“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yod çatışmazlığını hansı məhsullarla aradan qaldıraq - SİYAHI

Tarix 13.03.23, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


Yodun gündəlik norması 120-150 mikroqramdır...

Qida rasionumuzun ən vacib elementlərindən biri yoddur.

Onun çatışmazlığı tiroid funksiyasının azalmasına səbəb olur və bu, bütün orqanizmdə nasazlıqlara gətirib çıxarır.

Rusiyalı dietoloq İrina Mansurovan qidalanmanın köməyi ilə bu elementin çatışmazlığını aradan qaldırmağın yollarını açıqlayıb.

Həkim xatırladıb ki, yod olmayanda ürəyin, qan damarlarının, əzələlərin, həzm sisteminin işi pozulur, depressiya yaranır, yaddaş yaxşı işləmir, əmək qabiliyyəti aşağı düşür, psixi xəstəliklərin yaranma riski yaranır.

Onun sözlərinə görə, yodun gündəlik norması 120-150 mikroqramdır.

"İlk növbədə süd və süd məhsulları istehlak etməlisiniz. Bir stəkan süd sizə 60-80 mikroqram yod verəcək. Həmçinin yumurta sarısı, burada 24 mikroqram yod var”, - deyə Mansurova qeyd edib.

Həkim həmçinin dəniz məhsulları - siyənək, qızılbalıq, kalmar, dəniz yosunu və kürü kimi qida məhsullarını sadalayıb. O, vurğulayıb ki, bütün bunlar yodun gündəlik tələbatını qarşılamağa kömək edir.(oxu.az)



Xəbərin oxunma sayı : 535




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap