onlar sözün həqiqi mənasında dövlətin və ölkənin xeyrinə araşdırmalar aparmaq gücündədir. Yəni müstəqil düşüncələri var, tamahlarına sahiblik edə bilirlər, onu heç cür ələ almaq mümkün deyil. Eləcə də qeyri-hökumət təşkilatları. Hətta şəffaflıqla məşğul olan vətəndaş cəmiyyəti qurumları vardı, amma onların səsi çoxdandır ki, gəlmir. Məncə, bu iki mexanizm dünyada ən effektiv mexanizm sayılır və onları dirçəltmək, oksigenini artırmaqla ictimai nəzarət mexanizmini gücləndirmək olar.
- “Azərbaycanda rüşvət almayan və rüşvət verməyən yoxdur” deyimi var. Yəni korrupsiya elə bəladır ki, bəzən insanlar könüllü ona təslim olurlar. Sizcə, cəmiyyətimiz də bu bəladan imtina etməyə hazırdırmı?...
- Burada iki məqamı bir-birindən fərqləndirməyə ehtiyac var. Korrupsiya sistemdir, rüşvət onun bir elementidir. Korrupsiya daha geniş anlam daşıyır. Məsələn, 10 manat da, 50 manat da, bir milyon da rüşvət sayılır. Amma bu rüşvətin arxasında korrupsiya sistemi duranda - bu yığır ona, o yığır özündən böyüyə verir, yuxarıdakı vəzifəsindən sui-istifadə edərək dövlətin deyil, özünün və ya qohum-əqrabasının maraqları üçün qərarlar qəbul edir, dövlətin büdcəsindən nələrəsə maliyyə ayırır... Məncə, korrupsiya sistemi məhv olmalıdır. Rüşvət sanki psixologiyadır, mentalitetdir və təəssüflər olsun ki, cəmiyyəti yaralayan sosial bəladır. Başqa sözlə, rüşvəti də korrupsiya doğurur. Bu mənada korrupsiyanı geniş miqyasda düşünməliyik. Yoxsa korrupsiyaya qarşı mübarizə elan olunanda məktəb və ya bağça müəlliməsini tuturlar ki, bəs 100 manat rüşvət alıb. Lakin dövlətin 50, 100 milyonunu qamarlayan adama toxunmurlar. Niyə? Çünki onun sistemi onu müdafiə edir. Söhbət bu mexanizmi məhv etməkdən, ona qarşı mübarizə aparmaqdan gedir. Odur ki, mübarizənin əsas hədəfi korrupsiya olmalıdır.
Mən ölkədə bütün məmurların rüşvət aldığını deyə bilmərəm. Ancaq onu bilirəm ki, şirkət rəhbəri, nazir və müavinlərin, yəni geniş səlahiyyəti olan adamların bu sahədə imkanları da genişdir. Bunlar təkcə öz uşaqları üçün "gün ağlamırlar", ağlasığmaz dərəcədə sərvət aşiqidirlər və bununla da məşğuldurlar. Məncə, bu artıq insan psixologiyası ilə bağlı məsələdir. Burada sosial şərtlər, sosial düşüncə də rol oynayır. Təəəssüflər olsun ki, mentalitet məsələsi də var. Həm də adamlar yaxşı başa düşürlər ki, vəzifə onlar üçün bir fürsətdir və bu fürsətdən bəhrələnməlidir. Çünki gördüyü, gözü qarşısında olan nümunələr budur. Eyni zamanda bizim yaxşı işləyən nazirlərimiz, çox az sayda şirkət rəhbərləri nümunələri də var ki, onlar qətiyyətlə korrupsiya ilə məşğul olmayıblar. Yəni dürüst adamlardır, əxlaqları buna yol vermir. Sizinlə o mənada razıyam ki, çoxu bu işlərlə məşğul olur.
- Son illər hakimiyyətdə kadr dəyişiklikləri gedir, gənclər daha çox önə çəkilir. Yeni gələnlərin köhnələrin yolu ilə getməməsi üçün nə çatmır?...
- Mənə elə gəlir ki, ilk növbədə psixologiya və dünyagörüş dəyişməlidir. Bəli, son dövrlər cavan kadrlar irəli çəkilir. Onların içərisində mənim də tanıdıqlarım var. Tanıdıqlarım korrupsiya və rüşvətdən çox uzaq insanlardır, onlar yaxşı menecerlərdir, bilikləri, idarəçilik qabiliyyətləri var. Hər halda "köhnə qurdlardan" bir çox cəhətlərinə görə fərqlənirlər. Mənə elə gəlir ki, insanlar vəzifəyə təyin edilərkən dürüstlük, ləyaqət andı içməlidirlər ki, bu vəzifədən özlərinin şəxsi məqsədləri üçün deyil, dövlətin və millətin tərəqqisi üçün istifadə edəcəklər. Çox vacibdir ki, onların da üzərində ictimai nəzarət sistemi olsun. Hər halda atılan addımlar, yeni təyin olunan insanlar var ki, mən onlara çox böyük ümidlə baxıram. İçlərində tanıdığımız insanlar da var və onların atdığı addımlar məndə belə qənaət formalaşdırır ki, korrupsiyadan çox uzaq insanlardır. Yaxşı menecerlərdir, əla idarəçilik qabiliyyətləri var və o bataqlığa girməzlər.
- Bu illər ərzində oğurlanan pullarla yeni Azərbaycan qurmaq, işğaldan azad olunan ərazilərimizi bərpa etmək mümkün idi...
- Əvvəla, ölkə Prezidenti son mətbuat konfransında dedi ki, hələlik bizə dəyən zərər hesablanır, eləcə də işğaldan azad edilən ərazilərdə işləri həyata keçirmək məqsədilə büdcədən 2,2 milyard vəsait ayrılıb. Bizə bu işləri görmək üçün hələ çox vəsait lazım olacaq. Bütün rayonları abad etmək mümkün olmasa da, Azərbaycandan oğurlanan pullarla xeyli iş görmək olar. O cümlədən də rayonların bərpasını həyata keçirmək olar. Mən bu qənaətdəyəm və media araşdırmalarından gəlinən nəticə belədir ki, çox pul oğurlanıb. Həmin pullar büdcəyə qaytarılsa, təqaüdlər artırıla bilər, metro ilə gedən professorların maaşını artırmaq olar, elmə və təhsilə kifayət qədər kapital yatırtmaq mümkündür...
Xəbərin oxunma sayı : 814
Müsahibə
Xəbərlər
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
-
Ayxan Abbasov millinin heyətini açıqladı - Kimlər çağırıldı?
-
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
-
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq - YENİ QANUN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
-
İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
-
Evlərinə tez çatmaq üçün düz xətti qırıq-qırıq xəttə “çevirdilər” – Video
-
Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar
-
Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
-
Sabahdan Bakıda mərkəzi yollar bağlanır - SİYAHI
-
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
-
Kadırovun oğlunun çıxışı müzakirələrə səbəb oldu - VİDEO
-
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
-
Bakıda qızları tora salan “SEHİRLİ ŞAMLAR“ - İnanc, yoxsa pul tələsi
-
“Evsiz-eşiksiz qaldım“ - Məhkəmənin qərarı niyə icra olunmur?
-
Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Bərpa olunan enerji sahəsində yeni mərhələ başlayır - VİDEO
-
Prezidentin Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım olunub - VİDEO
-
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
-
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
-
Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
-
Metronun “Həzi Aslanov“ stansiyasında aparılan yenidənqurma işləri yekunlaşır - VİDEO
-
Əli Nağıyev Qazaxıstanda: “Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və...“
-
Ekspres avtobuslara minənlərin sayı açıqlandı - VİDEO
-
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
-
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
-
Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər - Müzakirə olundu
-
Yevlaxda yolları hər il bu şirkət təmir edir - Nə qədər pul xərclənib?
-
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı?
-
Mehdiyev məhkəməyə müraciət edib - Nə yazıb?
-
35-50 yaşlı hərbi vəzifəlilər təlim toplanışına çağırılır - RƏSMİ
-
Prezident və birinci xanım Pir Ömər Sultan ziyarətgahında - FOTO
-
Növbəti 4 ildə pensiyaların nə qədər arta biləcəyi açıqlandı - Artım hər il aşağı düşəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“ASAN Xidmət“ə “asan“ iş vədi - Astarada 4 min manatlıq dələduzluq
-
Moskva-Bakı münasibətlərindəki böhran həll olunub - Şoyqu
-
Bakıda piyada keçidində eskalatorların işləməməsindən narazılıq - VİDEO
-
Heyvan bazarları nə vaxt bərpa olunacaq? - Rəsmi açıqlama
-
“Azərbaycan Sənaye Bankı”na yeni sədr təyin edilib - Uzun müddətdir orada çalışırdı
-
Gələn il müdafiə xərcləri 1,1, kənd təsərrüfatı xərcləri 13,2 faiz artacaq - Siyahı
-
İlham Əliyev və birinci xanım “Nəsimi Bağları”nda - FOTOLAR
-
Faizlər aşağı salınmalıdır - Tramp FED-in qərarına etiraz etdi
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib - TƏFƏRRÜAT
-
Bərdədə bir gecədə 100-dən çox artezianı söküblər - Sakinlərdən şikayət
-
Prezident və xanımı “Meysari Grand Hotel & SPA”nın açılışında - Fotolar
-
“Tələbəni xaric etmək doğru deyil“ - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
-
Neft böhranı yeni investisiya bumuna səbəb ola bilər - “The Economist”
-
“Ramiz Mehdiyev işi”nin istintaqında daha kimlər şahidlik edib? - TAM SİYAHI
-
TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır - İlham Əliyev
-
Azərbaycanda nə qədər külək enerjisi istehsal edilir? - RƏQƏMLƏR
-
“Dövlət satınalmaları haqqında” Qanun dəyişir - Nələr olacaq?
-
Milli Məclisin bir qrup deputatı Rusiyaya gedir - SƏBƏB
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - Bu tarixədək
-
“Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
-
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - Fotolar
-
Azərbaycanda 280 min nəfərdən çox işsiz var - RƏSMİ
-
Toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama - Qarşıdakı 4 ildə necə olacaq?
-
25 ildən sonra Azərbaycana qayıtdı: Övladlarının vətəndaşlıq problemi yarandı (VİDEO)
-
AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalı əmlak alıb - 7,5 milyon dollara
-
Xətai rayonunda binaların həyəti baxımsız vəziyyətdə - VİDEO
-
Bakıda ticarət köşkü soyuducuları yola qoyaraq təhlükə yaratdı - VİDEO
-
Azərbaycan nefti 6 dollar ucuzlaşdı - Qara qızıl 122,15 dollara satılır
-
Səudiyyə bir neçə ölkədən yardım istədi - Tutucu raketləri tükənir
-
“Mübarək“ şadlıq sarayından yayılan tüstü və qoxudan ŞİKAYƏT - VİDEO
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - VİDEO
-
Türk dünyası ilə İslam aləmi arasında mənəvi körpü: Bakının beynəlxalq təşəbbüsləri
-
Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi
-
Tanınmışlar bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Mourinyu Arda gülər tərif yağıdırdı: “Oyun keyfiyyəti inanılmazdır“
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - Detallar - Video
-
Azərbaycan 3 milyard manata yaxın borc alacaq - Gələn il
-
Ermənistan Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını tələb etməyib - Simonyan
-
Yaponiyada 100 yaşlıların sayı 100 mini keçdi - İlk dəfə
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Bilik Günü metrodan istifadə edən sərnişinlərin sayı - Açıqlandı
-
Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir - Lavrov
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
-
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşdü - FOTO
-
Veyplərdə meyitlərin konservasiyasında istifadə olunan maddələr var - Həkim
-
Aİ Hörmüzdəki vəziyyətə görə nə qədər itirib? - AK Prezidenti açıqladı
-
Bakıdakı fantastik qiymətlər:1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev...
TOP 10
ARXİV






