“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Nə olsa, qəbulumdur“ – Minadan danışdı

Tarix 21.11.22, 17:25

Font ölçüsü : - / +
bitmap-img6


"Nə olsa, qəbulumdur" – Minadan danışdı"Bütün uşaqlıq şəkillərim internetdə var. Tapmaq çətin deyil, axtarışa verib körpəlik fotolarımı görə bilərsiniz. Övladlarımda mənə bənzəyib, hamısında standartdır, dördü də fındıq burundur".

Bu sözləri müğənni Elnarə Xəlilova OLAY-a açıqlamasında deyib. Sənətçi burnunun estetiklik olduğunu iddia edənlərə cavab verib:

"Sizin estetiksiz məşhurlarla bağlı yazınıza bir xanım şərh bildirmişdi, ona əsəbiləşib cavab verdim ki, öz burnumu əməliyyat etdirmişəm deyək, uşaqlarda da estetikdir? Mən əməliyyat etdirənlərə, estetik prosedurlara üz tutanlara pis baxmıram. İnsan müəyyən bir yaşdan sonra özündə nəyisə kompleks edib, onu aradan qaldırmaq istəyirsə, niyə də yox? Kimisə nəyəsə görə, qınamaram. İstəyirəm, hamı bilsin ki, bu mənim öz burnumdur, bilib-bilmədən danışmayın".

Xəlilova, həmçinin Əməkdar artist Lalə Məmmədova və stilist Elnur Həsənovla qalmaqalından da bəhs edib:

"O orada oldu, orada da bitdi. Hazırda nəsə danışmaq istəmirəm. Münasibətlərimiz normaldır. Adı çəkilən şəxslərlə tədbirlərdə görüşürəm, çəkilişlərdə salamlaşıram. Sadəcə düşünürəm ki, insanın səbrini sınamaq lazım deyil. Hər bir insanın səbrinin həddi var. Bir-iki, üç dəfə keçirsən. Sonra zəncirdən qopursan ,çeynəməyə başlayırsan. Heç bir insanı o həddə çatdırmaq lazım deyil. Şükür ki, düşmən deyilik. Mənim bir düşmənim var, o da bədxah qonşularımız".

Məşhur sənətçi son olaraq xalası qızı, müğənni Mina Hüseynin qalmaqallı boşanması ilə bağlı sualı cavablandırıb:

"Mina mənim ailəm sayılır, xalam qızıdır. Əlbəttə bütün olanlardan xəbərim var. Amma bir şərh verməyəcəm. Hesab edirəm ki, başqasının ailəsinin işinə qarışmaq düzgün deyil. Bilin ki, xəbərim var, bundan sonra da nə olursa, olsun, qəbulumdur. Hər bir halda mən ona dəstəyəm".






Xəbərin oxunma sayı : 787




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap