“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Gələn il daha 1,8 milyard manat vergi necə yığılacaq? – “Müəyyən şərait var...”

Tarix 13.09.21, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 138 milyon manatın cəlb olunması planlaşdırılır. 

Bu barədə Maliyyə Nazirliyinin yaydığı «2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama»sında yazılıb.

Xatırladaq ki, bu il eyni xətti ilə büdcə daxilolmaları 7 milyard 250 milyon manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, növbəti ildə 2021-ci illə müqayisədə təxminən 2 milyard manat daha çox vergi yığımı nəzərdə tutulur.

Büdcəyə vergi daxilolmaları nəyin hesabına artacaq? Vergilər artırılacaqmı? Bu, baş versə, bunun biznesə mümkün təsirləri necə olacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan” Agentliyinə bildirib ki, hazırda fiskal siyasət daha çox şəffaflığın olmasına söykənir: «Elə şərait yaradılır ki, qaydalar çərçivəsində işləməməsi artıq iqtisadi və maliyyə baxımından sərfəli deyil. Şərtlər dəyişir və həm sahibkarları, həm də adi işçiləri öz gəlirlərini rəsmi bəyan etməyə məcbur edən mexanizmlər işə salınır. Ona görə də, bu baxımından vergi daxilolmaların artması üçün müəyyən şərait var».

Deputatın fikrincə, 2020 və 2021-ci illə müqayisədə növbəti ildə büdcəyə vergi daxilolmaları biznesin genişlənməsi hesabına artacaq: «2020-ci və 2021-ci ilin birinci yarısı o qədər də uğurlu deyildi. 2020-ci ildə koronavirus pandemiyası var idi, bu ilin birinci yarısında isə biznesin canlanması gedirdi. Növbəti il isə bu sahə genişlənəcək. Bunun hesabına isə vergi daxilolmaları da artacaq».

O, qeyd edib ki, vergilərin artırılmasının mənası yoxdur: «Çünki vergilərin artırılmasının yox, sahibkarları vergiləri ödəməyə stimullaşdırmağın mənası var».



Xəbərin oxunma sayı : 808




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap