![]() |
|














Dostugildə məclis qurdu, onun arvadına intim mesajlar yazdı: “Mənimlə...”
Tarix 28.03.23, 18:44 |
|
.jpg)
Samux rayonunda 1990-cı il təvəllüdlü Sərdar qısqanclıq zəminində tanışı Vüqarı (adlar şərti verilib - red.) qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, 22 iyun 2022-ci ildə gecəyarısı Sərdar yaşadığı evin yataq otağına daxil olarkən arvadı Nüşabənin telefonla danışdığını, onu gördükdə isə telefonu kilidə saldığını görüb. Sərdar arvadından şübhələnərək telefonu onun əlindən alıb.
Lakin Nüşabənin israrla telefonu geri almaq istəməsindən daha da şübhələnib. O, Nüşabəni itələyib və evdən çıxıb. Həyətin darvazasından təxminən 200 metr aralaşdıqdan sonra telefonun kilid şifrəsini açaraq “WhatsApp” sosial şəbəkəsinin yazışma mesajında “Aydan” adı ilə qeyd edilmiş şəxsin arvadına yazdığı “mənə istədiyimi verə bilərsənmi?” sözlərini oxuyub. Mesajı yazan nömrəyə baxdıqda tanışı Vüqar olduğunu bilib.
Sərdar bu nömrədən daxil olan başqa mesajları da görüb, amma oxuya bilməyib, özünü itirərək hədsiz əsəbiləşib. Həmin vaxt yanına çatan Nüşabəni şillə ilə vuraraq qolundan tutub evə gətirib.
Mətbəxdən bıçaq götürüb, onlarda qonaq olan Vüqarı vurmaq məqsədi ilə həyətə çıxanda Vüqarın darvazaya tərəf getdiyini görüb. O, olanlara aydınlıq gətirmək məqsədi ilə Vüqarı həyətə çağırıb. Hirsli vəziyyətdə qışqırdığından bacısı onu sakitləşdirmək üçün üstünə gəldikdə əlindəki bıçağı kənara atıb.
Sərdar həyətdə dayanmış Vüqara tərəf gedib, əli ilə onu vurmaq istəsə də, buna nail ola bilməyib. Kənarda olan taxta oturacağı Vüqarın üstünə atdıqdan sonra daha da qəzəblənib. Bıçağı götürüb və evin həyət darvazasının çöl tərəfində avtomobilinə minməyə çalışan Vüqara döş qəfəsinin ön səthindən iki dəfə vurub. Vüqar aldığı xəsarətdən vəfat edib.
İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Mənə “dostum” deyən insanın hərəkəti pis təsir etdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, arvadı Nüşabənin Vüqara sevgi mesajı yazdığını gördüyü üçün çox əsəbiləşib:
“Mənə “dostum” deyən insanın bu hərəkəti pis təsir etdi, mətbəxdən bıçaq götürdüm və döş qəfəsinə 2 zərbə vuraraq onu öldürmüşəm. Vüqarı həmkəndlim kimi uzun illərdir tanıyıram, onunla dostluq əlaqəm olub. Bir-birimizin evinə gedib-gəlmişik. Bir ilə yaxındır həm də birlikdə evlərdə və tikililərdə təmir işləri görmüşük.
Vüqarın bacısı mənim arvadım Aygünlə Gəncə şəhərində bir-birinə yaxın məsafədə yerləşən qadın paltarları mağazasında satıcı işləyir. Odur ki, arvadım, 3 yaşlı qızım və Vüqarın bacısı Lalə hər gün onun idarə etdiyi VAZ-21099 markalı avtomobillə Gəncə şəhərinə getmişik.
Onları işlədikləri mağazaya düşürmüşük, qızımı isə Yeni Gəncədə yaşayan qohumunun evinə qoymuşuq. Vüqarla danışaraq hamımız birlikdə geri qayıtmışıq”.
“Kredit borcumuzu ödədik”
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə 21 iyun 2022-ci ildə, səhər saat 9 radələrində arvadı Nüşabə və qızı ilə birgə yaşadığı evdən çıxıb və qapının qabağında dayanmış Vüqarın idarə etdiyi avtomobilə miniblər:
“Gəncə şəhərinə getdik. Nüşabə və Laləni işlədikləri mağazaya ötürdük, qızımı apararaq qohumumun evinə qoyduq. Həmin gün Vüqarla iş götürmədiyimiz üçün kredit borclarımı ödəmək üçün Gəncə şəhərində “Univermaq” deyilən yerə getdim. Sonradan Vüqar məni yaşadığım evə düşürdü”.
“10-15 dəqiqə keçsə də, gəlmədi”
Təqsirləndirilən şəxs qeyd edib ki, saat təxminən 17-18 radələrində Vüqarla zəngləşib və birlikdə Vüqarın idarə etdiyi avtomobillə Nüşabə ilə Lalənin işlədikləri mağazaya gediblər:
“Əvvəlcə onları, sonra isə Yeni Gəncə tərəfə gedərək qızım götürdük. Yenidən kəndə qayıtdıq.
Saat 22 radələrində atam Vüqarla birlikdə əllərində spirtli içki olan sellofanla bizim yaşadığımız evə gəldilər. Mən araq içmədiyim üçün evdən çıxdım və kənddə çayxanaya getdim. Gecə saat 12-yə bir neçə dəqiqə işləmiş evə qayıtdım. Həyətdə qurulmuş masanın kənarında atam və Vüqarla oturdum. Əlimdəki telefonla sosial şəbəkələrə baxdım. Bir də gördüm arvadım həmin masa ilə məsafəsi təxminən 5-10 metr olan hamama getdi. 15-20 dəqiqə sonra hamamdan çıxdı və elə hamamın giriş qapısına bitişik olan, evin giriş qapısından içəri evə girdi.
Bu an Vüqar masadan durdu və həyətdə ayrıca tikili olan tualetə getdi. 10-15 dəqiqə keçsə də, Vüqar gəlmədi. Mən də durub evə girdim”.
“Arvadıma yazdığı mesajı oxudum”
Sərdarın ifadəsinə görə, yataq otağına daxil olanda arvadı Nüşabənin əlində telefonla kiminləsə görüntülü danışıq apardığını görüb: “Telefondan səs eşitmədim. Lakin Nüşabənin telefonu tutmağından elə başa düşdüm ki, görüntülü danışır. Məni görən kimi dərhal telefonu kilidə saldığı üçün şübhələndim. Telefonu əlindən aldım.
Lakin Nüşabənin özünü mənim üstümə yıxaraq telefonu almaq istəməsi, dayanmadan “telefonu ver, telefonu ver” deməsi məndə şübhələr yaratdı. Onu itələdim və qaçaraq evdən çıxdım. Həyətdə darvazadan çıxıb evdən təxminən 200 metr uzaq məsafəyə getdim.
Orada kilid nömrəsini yazaraq telefonu açdıqda ekrana dərhal “WhatsApp” sosial şəbəkəsində yazışma mesajı çıxdı. Mesajda “Aydan” adı ilə qeyd edilmiş şəxsin arvadıma “mənə istədiyimi verə bilərsənmi?” yazdığını oxudum. Nömrəyə baxdıqda Vüqarın olduğunu gördüm. Orada həmin nömrədən daxil olan başqa mesajlar da olub. Lakin ancaq bu mesajı oxuya bildim. Həmin vaxt artıq Nüşabə də gələrək yanıma çatdı”.
“Hara gedirsən, gəl otur, səninlə söhbətim var”
Sərdar qeyd edib ki, əsəbiləşərək arvadı Nüşabəni şillə vuraraq evə gətirib:
“Həyətə daxil olanda Vüqar hələ masanın kənarında oturmuşdu. Mətbəxdən gündəlik məişətdə istifadə etdiyimiz bıçağı götürdüm və həyətə çıxdım. Həmin vaxt darvazadan çıxıb getməkdə olan Vüqarı tutdum. Ona “hara gedirsən, gəl otur, səninlə söhbətim var, necə mənə qarşı belə hərəkət etdin” dedim. Vüqar da “gedim, sabah söhbətləşərik” dedi.
Lakin hirsli olduğumu gördüyündən həyətə keçdi. Bu zaman bacımın sakitləşdirmək üçün üstümə tərəf gəldiyini gördüm. Əlimdəki bıçağı kənara atdım və həyətdəki otluq olan yerdə dayandım.
Sonra Vüqara tərəf getdim. Vüqar mənə əl-qol atdı. Amma mənə heç bir yumruğu dəymədi. Mən də kənarda olan taxta materialdan oturacağı götürdüm və Vüqarın üstünə atdım”.
“Adam öldürdüyümü etiraf etdim”
Təqsirləndirilən şəxs bildirib ki, ardınca dərhal mətbəxə qaçıb və yenidən qara qulplu bıçaq götürüb, sonra həyətə çıxıb:
“Vüqar artıq darvazanın qarşısında saxladığı avtomobilə minmək istədiyi üçün elə onu oradaca tutdum. Əlimdəki bıçaqla 2 dəfə onu vurdum. Bacım və anam isə məni geri həyətə tərəf çəkdilər. Vüqarın sonra necə olduğunu görməmişəm.
Vüqarı vurduğum bıçağı isə kiminsə əlimdən aldığını və ya harasa atdığımı xatırlamıram. Bundan sonra istifadəmdə olan mobil nömrə ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Adam öldürdüyümü etiraf etdim, könüllü təslim olmaq istədiyimi deyərək polis əməkdaşı göndərilməsini xahiş etdim.
Təxminən bir neçə dəqiqə ərzində polis əməkdaşları gəldilər və polislərlə birlikdə Samux Rayon Polis Şöbəsinə getdim”.
“Dayanmadan mesajlar yazdı”
İş üzrə şahid qismində ifadə verən Nüşabənin sözlərinə görə, 2014-cü ildə Sərdarla evlənib, ərinin ailəsinə məxsus evdə yaşayır:
“Birgə nikahımızdan 3 yaşlı və 8 yaşlı qız övladımız var. Ərimlə münasibətim həmişə mehriban olub. Vüqar isə həmkəndlim, həm də son aylardır ki, ərimin iş yoldaşı olub. Təxminən hadisədən 3-4 ay əvvəl istifadəmdə olan mobil nömrə ilə qeydiyyatdan keçdiyim “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Vüqarın mənə mesaj yazdığını gördüm.
Vüqar məndən xoşu gəldiyini yazdı və boşanaraq onunla evlənməyimi xahiş etdi. Əvvəlcə ona qəti şəkildə iradımı bildirdim. Lakin Vüqar dayanmadan mesajlar yazdı”.
“Məndən əl çəkməyəcəyini bildirdi”
Nüşabə qeyd edib ki, hər dəfə Vüqarın yazdığı mesajları silib:
“Çünki ərim qısqancdır və mənim istifadə etdiyim mobil telefonu gün ərzində imkan etdikcə yoxlayırdı. Son bir neçə gündə isə Vüqar mənə lap açıq-saçıq formada sevgi etirafları yazdı. Məndən əl çəkməyəcəyini bildirdi, onunla olmağımı xahiş etdi. Mən isə bu mesajlar barədə ərimə nəsə deməyə qorxdum. Ona görə də Vüqarı adi sözlərlə yola verməyə çalışdım. Lakin nə onunla haradasa görüşmüşəm, nə də aramızda yaxınlıq olub.
Vüqar mənə bəzən intim mesajlar yazaraq birlikdə olmağını arzuladığını bildirdi. Mən də həmin mesajlara qorxumdan nəsə cavablar yazdım ki, birdən mənə əsəbiləşər, şər ataraq ərimə deyər ki, onunla nəsə əlaqəm var”.
Nüşabənin ifadəsinə görə, sonuncu dəfə iyunun 21-də Vüqar gün ərzində yenə ona sevgi etirafı mesajları yazıb:
“Lakin həmin mesajları silməyi unutdum. Həmin gün axşam saat təxminən 22-23 radələrində qaynatam və Vüqar yaşadığımız evin həyətində araq içərək yemək yedi. Vüqar orada ola-ola mənə mesaj yazdı. Saat təxminən gecə on ikinin yarısı hamama girdim. 10-15 dəqiqə sonra hamamdan çıxaraq yataq otağına getdim.
Otaqda telefonunu əlimə alanda gördüm ki, Vüqar yenə intim mövzuda yazılar yazıb. Birdən qapı açıldı və otağa ərim girdi. Mən təntidim və telefonu tez söndürdüm. Ərim dərhal telefonu əlimdən aldı, evdən qaçaraq həyətə, oradan da bayıra, küçəyə çıxdı. Mən də ərimin arxasınca qaçdım.
Küçədə Sərdara çatdıqda artıq onun telefonda nəsə oxuduğunu, çox əsəbi vəziyyətə düşdüyünü gördüm. Sərdar qolumdan tutaraq həyətə gətirdi. Özü isə qaçaraq mətbəxə getdi, oradan bıçaq götürdü və həyətə çıxdı. Bu vaxt Vüqar darvaza tərəfə getmək istədi. Amma Sərdar ona qışqıraraq “sən getmə, otur, səninlə işim var” dedi. Sərdarın bacısı da ona tərəf getdi, özünü ərimin üstünə atdı ki, heç kimə heç nə eləməsin”.
“Şikayətim yoxdur”
Nüşabə qeyd edib ki, əri Vüqar mübahisə edib və evin mətbəxinə gəlib: “Oradan bıçaq götürdü və həyətə çıxdı. Baldızımın və qayınanamın qışqırıq səsindən başa düşdüm ki, Sərdar Vüqarı bıçaqla vurub.
Sərdar geri evə qayıtdı. Yenə Sərdarın arxası ilə evə girdim. Mətbəxdə ancaq ikimiz olmuşuq. Onun qolundan tutaraq sakitləşdirmək istədim. Lakin Sərdar mənə “yaxın durma, sənə əl vurmaq istəmirəm” dedi. Sərdar uzaqlaşmaq istəsə də, onun əlindən tutaraq telefonu almaq istədim.
Bu vaxtı Sərdar mətbəxdəki siyirtmədən bıçaq götürdü və mənə “sənə heç nə etmərəm, amma uzaq dur” dedi. Mən isə Sərdarı qucaqladım, əlindən tutmaq istədim. Bıçaq sol əlimdən bilək nahiyəmə dəydi. Mən yenə Sərdardan yapışdım. Məni mətbəxdə olan divanın üstünə itələyəndə əlindəki bıçaq sol ayağımda bud nahiyəmə dəydi və xəsarət aldım. Sərdardan heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Sərdar 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 418
Kriminal
Xəbərlər
-
Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR
-
Ançelotti Braziliya millisində - “O, futbol tarixinin ən böyük məşqçisidir...“
-
“50 min cərimə müəyyən edilib, icra etmirlər“ - Nərimanov RİH-lə bağlı şikayət
-
ABŞ PKK-nın ləğvini alqışlayıb - “Bu, sivilizasiya üçün qələbədir“
-
Bu məkanda qiymət 5 dəfə artdı – Şikayətlər dayanmır...
-
“Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” - Ərdoğan
-
Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən çıxarıldı - RƏSMİ
-
“JEK“lər ləğv olunur: əvəzində bu qurum işləyəcək
-
Prezident yeni qanunu təsdiq etdi - Sosial xidmətlərə nələr əlavə olunub?
-
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib - Film kimi cinayət
-
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün
-
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTO
-
“Qadını suya atıb dondurmuşdular” - Başlıbeldə yaşananlar
-
Bankların pul “qoparmaq” oyunu - komissiya xidmətləri niyə bahalaşıb?
-
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? - FAKTLAR
-
3 manata satılan kabablar - Hansı ətdən hazırlanır?
-
“Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar” - KİV
-
İlham Əliyev Ərdoğanı təbrik etdi - PKK-nın özünü ləğv etməsinə görə
-
Tərtərdə dəhşətli qətl: kişi arvadını və əlaqədə olduğu ustanı öldürdü - TƏFƏRRÜAT
-
“Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər“ - Coğrafiya İnstitutu
-
İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - VİDEO
-
Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
-
Azərbaycan və Somali arasında Memorandum imzalandı - Fotolar
-
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTOLAR
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX-dən xüsusi əməliyyat - Çox sayda terrorçu xaricdə ələ keçirilərək Azərbaycana gətirilib
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
TOP 10
ARXİV