![]() |
|














“Nərmin işi”ndə hansı nazirliyin eksperti yalan danışır? – Ziddiyyətli açıqlamalar…
Tarix 31.03.23, 21:00 |
|

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılması ilə bağlı cinayət işinin istintaqında daha bir ziddiyyətli hal aşkarlanıb. Cinayət işinin materiallarına əsasən, hadisə yerindən tapılan yanan paltarlar eyni vaxtda iki tam fərqli qurumda olub – həm Səhiyyə Nazirliyinin, həm də Ədliyyə Nazirliyinin ekspertiza mərkəzində. Bunu martın 29-da keçirilən məhkəmə iclasında vəkillər deyib.
"Azadlıq radiosu” xəbər verir ki, azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun işinə iki ilə yaxındır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu dəfə məhkəmədə hadisə yerindən tapılmış paltarlarla bağlı rəy vermiş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadova dindirilib.
Cavadovanın imzaladığı rəydə yazılıb ki, yanğın yerindən tapılan materiallar 2020-ci il yanvarın 17-dən fevralın 17-nə qədər tədqiq edilmək üçün onda olub.
Təqsirləndirilən İlkin Süleymanovun vəkilləri Cavadovaya Səhiyyə Nazirliyi Ekspertiza Mərkəzinin cinayət işində olan rəyini göstəriblər. "Səhiyyə Nazirliyinin ekspertləri göstərir ki, ayın 13-dən o materiallar onlarda olub, yanvarın 24-nə qədər tədqiqat aparıblar. Fevralın 21-nə qədər rəy hazırlayıblar. Sonra isə prokurorluğa təhvil veriblər. Belə olan halda, həmin materiallar yanvarın 17-də sizdə necə ola bilərdi?”, – vəkil Əlibaba Rzayev Cavadovadan soruşub.
O, israrla deyib ki, materiallar özündə olub və onların üzərində tədqiqat aparıb.
Vəkillər bildirib ki, ekspertlərdən birinin yalan danışdığı, ekspert rəyinin saxta olduğu aşkardır. Ona görə digər ekspert də dindirilməli, rəy sübutlar siyahısından çıxarılmalıdır.
Cavadova dindirilərkən o da məlum olub ki, o, yanğın yerindən tapılmayan, hadisə yerinin müayinə protokolunda əksini tapmayan materiallarla bağlı rəy verib. Məsələn, o, meyitin əynində cins şalvarın olduğunu göstərir. Rəy verilib ki, o şalvarın da üstündən Süleymanovun gödəkcəsinin lifi tapılıb. Hadisə yerindən isə nə cins şalvar, nə də onun qalığının tapılması haqda heç bir fakt yoxdur.
Cavadovanın rəy verdiyi və mübahisə doğuran başqa bir məsələ üzərində qan ləkəsi olan qırmızı rəngli əski parçası ilə bağlıdır. Hadisə yerindən belə bir parçanın tapılması haqda da sübut yoxdur.
Sonradan Süleymanovların evində axtarış zamanı qırmızı yorğan üzlüyü götürülüb. Cavadova rəy verib ki, paltarlar arasından tapılan əski parçası ilə Süleymanovların evindən götürülən yorğan üzlüyü eyni parçadandır.
Vəkillər Cavadovadan soruşub ki, necə olub, hadisə yerindən tapılmayan materiallar ekspertizaya gəlib çıxıb? Müdafiəçilər bildirib ki, əgər həmin predmetlər hadisə yerində olsaydılar, müstəntiq onları görərdi, mütləq protokollaşdırardı.
"Mən 5 nömrəli bağlamanı – kisəni açdım, onun içindən tapdım…”, – Cavadova belə cavab verib.
Vəkillər onun nəzərinə çatdırıb ki, 5 rəqəmi ilə nömrələnmiş həmin kisənin açıq formalı şəkli cinayət işində var və onun içində heç nə olmadığı görünür. Müdafiəçilər əlavə edib ki, Cavadova ilə yanaşı, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində Zemfira adlı ekspert də həmin bağlamada tədqiqat aparıb. Əgər orada əlavə predmetlər olsaydı, o da öz rəyində göstərərdi: "Həmin kisəyə Zemfira xanım da baxıb, yanmış kisə qalıqları və qara parçadan başqa heç nə tapmayıb. Necə olur ki, siz isə oradan hadisə yerində olmayan beş əlavə material tapırsınız?”.
Cavadova israr edib ki, cins şalvar qalığını da, qırmızı parçanı da və s.-ni kisənin içindən tapıb. O əlavə edib ki, ola bilsin, müstəntiq də, ekspert həmkarı da onları kisədə görməyib.
Vəkillər isə bildirib ki, İlkin Süleymanovun əleyhinə saxta sübutlar yaratmaq üçün həmin materiallar sonradan əlavə olunub. Onların fikrincə, əgər əvvəldən olsaydı, hadisə yerinin müayinə protokolunda əksini tapardı.
Hadisə yerindən tapılan materiallar – maddi sübutlar da məhkəmə zalına gətirilib. Vəkillər maddi sübutların saxlanma qaydası ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasına baxanda məlum olub ki, bağlamaların ağzı açıqdır, onlar möhürlənməyib.
Vəkillər etiraz ediblər, onlar bildiriblər ki, bu faktın özü materiallara müdaxilə olunduğunu göstərir: "Qanun maddi sübutların saxlanma qaydasını müəyyənləşdirib. Bu nədir?! Haradadır bu bağlamaların möhürü? Deməli, bu sübutların başına kim nə oyun istəyib, açıb…”.
Müdafiə tərəfi Süleymanovların evindən tapılan qırmızı yorğan üzlüyü ilə Cavadovanın rəy verdiyi əski parçası arasında müqayisə aparmaq istəyib. Bağlamalar arasından həmin yorğan üzlüyü çıxarılanda məlum olub ki, onun bir hissəsi kəsilib.
"Baxın, yandırılmış əski parçasına uyğun ölçüdə kəsilib. Niyə? Bu da düşünməyə əsas verir ki, kəsilib, yandırılıb, sonradan əlavə olunub. O əski parçası əvvəldən var idisə, niyə hadisə yerindən tapılmamışdı? Yorğan üzü götürüləndə onun ölçüsü, forması – hər şey protokollaşdırılmalıdır. Niyə olunmayıb? Maddi sübuta toxunmağa, onu kəsməyə kimin nə ixtiyarı var?”, – vəkil Zabil Qəhrəmanov bildirib.
Cinayət işinin materiallarında iddia olunur ki, Süleymanov azyaşlının başına daşla vurmaqla onu qətlə yetirib. Başına isə qan axdığına görə qırmızı əski parçası qoyub.
Keçirilən bütün məhkəmə iclaslarında zərərçəkmişin hüquqi varisi qismində Nərmin Quliyevanın atası Şərif Quliyev, onun qardaşları iştirak edir. Zərərçəkmiş tərəf məhkəmə prosesində baş verənləri izləyib və heç bir münasibət bildirməyib.
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xəbərin oxunma sayı : 757
Hadisə
Xəbərlər
-
Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Əliyevin qəbulunda - Fotolar
-
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
-
Bu qadağa ərəfəsində evlənənlərin sayı artıb - VİDEO
-
Prezident Yaşar Güləri qəbul etdi - Fotolar
-
Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR
-
Ançelotti Braziliya millisində - “O, futbol tarixinin ən böyük məşqçisidir...“
-
“50 min cərimə müəyyən edilib, icra etmirlər“ - Nərimanov RİH-lə bağlı şikayət
-
ABŞ PKK-nın ləğvini alqışlayıb - “Bu, sivilizasiya üçün qələbədir“
-
Bu məkanda qiymət 5 dəfə artdı – Şikayətlər dayanmır...
-
“Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” - Ərdoğan
-
Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən çıxarıldı - RƏSMİ
-
“JEK“lər ləğv olunur: əvəzində bu qurum işləyəcək
-
Prezident yeni qanunu təsdiq etdi - Sosial xidmətlərə nələr əlavə olunub?
-
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib - Film kimi cinayət
-
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün
-
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTO
-
“Qadını suya atıb dondurmuşdular” - Başlıbeldə yaşananlar
-
Bankların pul “qoparmaq” oyunu - komissiya xidmətləri niyə bahalaşıb?
-
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? - FAKTLAR
-
3 manata satılan kabablar - Hansı ətdən hazırlanır?
-
“Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar” - KİV
-
İlham Əliyev Ərdoğanı təbrik etdi - PKK-nın özünü ləğv etməsinə görə
-
Tərtərdə dəhşətli qətl: kişi arvadını və əlaqədə olduğu ustanı öldürdü - TƏFƏRRÜAT
-
“Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər“ - Coğrafiya İnstitutu
-
İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - VİDEO
-
Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
-
Azərbaycan və Somali arasında Memorandum imzalandı - Fotolar
-
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTOLAR
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX-dən xüsusi əməliyyat - Çox sayda terrorçu xaricdə ələ keçirilərək Azərbaycana gətirilib
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
TOP 10
ARXİV