![]() |
|














“MŞ-nin İdarə Heyətində Əli Həsənovun vaxtından qalma tör-töküntülər var“ - Müsahibə
Tarix 21.10.22, 14:47 |
|

Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı Bakupost.az -a müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir:
- Elçin müəllim, bir neçə gün bundan əvvəl 65 yaşınızı tamamladınız. Bura qədər ömrü necə yaşamısınız?

- Soruşsalar ki, həyatını bir də belə yaşayardınmı, cavabım bu olardı ki, bəli, elə bu cür də yaşayardım. Ola bilsin, müəyyən xırda incəliklər var ki, onlar başqa formada baş verə bilərdi. Amma yaşadığım həyat peşədən, ətraf mühitə münasibətdən asılı olmayaraq, ümumi mənada məni qane edib. Bir də mənim üçün əsas olan bilirsiniz, nədir? İnsanların gözünə dik baxa bilmək. Kimlərisə görəndə gözlərimi qaçırmıramsa, yaxud gizlənmək istəmirəmsə, bu, mənim üçün böyük şeydir.
- Özünüzə nəyi sığışdırmamısınız?
- Heç kimin qarşısında gözükölgəli deyiləm. Bu o deməkdir ki, mən çox şeyi özümə sığışdıra bilməmişəm.
- 65 illik ömrünüzün neçə ili jurnalistika fəaliyyətinin payına düşüb?
- 34 ili. 1988-ci ildən mətbuatdayam. 90-cı ildə “Ayna-Zerkalo”nu yaratdıq. Hərbi vəziyyətləri, rusların ikiqat-üçqat senzurasını görmüşük. Xüsusi buraxılışlarla qəzetimizi buraxmışıq. Çətin dövrlər idi, amma yaşada bilirdik qəzeti. Çünki gələcəyə ümidimiz çox idi.
- Amma qəzet əmin-amanlıq dövründə dayandı.
- Təəssüf ki, işləməyə imkan olmadı və qəzet dayandı. Gözümün qabağına keçdiyimiz çətin dövrlər gəlir. Həmin ağır dövrlərdən qalib çıxdıq, amma əmin-amanlıq dövründə qəzetimiz yoxdur.
- Elçin Şıxlının jurnalistikada “qızıl qaydaları” nədir?
- Faktlara əsaslanan məlumatları yazmaq, təhqirə yol verməmək. Nəinki mənim ümumilikdə jurnalistikanın “qızıl qaydaları” bunlardır. Bir məmurun rüşvətxor olduğunu faktımız olmadan yaza bilmərik.
Mənim etik qaydalarım var. Məsələn, qəzetdə heç kimə “alçaq” yaza bilmərəm. Kiməsə “alçaq” demək istəyirəmsə, zəng vurub özünə deyərəm. Müəllif yazıda kimisə təhqir edir, o adam da gedib məhkəməyə verir, bu zaman da deyirik, söz azadlığımızı əlimizdən alırlar, səsimizi kəsirlər.
- Son illər Azərbaycanda söyüş mediası formalaşıb. Tənqidlə təhqir arasındakı qırmızı xətt itib sanki.
- Mən onları media saymıram. Fikrini söyüşlə, təhqirlə ifadə etmək azad söz deyil, tərbiyəsizlikdir. Onların dediklərinin mütləq əksəriyyəti əsassız, boş şeylər olur. “Ayna-Zerkalo” qəzeti hər zaman tənqidi mövqedə olub. Amma hər şeyin də qaydasını bilmişik. Hələ redaksiya işləyəndə çox şeylər baş verib, amma heç vaxt açıb-ağartmamışam. Çox adamlar hay-küy salmağı xoşlayır, ay bizə təzyiq oldu, bizi sıxırlar və s. Amma mən bu şeylərlə diqqət çəkməkdən qaçmışam.

- Əməkdaşlarınızın yazılarına hansı hallarda düzəliş etmisiz. Yaxud da olubmu ki, çox sərt olanda o yazını verməkdə tərəddüd keçirmisiz?
- Mənimlə çalışan uşaqların əksəriyyəti çox yetkin, sözünü deyə bilən, yazan jurnalistlər olub. Bir çox məqamlarda mən onlardan sadəcə olaraq, soruşmuşam: Biz siyasətlə məşğul oluruq, yoxsa jurnalistik? Biz qəzetin çıxmağını istəyirik, yoxsa bağlanmağını?
Bu günə kimi çalışdığım heç bir jurnalistin yazısına əsaslı müdaxilə etməmişəm. Məsləhət vermişəm ki, gəlin, bu sözü belə yox, bir az başqa cür deyək. Beyni çalışan adamlara onsuz da fikrin əsas məğzi aydın olacaq.
- Müasir dövr jurnalistikasında sizin üçün nələr qəbulolunmazdır?
- Qərbdən gələn “xalq mediası”, “vətəndaş jurnalistikası” anlayışnı qəbul etmirəm. Təbii ki, hər bir insanın informasiya toplamaq, onu yaymaq hüququ var və bizim konstitutsiyamızda da bununla bağlı maddə salınıb. Amma sosial media vasitəsilə yayılan informasiyalarla kifayətlənmək və artıq bunu jurnalistika hesab etmək yanlışdır. Sosial mediada yayılan informasiya bizə material verir. Amma mən jurnalist olaraq onu tez yoxlayıb, araşdırmalıyam. Buna müəyyən vaxt gedir. Amma bizim işimiz əslində budur. Sosial media elədir ki, harda nə gördü yayır, amma araşdırmağa həvəs göstərmir. Bu, artıq qeybətdir. Əvvəllər bu tip dedi-qodular məhəllələrdə olurdu, indi isə müasirləşərək sosial platformalara daşınıb. Bilirsiz, oxucu həqiqəti ənənəvi mediada tapmayanda alternativ mənbələrə üz tutur. Bu mənbə də əsasən, sosial platformalar olur. Bunun bir səbəbkarı da bizim dövlət strukturlarımızda olan informasiya daşıyıcılarıdır. Həmin strukturlarda, hökumətdə işləyənlər belə düşünürlər ki, mütləq media strukturları ilə işləməlisən. Əslində isə onlar informasiya ilə işləməlidir. Jurnalit zəng vuranda anında məlumatı olduğu kimi ötürməli və səbəblərini də izah etməlidirlər. Bizdə əksinədir. Bir hadisə baş verir və dövlət strukturları başlayırlar həmin hadisəni gizlətməyə. Beləliklə də mülahizələr, təxminlər üzərindən yaranan dedi-qodular cəmiyyətə informasiya kimisızır. Dezinformasiyanın qarşısını almağa hesablanan bu addım əslində ona yol açmış olur.
- Bəlkə də çox verilən bir sual olacaq. Bir çox ölkələrdə hələ də yüksək tirajla çıxan qəzetlər var. Sizə elə gəlmirmi, Azərbaycanda qəzetlər onlayn mediaya sürətlə uduzdu?
- Mən əslində qəzetçiyəm. Qəzetlər platformadır. Sosial media da müasir dövrün platformasıdır. Ola bilsin, sabah tamam başqa bir platforma çıxacaq. Qəzet təbii ki, çeviklikdə, informasiyanın ötürülməsində onlayn və sosial mediaya uduzur. Bu ona görə belə sürətlə baş verdi ki, bizdə qəzetlər kontentini dəyişmədi. Qəzet sadəcə olaraq, kontentini dəyişməli, transformasiya etməlidir. Baş verən hadisəni, xəbəri qəzet yoza bilməli, analitika daha çox olmalıdır. Bu, tək qəzetlərdə deyil, elə saytlarda da belədir. Ümumilikdə ənənəvi mediada kontent yoxdur. Qəzetlər, saytlar çoxdur, amma içində heç nə yoxdur.
- Jurnalistikamız niyə bu vəziyyətə düşdü? Sizcə, bunun günahını harada və kimdə axtarmalıyıq?
- Cəmiyyətimizdə. Mediamız bu gündədir, çünki cəmiyyətimiz belədir. Jurnalistika, media öz-özünə bu şəkli ala bilmir. Bizim ətraf mühitimiz, cəmiyyətimiz necədirsə, biz də eləyik.
- Yenə babal qaldı cəmiyyətin boynunda. Bəs ziyalıların bu cəmiyyəti formalaşdırmaq kimi bir vəzifəsi yoxdur?
- Ziyalı nə etsin? İndinin özündə belə hər yerindən duran sosial mediada ziyalıları təhqir edir. Sosial media nüvə silahı kimi bir şeydir. Atomu icad etmək elmdir, amma insanlar onu ölümcül bombaya çevirdilər. Həmin bomba bir dəfə istifadə olunub, amma təsiri illərlə davam edir. Sosial media da elədir. İnsanlar sosial şəbəkələrdə özlərini qəhrəman hesab edirlər. “Klaviatura qəhrəmanları” mənə Jan-Pol Belmondonun “Əsrarəngiz” filmini xatırladır. Belmando filmdə yazıçı obrazını yaradır. Bu yazıçı detektiv əsərlər yazır. Qəhrəmanlarından biri Ceyms Bond kimi bir agent olur. Bu əsəri yazdığı məqamda evində işıq sönür, su gəlmir. Sosial xidmətlərə zəng vurur ki, usta göndərsinlər. Elektrik gəlir, deyir, suyu bağlamasan, mən elektriklə işləyə bilmərəm. Su idarəsindən gələn usta deyir, yox, elektrik işini görməlidir ki, mən su borusunu təmir edim. Nəticədə heç biri problemi həll etmir və çıxıb gedirlər. Yazıçı gəlib oturur yazı makinasının arxasına və deyir ki, indi mən sizə göstərərəm. Başlayır bu ustaların obrazını yaradır və öz qəhrəmanı tərəfindən bunları döyür. Bax sosial mediadakı “klaviatura qəhrəmanları” da təxminən bu cür edir.
- Amma o insanlar bəzən ictimai rəyi formaladırmağı da bacarır, sosial problemlərin həllini sürətləndirirlər. Məsələn, hansısa məhəllədə su borusu partlayır, su gəlmir, hardasa bir məktəbdə, bağçada qanunsuz hal baş verir, amma aidiyyəti qurumlar şikayətlərə baxmır. Kimsə çəkib sosial şəbəkəyə yerləşdirəndə məsələ anında həllini tapır.
- Nisbətən ictimai rəy formalaşdırırlar, düzdür. Sosial şəbəkələrin çox gözəl və müsbət bir cəhəti var. İnformasiyanın demokratikləşməsinə kömək edir. İnformasiya yuxarıdan aşağı, şaquli şəkildə yönəldilmir, üfiqi şəkildə ötürülür. Amma bu informasiyanın ötürülməsi bayaq dediyim atom bombası məsələsidir. Əslində yaxşı şeydir, əlaqə yaratmaq üçün gözəl vasitədir.
- Cəmiyyəti, kütləni öz arxamızca apara bilmək bu qədərmi çətindir?
- Bu sual həmişə aktualdır. “Qəzet oxucu üçündür, yoxsa oxucu qəzet üçün?” Nə üçün cəmiyyəti günahlandırıram, bilirsiz? Buna çox ciddi əsaslarım var. Mənim praktikamda dəfələrlə olub, yəqin siz də rastlaşmısız. Redaksiyaya böyük bir klinika haqqında şikayət məktubu gəlir. Kollektiv klinikanın baş həkimindən, rəhbərindən şikayətlənir. Əlimi-əlimə vurub deyirəm, nə gözəl materialdır, bir az da üstündə işləyib, araşdırıb həll etmək olar. Məktubun sonunda görürsən yazılıb ki, “bağışlayın, biz imzalarımızı, adlarımızı bura yaza bilmərik çünki baş həkimdən qorxuruq”. Mən dərhal o məktubu cırıb atıram. Əgər cəmiyyət öz haqqını tələb etmək iqtidarında deyilsə, mən cəmiyyət uğrunda niyə vuruşmalıyam?
Dəfələrlə olub yayımlamışıq, araşdırmışıq, sonra bizi yalançı çıxarıblar. Bizim keçmiş əməkdaşlarımızdan birinə həbsxanada olanların ailə üzvlərindən şikaət məktubları gəlirdi. Bu məktublar əsasında dəfələrlə məqalələr yazdıq. Nəticədə elə oldu ki, penitensiar sistemin hansısa qolu bizi də, qəzeti də məhkəməyə verdi. İnanırsınız, bizə məktub yazan adamlar məhkəmədə dediklərini dandılar, üzümüzə durdular. Başqa bir misal. Həmkarlar İttifaqının qarşısında bir nəfər özünü yandırmışdı. Məsələni işıqlandırdıq. Sonra valideyninə zəng vurduq. Bizə sərt şəkildə dedi ki, “xahiş edirəm, məsələni siyasiləşdirməyin”. Çünki övladının qan pulunu alıb cibinə qoymuşdu. Cəmiyyət bizim boğazımızdan yapışır ki, niyə yazmırsız, həqiqətləri işıqlandırmırsız, bizim haqqımızı müdafiə etmirsiz. Yazıb, işıqlandırıb, problemi həll edəndən sonra da oluruq pis adam. Onlar da ciblərini doldurur. İndi baxın cəmiyyəti belə olanın mediası ideal ola bilərmi?

- Elçin müəllim, bu cəmiyyətdə yaşamağın sizə çətin gəldiyi məqamlarda Azərbaycandan çıxıb getmək istəmisizmi?
- Beynimdən keçib. Amma Bakıdan kənarda bir həftədən artıq qala bilmirəm. Olur dostlarla, ailəmlə birlikdə xarici ölkəyə gedirik, bir həftənin tamamında darıxıram. Məsələ belədir ki, hər ölkənin öz problemi var və biz o ölkələrin problemini bilmirik. Yenə öz ölkəmizdə, cəmiyyətimizdəki problemlərə bir növ öyrəşmişik. Bəzən bizə elə gəlir ki, bütün neqativ hallar ancaq bizim cəmiyyətdə, bizim ölkəmizdədir. Amma əslində bütün ölkələrdə insanlar eynidir. Məsələn, Berlində mərkəzi küçədən bir az o tərəfə keçəndə cibini kəsirlər. Hər ölkədə problemlər var. Adamın daşı öz torpağında ağırdır. Gənc olanda getmək daha asandır, amma müəyyən yaşdan sonra getmək, uyğunlaşmaq çətin olur. Ona görə də köçüb getmək fikri sadəcə, beynimdən keçib, icra etməyə həvəsli olmamışam.
- Jurnalistlər Birliyinin sədrisiniz. Azərbaycanda jurnalistləri bir yerə toplamaq mümkündürmü? Həmrəy ola bilirikmi?
- Olmur. Əvvəllər jurnalistikada həmrəylik deyilən bir şey var idi. O da qaldı 90-cı illərdə. Amma o da nisbi idi. Çünki o illərdə siyasi cəbhələr var idi. Siyasi partiyalar yarandı, sonra onların hərəsinin bir qəzeti. Düzdür, mən siyasi partiya qəzetlərini heç vaxt qəzet saymamışam. Amma bunu orda çalışan jurnalistlərin peşəkarlığına şamil etmək olmaz. Çünki Gündüz Tahirli kimi jurnalistlər çalışırdı o qəzetlərdə. Sadəcə olaraq, onlar axırda döyüş vərəqəsinə çevrildilər. Məsələn, 1992-ci ildə İsgəndər Həmidov gəlib bizim redaktorlardan birinə qəzet yedirtmək istəmişdi. Onda Nəcəf Nəcəfovun təşəbbüsü ilə hamı ayağa qalxdı. Parlamentin önündə toplandıq, sonra Əbülfəz Elçibəy bizi qəbul etdi. Bizim tələbəmiz bu oldu ki, prezident daxili işlər nazirinin bu hərəkətinə siyasi qiymət versin.
-Verdimi?
- Verə bilmədi. Elçibəy dedi, sizdən onun əvəzinə üzr istəyirəm. Biz onda belə qərara gəldik ki, məsələyə siyasi qiymət verilməyənə kimi ölkədə heç bir qəzet çıxmayacaq.
- Buna neçə qəzet redaktoru əməl etdi?
- Bizdən və Zərdüşt Əlizadənin “İstiqlal” qəzetindən başqa heç kim. Bir həftə sonra hamısı qaça-qaça qəzet çıxartdı.
- Elçin müəllim, qurultaya niyə getmədiniz?
- 2014- cü ildə ordan çıxanam. Minmək və enmək məsələsi var. Həm də orda İdarə Heyətinə üzv seçilənlər arasında elə adamlar var ki, mən onların yanında durmağı özümə yaraşdırmazdım. Əli Həsənovun vaxtından qalma tör-töküntülərdir. Mən bu gün təəssüf edirəm ki, biz 2003-cü ildə Mətbuat Şurasını yaradanda Hacı müəllimin sözünə baxmadıq. Bir məqamı da qeyd etmək istəyirəm. İndi deyirlər, Azərbaycan Jurnalistlərinin VIII-ci qurultayı keçirildi. Bu, səhv məlumatdı. Azərbaycan jurnlasitlərinin birinci qurultayı 1959-cu ildə keçirilib. Biz jurnalistlərin qurultayını 2003-cü ildən hesablamaqla Azərbaycan jurnalistikasının tarixini ən azı 50 il azaldırıq. Çünki 2003-cü ildən sonra keçirilən qurultaylar Azərbaycan jurnalistlərinin deyil, Mətbuat Şurasının qurultaylarıdır.
- Qurultayı heç olmasa, kənardan izlədizmi? Düşüncələriz maraqlıdır.
- Mən əvvəldən bilirdim ki, sədr kim olacaq, nə baş verəcək. Biz təkcə birinci qurultayda öz istədiyimiz adamları seçdik. Ondan sonra “yuxarılar”ın istədiyi adamlar seçilir. Maraqlı deyildi mənə, açığı.

- Sizcə Rəşad Məcid nələrisə dəyişə biləcəkmi?
- Rəşadla dostluğumuz var. Hər şeyi bir kənara qoyaq, Rəşad olmasın, istəyirsiniz məni qoyun ora, mən də bu şəraitdə heç nəyi dəyişə bilmərəm.
- Sizin də sədrliyinizi istəyən insanlar var idi.
- Məni ora sədr qoymazdılar. Heç özüm də istəməzdim.
- Səbəb?
- Çünki yaxşı mənada cığallıq edəcəkdim. O mənada ki hər şeyin doğru olanını etmək lazım olduğunu deyəcəkdim. Bu da orda heç kimə sərf eləmir.
- Mediada nəyinsə düzələcəyinə ümid var?
- Mən nəsil olaraq gedənlərdənəm (gülür). Bir az pessimist ola bilərəm, buna tam haqqım da çatır. Amma hər halda heç kimə deyə bilmərəm ki, ümidini itir. İtirməyin, ümidi itirmək olmaz.
- Sizin dövrünüzdə jurnalist olmaq çətin idi, yoxsa indi?
- O vaxt çətin idi, amma ləzzəti də var idi. Təsəvvür elə, dördqat senzuradan keçmişik. Döyülmüşük də, tutulmuşuq da.
- Yazdığınız yazıya, dediyiniz fikrə görə həbs olunmusuzmu?
- Belə olub ki, o vaxt Əlikram Talış Muğan Respublikasını elan edəndə biz qəzetdə dərc olunan bir yazı ilə bağlı ora getmişdik. Bizi orda tutub zirzəmiyə salmışdılar. Bilmirəm bunu həbs olunmaq hesab etmək olarmı (gülür). Amma başımdan ciddi həbs hadisəsi, döyülmək keçməyib.
- Bəs hədələr necə?
- O hər zaman olub. Bəlkə də İsmayıl Şıxlının oğlu olmasaydım, məni də həbs edərdilər. Atamın adı həmişə bu hadisələrin baş verməsinə mane olub. Bəlkə də kimlərsə müəyyən dərəcədə hay-küyün daha çox ola biləcəyindən çəkinib.
- Sizinlə çalışan jurnalistlər də zaman-zaman təzyiqlərə məruz qalıb. Belə məqamlarda onlara necə dəstək olmusuz?
- Belə hallar çox olub. Jurnalistlərimizdən hansısa döyüləndə mənə dərhal qarşı tərəfdən üzrxahlıq edilib. Deyiblər ki, səhvən olub, məhkəməyə getmədən də təzminatla məsələni aydınlaşdırmaq olar. O zaman mən jurnalistə demişəm ki, məhkəməyə gedib hüquqlarını müdafiə etmək istəyirsənsə, mən sonuna qədər sənin arxandayam. Amma sənin müalicən üçün pul da təklif edilir. Hansını seçirsən? Seçimləri hər nə olursa-olsun, hər zaman yanlarında olmuşam.
- Elçin müəllim, səhərdən ancaq mediadan, mətbuatın problemlərindən
danışırıq. Amma istərdim bir az da sizin özünüzdən danışaq. Elçin Şıxlının görünməyən tərəfi varmı?
- Onu gərək həyat yoldaşımdan soruşasınız. Məni biabır eləsin. (gülür)

- Kənardan çox sakit təbiətli insan təsiri bağışlayırsınız. Görüntünüz bizi yanıldırmı?
- Yanıldır (gülür). O qədər də sakit insan deyiləm. Haylı-küylü də demək olmaz, amma müəyyən məqamlar olur ki, özümdən çıxıram. Evdə çığır-bağır salanda yoldaşım deyir, gücün mənə çatır ancaq? Sizin o sakit gördüyünüz Elçin Şıxlı çöldə hay-küy sala bilmədiyi məqamlarda bütün hirsini evdə tökür. Atamın bir sözü var idi. O bizim hamımızın qulağında sırğa olub. Deyirdi, gecə yatmağa gedəndə qapını çəkirsən, içəridə kim qalırsa, onlar sənindi. Evdə çığır-bağır salsaq da, içəridə özümüzük. Zəifliyimizi də evimizin içində göstəririk.
- Həyat yoldaşınız sizə neçə ildir dözür?
- 30 ildən xeyli keçib. Mən də ona dözürəm (gülür). Onun da problemi olanda hirsini mənim üstümə tökür. Bir-birimizi rahat dinləyə bilirik. Bölüşə bilirik hər şeyi. Bunu bacara bilməsək, yaşamaq çətin olardı. Qəzet bağlananda mən çox böyük stress keçirdim. Sinirə bilmirdim bunu. Həyat yoldaşım olmasaydı, o dövrü rahat adlaya bilməzdim bəlkə də.
- Ailənizi ideal ailə hesab etmək olar?
- Tam da yox. Elə şeylər var ki, hələ də mübahisəmizə səbəb olur. Məsələn, biz birlikdə mağazaya getmirik. Çünki birlikdə mağazaya girəndə dalaşırıq (gülür). Həm də xanımlar alış-verişə gedəndə çox rahat gəzirlər. Mənim hövsələm çatmır. Hətta arada zarafatla deyirəm ki, muzeyə getmirsən, mağazaya gedirsən, tez çıx.
- Elçin müəllim, atanız kimi ata ola bilmisizmi?
- Yox, ondan xeyli yumşaq ata olmuşam. Atam nə mənə, nə qardaşıma ömrü boyu “qurban olum” kəlməsini işlətməyib. Evdə olduqca ağır, sərt adam idi, amma heç vaxt ədalətsizlik eləmirdi. Amma o sevgini sanki nəvələrinə daha aydın biruzə verdi. Yadıma gəlir ki, atamın yanında övladlarıma acıqlana bilmirdim. Deyərdi, öz evində nə istəyirsən edərsən, mənim yanımda uşaqlarla işin olmasın.
- Atanızın soyuq davranışı sizdə travma yaratmayıb ki?
- Yox. Özümü heç vaxt travmalı hiss etməmişəm. Çünki biliridim ki, atam məni çox istəyir. O vaxtlar Almaniyanın motorlu oyuncaq qayıqları, qatarları vardı. O oyuncaqlar ən birinci bizdə olub. Alıb gətirərdi, hətta özü qurub bizimlə oynardı. Venesiyada nə qədər kanallar var idi, bizim oyuncaq qayıqlarımızın hamısı orda üzürdü. Hər yay dincəlməyə aparırıdı. Yəni qayğısını hər zaman hiss etmişəm. Ona görə də vacib bilməmişəm ki “qurban olum” desin, yaxud da dəqiqəbaşı məni öpsün. Uşaqlıqda nə qədər gözəl şəkillərimiz var, hamısını atam çəkib. Yaxşı fotoqraf idi.

- Maraqlıdır İsmayıl Şıxlı oğlunun hansı peşəyə yiyələnməsini istəyib?
- Riyaziyyatçı olmağımı istəyirdi. Mən də riyaziyyatdan çox zəif idim. Yəqin ki, atamın heyfsləndiyi yeganə şey heç birimizin riyaziyyatçı olmamağı olub.
- Sizi varlı jurnalist hesab etmək olarmı?
- Acından ölmürəm. Amma təsəvvür edilən dəbdəbəli həyat da yaşamıram. 2-3 maşınım var, amma hərəsi 20 ilin maşınıdı. Bir xasiyyətim var. Öyrəşdiyim şeydən əl çəkmirəm. Məsələn, o maşınları satıb bir təzəsini ala bilərəm, amma əlim gəlmir. Çünki hər maşınla bağlı bir xatirəm var. Xatirələrimdən qopmaq mənə çətin gəlib həmişə.
- Roman yazmaq istəmirsiz?
- Qabiliyyətim var, amma mən İsmayıl Şıxlıdan sonra yaza bilmərəm. Qorxuram.
- Özünüzə nə arzu edirsiz?
- Tək qalmamağı. Süleyman Rüstəmlə atamın münasibətləri çox yaxın olmayıb. Amma rəhmətə gedəndə atam hönkür-hönkür ağladı. Mən atamı iki dəfə elə ağalayan görmüşdüm. Bir xalası oğlu rəhmətə gedəndə, bir də Süleyman Rüstəmin ölüm xəbəri gələndə. Biz onda Neftçalada idik. Xəbər gəldi ki, Süleyman Rüstəm dünyasını dəyişib. Atam çıxdı mehmanxananın eyvanına və başladı ağlamağa. Onda mənə qəribə gəlmişdi. Hətta atama dedim ki, axı sən onunla çox yaxın münasibətdə olmamısan, səni bu qədər sarsıdan nədir. Dedi, sən başa düşmürsən, amma bir epoxa getdi. Yalnız qalamamaq deyəndə bunu nəzərdə tuturam. İndi elə zamandı ki, bizi anlayan, bizi dinləyən, ətrafında tanıdığın, ünsiyyətdə olduğun adamlar bir-bir gedir. Bu adamlar getdikcə yalnızlıq başlayır.
Xəbərin oxunma sayı : 703
Müsahibə
Xəbərlər
-
Avropa İttifaqı İsrailə qarşı sanksiya paketi təklif edir - Ticarət qadağası da gündəmdədir
-
Məcnun Məmmədov Yaponiya səfiri ilə görüşdü - Fotolar
-
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
-
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi - Fotolar
-
Nifrət səfirləri olmayın - İrakli Kobaxidze Aİ səfirlərinə çağırış etdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Selçuk Bayraktardan daha bir möhtəşəm layihənin anonsu: Yeni sosial platforma yaradılır
-
Bacısından şikayət edən qadını məhkəmə önündə sürüdü - “Səni öldürəcəyəm”
-
Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr - Birinciliyi bu ölkə qoruyur
-
“İsrailə sanksiyalarla bağlı yekun qərara gəlməmişik“ - Rəsmi Berlin
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
“Zümrüd Residence“dən 3 otaq ev aldı, 2 otaq çıxdı - “Kupça“ da ala bilmirik“
-
Azərbaycandan ən çox hansı ölkələrə pul köçürülür? - SİYAHI
-
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldağın - Təfərrüatı
-
“Putini şirnikləndirməklə razılaşma cəhdi nəticə verməyəcək“ - Lavrov
-
Beyləqanda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirildi - Fotolar
-
Mərhum generalın cinayət işi üzrə məhkəmə yekunlaşdı - İş adamlarına hökm oxundu
-
Fransadan Azərbaycana pul köçürmələri 5 dəfəyə yaxın artıb - Tam siyahı
-
Rayonlara leysan və dolu yağacaq - Sabahın havası
-
Gədəbəy rayonunda maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Vəkil Cavidan Osmanlıya cinayət işi başlanılıb - Dələduzluğa görə
-
Əvvəl arvadını öldürdü, sonra özünü bıçaqladı - Sumqayıtda cinayət
-
Türkiyə mediasında “Qarabağ”ın zəfəri bu cür təqdim edildi - FOTO
-
“Sədərək” və “Binə”də valyuta köçürmə sistemi - 1,5 milyonluq dələduzluq və müəmmalı Həmzə…
-
Bank borclarına görə qərarların 50%-i icra olunmur - Deputat
-
Zelenski Qərbə çağırış etdi: “Daha çox Ukraynanı düşünün”
-
“Villa İnşaat``dan ev almaq istəyən şəxsin 30 min manatı mənimsənilib - VİDEO
-
Bu zəfər futbolçulara stimul verəcək - Qurban Qurbanov
-
Trampın səfəri zamanı dron uçurdular - Həbs edildilər
-
Masazır və Xırdalanda qiymətlər Bakıdan niyə bahadır? - Açıqlama
-
İsrail və Suriya rəsmiləri Bakıda görüşəcək - Bu tarixdə
-
Xırdalanda “Albus“ MMC-nin tikinti işləri sakinlərdə narazılıq yaradıb - VİDEO
-
“Heç bir şərt olmadan Tramp və Putinlə görüşə hazıram“ - Zelenski
-
Babək prospektində yerləşən təkər bazarında yanğın olub - VİDEO
-
Əhalinin dərman xərcləri xeyli artıb - VİDEO
-
Xarici diplomlar hansı hallarda tanınır? - VİDEO
-
Separatizmə son qoyan əməliyyat
-
Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri
-
“Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi“ - Qurban Qurbanov
-
“Qarabağ“dan möhtəşəm geridönüş - “Benfika”nı da devirdi! + VİDEO
-
Tramp Azərbaycanla bağlı növbəti paylaşım edib: Bu mənim üçün əbədi dostluq olacaq
-
“BMT Təhlükəsizlik Şurasının tərkibində islahatlara ehtiyac var“ - Quterreş
-
Vardanyan Paşinyanın və ATƏT-in Minsk qrupunun üzvlərinin dindirilməsini istəyir - MƏHKƏMƏ
-
İlham Əliyev BƏƏ Prezidenti ilə görüşünə dair paylaşım edib - VİDEO
-
Bu binalarda satılan mənzillərin qiyməti artıb - VİDEO
-
Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın baş verib - VİDEO
-
“MFX-Trading İnvestisiya Şirkəti”ndə eniş davam edir - Dövriyyəsi 207 milyona yaxın azalıb
-
Azərbaycan xüsusi təyinatlılarının da iştirak etdiyi çoxmillətli təlim başa çatıb - VİDEO
-
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri
-
Bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İpoteka ilə ev almaq istəyənləri sevindirəcək xəbər - Bu ərazidə...
-
“Zelenski Rusiya ilə razılığa gəlməli olacaq“ - Tramp
-
Qəbristanlıqlarla bağlı xaos: İdarəetmə bələdiyyələrə verilə bilərmi?
-
“İtaliya Rusiyanın hücumuna hazır deyil“ - Müdafiə naziri
-
Azərbaycandan 4 ölkəyə məhdudiyyət - Mallar geri qaytarıldı
-
Şanlı Qələbələr ayı
-
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı - FOTO
-
Leysan olacaq, şimşək çaxacaq - Sabahın havası
-
Ali Məhkəmənin hakimi təqaüdə yola salındı - FOTO
-
İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
-
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
-
“Veysəloğlu-Distribusiya“ ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - FOTOLAR
-
Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında olublar - FOTOLAR
-
“Qarabağ”ın gəncləri “Benfika”ya uduzdu - 1:7
-
Azərbaycanda az iş saatı ilə yüksək maaş alan sahələr - CƏDVƏL
-
Tramp bu nəşri məhkəməyə verdi - 15 milyard dollar tələb edir
-
Güllələnmiş heykəllərə baxdılar - FOTOLAR
-
Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı
-
DOST işçiləri arasında dava: Süpürkəçi həmkarını vurdu
-
“Vaxt olur, Səmiyyəyə yemək almağa imkanım çatmır, kömək edin” - MÜRACİƏT
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Leysan yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
-
Azərbaycan gələn il nə qədər borc alacaq və nə qədər qaytaracaq? - MƏBLƏĞ
-
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
-
Maliyyə Nazirliyinin işçiləri “gecələr niyə yatmırlar?” - Təfərrüat
-
Bir evdən məktəbə yola düşən 6 uşaq... - FOTO
-
İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
-
“Buraxılış imtahanında yeni test modeli tətbiq ediləcək“ - Məleykə Abbaszadə
-
Tanınmış idmançı vəkilinin pulunu vermədi - Məhkəmədə uduzdu
-
Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi - VİDEO
-
Bakının mərkəzindəki gecə klubu bağlandı - VİDEO
-
Gələn il Azərbaycanda inflyasiya azalacaq - RƏSMİ
-
Uğursuz göz əməliyyatından sonra əlil oldu - TƏFƏRRÜAT
-
Azyaşlı övladı Fransada əllərindən alınan azərbaycanlı qadından açıqlama - VİDEO
-
Bu iki səfirliyin Azərbaycanda vergi borcları var - 250 min manat
-
Yasamal rayon 286 saylı məktəbdə summativ pulu yığılır? - İDDİA
-
Qafqaz İslam Ordusu Bakını necə xilas etdi? - 107 il öncənin tarixi həqiqəti
-
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verdi - Əvvəl uddu, sonra uduzdu
-
Avro yenidən 2 manatı keçdi - Rəsmi məzənnələr
-
İsrail genişmiqyaslı hücuma başladı - Qəzzanı ələ keçirmək istəyir
-
Bakıda böyük dəyişiklik başlayır: Hansı ərazilər yenidən qurulacaq? (VİDEO)
-
Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar
-
“Benfika“ya qarşı çəkinmədən oynayacağıq“ - Qurban Qurbanov
-
Prezident o evlə bağlı tapşırıq verdi - VİDEO
-
“İlon Mask “Tesla” səhmlərini 1 milyard dollara aldı” - “Bloomberg”
-
Keyfiyyətli təhsil ucuz başa gələ bilməz - NAZİR
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Türk əsilli Sinan Selen gizli xidmətin rəhbəri oldu - Almaniyada tarixi ilk
-
“Qəzzada öldürülən fələstinlilərin sayı 680 min nəfərdir” - BMT dəhşətli rəqəm AÇIQLADI
-
Aeroportdan şəhər istiqamətinə yeni taksi qiymətləti - VİDEO
-
Boşanmaların səbəbi nədir və ya kimdir günahkar - AÇIQLAMA
-
Gələn ilin dövlət büdcəsi əsasən hara xərclənəcək? - VİDEO
-
Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı
-
1988-1992-ci illərdə ermənilərin cinayətlər ilə bağlı sənədlər tədqiq edilib - FOTOLAR
-
Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0
-
“Qızıl Ulduz 2001”də səyyar vergi yoxlaması - 400 min manat əlavə vergi, 200 min manat sanksiya
-
Milyarderlərin münaqişəsi: Mask Sorosu insanlığa qarşı cinayətdə ittiham etdi
-
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
-
Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı: “Uşaqları məktəbə necə göndərək?“ (VİDEO)
-
Bilik günü: 288 nömrəli məktəbdə “birinci“lərin duyğuları - VİDEO
-
“İsraillə danışıqlar aparmağın mənası yoxdur“ - Qətər Əmiri
-
Şuşada külli miqdarda silah-sursat aşkarlandı - Video
-
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
-
7 ay ərzində Azərbaycana 675 min smartfon gətirilib - Ölkələr və qiymətlər
-
Prezident Şuşada Bayraktaroğlunu qəbul etdi - Fotolar
TOP 10
ARXİV