|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Şərabçılıqda problemlər: İdxal ixracı niyə üstələyir?!
Tarix 10.06.21, 18:20 |
|
Bu ilin yanvar-may aylarında Gürcüstan 55 ölkəyə 36,4 milyon şüşə şərab ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım deməkdir. İxracdan əldə olunan gəlir 8 faiz artaraq 82,4 milyon ABŞ dolları təşkil edib.
Sözüm bunda deyil. Azərbaycan Gürcüstandan qeyd olunan dövrdə 115 247 şüşə şərab alıb. Bu da ötən ilin göstəricisindən 41 faiz çox deməkdir. Sual yaranır ki, niyə? Yəni, ölkəmizdə şərabçılığa məgər, az diqqət yetirilir? Və yaxud, bu sahədə ölkəmizin potensialı qonşu ölkədən aşağı səviyyədədir? Bəlkə, bu sahə ölkəmizdə yenicə təşəkkül tapıb?
Bu sualların hər birinin cavabı xeyrdir!
İlk olaraq sonuncu sualdan başlayıram. Şərabçılıq tarixən Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayıb, aparıcı sahələrdən sayılıb. Azərbaycan şərabı gözəl, təkrarolunmaz ətrinə, keyfiyyətinə görə həmişə məşhur olub. Buna görə də, şərabçılıq Azərbaycanda yeyinti sənayesinin ən mühüm sahələrindən biri kimi böyük əhəmiyyət daşıyıb.
Keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodu və şərabçılıq məntəqələri fəaliyyət göstərib ki, bu sistemdə 151 mindən artıq fəhlə və mütəxəssis çalışıb, 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edilib.
Ümumiyyətlə, Sovet İttifaqı vaxtında şərab və konyak istehsalı sahəsində Azərbaycanın çəkisi çox yüksək olub və daima inkişaf edib. İstehsalın kəmiyyətcə artması ilə yanaşı, şərab məhsullarının keyfiyyəti də dayanmadan yaxşılaşıb və çeşid genişlənib. Həmin illərdə Azərbaycanda üzümçülük və şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərib ki, onun tərkibində 256 xüsusi sovxoz, 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu olub.
Komitəyə daxil olan müəssisələrdə 300 mindən artıq insan işləyib. Həmin illərdə təkcə üzümçülükdən gələn gəlir respublikanın dövlət büdcəsinin 40 faizini təşkil edib. Bütövlükdə kənd təsərrüfatının isə Azərbaycanın dövlət büdcəsində payı 60 faizə bərabər olub. Hazırda bu rəqəmin 90 faizdən çox hissəsini neft və qaz sektorunun payı təşkil edir.
İkinci suala gəldikdə isə yuxarıda qeyd etdiklərimə əsasən onun da cavabı bəlli oldu. Sadəcə olaraq, 1985-ci ildən sonra Sovet İttifaqı rəhbərliyinin sərxoşluğa qarşı mübarizə tədbirləri Azərbaycanda sözügedən sahəyə böyük zərbə vurdu və nəticədə 130 min hektardan çox məhsuldar sayılan üzüm bağları məhv edildi, uzun illər ərzində böyük zəhmət hesabına yaradılan infrastruktur dağıldı.
Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən etibarən başlatdığı işğal nəticəsində isə Qarabağda 45 min hektardan çox üzüm bağı da nəzarətdən çıxdı. Beləcə, 180 min hektara yaxın üzüm bağı hələ sovet dövründə itirilmiş hesab olundu. Qalan 80 min hektardan çox üzüm bağı isə Azərbaycan müstəqillik əldə etdikdən sonra məhv oldu. 1990-cı illərdə Rusiya ilə əlaqələrin qırılması ucbatından şərab zavodları məhsulunu sata bilmədi ki, əhalidən üzüm tədarükü dayandı. Beləliklə də, təsərrüfatlarda üzümlüklər məhv edilərək yerində taxıl və başqa bitkilər əkilməyə başlandı.
Ancaq məsələ bundadır ki, ölkədə şərabçılığa diqqət 20 il bundan öncə bərpa olunub. Bu, az vaxt deyil. 19 oktyabr 2001-ci il tarixli “Üzümçülük və şərabçılıq haqqında” adlı Qanun üzümçülük və şərabçılığın bərpası istiqamətində irəliyə doğru atılan ilk addım sayıldı. Ölkədə ilk olaraq, şərabçılıq sənayesinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə dövlət proqramları işlənib hazırlandı ki, qiymət, kredit və vergi sistemləri təkmilləşdirilməklə, lisenziya, sertifikatlaşdırma qaydaları nəzərdən keçirildi.
Bundan əlavə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi sənədlər də mühüm rol oynadı. Dövlət başçımız tərəfindən bölgələrə səfərlər zamanı üzümçülüyün prioritet sahə olduğu diqtə olunmağa başlandı.
Ən əhəmiyyətlisi isə Prezidentin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” oldu. Bu sənəd, respublikada üzümün və onun emal məhsullarının istehsalını artırmağı, ölkə əhalisinin təzə və keyfiyyətli üzümə tələbatını daha dolğun ödəməyi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatını yaxşılaşdırmağı hədəf götürdü. Və ölkədə üzüm bağları bərpa edilməklə genişləndirilməyə başlandı ki, keyfiyyətli şərab məhsulları istehsalı üçün əlverişli şərait yarandı.
Ölkədə şərabçılığın davamlı inkişafını təmin etmək, o cümlədən bu sahəyə dövlət dəstəyini gücləndirmək, potensial imkanlardan səmərəli istifadə etmək, həmçinin şərab istehsalına və ixracına marağı artırmaq məqsədilə 2018-ci ilin may ayında “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması isə ortaya konkret strategiya qoydu.
Bəs, bütün bunlara rəğmən, bu sahədə nəyə görə idxal ixracdan üstündür? Azərbaycanda istehsal olunan şərab məhsulları idxal olunanlardan keyfiyyətsiz sayılırmı? Xeyr! Bəs, onda idxal fasiləsiz olaraq niyə artır? Səbəb nədir?
Bu ilin birinci rübündə ölkədən 3 milyon 413 min 700 ABŞ dolları məbləğində alkoqollu və alkoqolsuz içkilər ixrac edildiyi halda, idxal 13 milyon 304 min 550 ABŞ dolları təşkil edib.
Qeyd oluna bilər ki, buna pandemiya şəraiti səbəb olub. Ancaq bu, belə deyil. Pandemiyadan əvvəl də ölkəyə idxal artırdı. Çünki bunu daxili istehlak belə tələb edirdi. 2019-cu ildə Azərbaycanda 531,72 min dekalitr şərabçılıq məhsulları istehsal edilib ki, bu da 2018-ci illə müqayisədə 64,5 faiz az deməkdir... Həmin ildə ölkəmiz 7 milyon 309 min ABŞ dolları dəyərində şərab və üzüm suslosu ixrac edib. Keçən il isə bunun yarısından da çox az səviyyədə ixrac həyata keçirilib. İstehsal azaldıqda təbii ki, ixrac da aşağı düşəcək və daxili bazarın idxaldan asılılığı artacaq.
Yeri gəlmişkən, Azərbaycan şərabları Çin, Rusiya, Belarus, Niderland, Latviya, Qazaxıstan və Polşa kimi ölkələrə ixrac olunur. Ümumiyyətlə, ölkəmizdən şərab ixracı prosesinə xarici ölkələrdə açılan ticarət və şərab evləri böyük töhfə verib.
Odur ki, bütün qeyd olunanlara əsasən demək istədiyim budur ki, bu qədər diqqətin və yuxarıda qeyd etdiklərimə uyğun olaraq həyata keçirilən müvafiq dövlət siyasətinin fonunda ixracımız əslində göstərilən durumda olmalı deyil. Bu onu göstərir ki, ölkənin qeyri-neft sektoru sahəsinin şərabçılıq sektorunda çox ciddi çatışmazlıqlar mövcuddur. Və bu, mütləq araşdırılmalı - ciddi təhlil olunmalıdır.
Yeri gəlmişkən, əvvəlki təhlillər də göstərirdi ki, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından xeyli dərəcədə aşağıdır. Bu vəziyyət ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması ilə izah edilirdi. Lakin tendensiyanın gedişatı bunun heç də belə olmadığına işarə edir. Problemin kökü əslində başqa amillərdədir. Belə ki, ya istehsal rəqabətə davamlı deyil, ya onun uçotu dəqiq deyil, ya da daxili bazar müəyyən idxalçı işbazların nəzarəti altındadır.
Bu arada bir nüansa toxunum. Dövlət başçımız pambıq əkininə, tədarükünə diqqət ayıranda bəziləri bunu mənasız hesab edirdi. İndi pambıq ixracı qızıldan çox gəlir gətirir. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci, qızıl ikinci (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb. Ölkəmizdə digər məhsullar və o cümlədən şərabçılıq üzrə də bu cür imkanlar mövcuddur. Sadəcə, stimul yoxdur.
“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın da məqsədi şərab və şərabçılıq məhsullarına tələbatı orta perspektivdə yerli ehtiyac və ixracat imkanlarını nəzərə almaqla ödəmək, şərab istehsalı müəssisələrinin fəaliyyətini genişləndirmək, onları müasir texnologiyalar əsasında qurmaq, həmin müəssisələrin xammal təminatını yaxşılaşdırmaq, şərabçılıq məhsullarının ixracını artırmaq və kənd əhalisinin məşğulluq səviyyəsini yüksəltmək üçün ölkədə üzümçülüyün, şərabçılığın inkişafını stimullaşdırmaqdır.
Dövlət Proqramına əsasən Azərbaycandan şərab ixracı 2025-ci ilədək 5 dəfə artmalıdır. Ancaq sual olunur, bu gedişlə, başqa sözlə desəm, adi gürcü şərabının idxalı 50 faizə qədər artdığı şəraitdə bu mümkündürmü?
Şərab və şərabçılıq məhsullarının iqtisadi, sosial əhəmiyyəti nəzərə alınaraq, ölkədə şərabçılığın inkişafı daha əsaslı şəkildə nəzarətə götürülməli və bu dəfə tamamilə yeni əsasda özünü büruzə verməlidir. Bunun üçün isə sözügedən sahədə həyata keçirilən dəstək tədbirləri zamanı, şərab istehsalçılarının da maraqları əsas götürülməli, istehsal olunan məhsulların ilk növbədə daxili bazar olmaqla, dünya bazarlarında da rəqabət qabiliyyətliliyi və qiymətinin münasib olması məsələsi başlıca hədəf seçilməlidir.
Xəbərin oxunma sayı : 361
İqtisadiyyat
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV