Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda benzin və dizelin istehsalı 20%-dən çox artıb - CƏDVƏL

Tarix 14.09.23, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 974,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 70,9%, neft koksunun istehsalı 37,8%, qazoylların (dizel yanacağının) istehsalı 22,4%, avtomobil benzininin istehsalı 21,3% artıb, neft bitumu istehsalı 33,4%, mazut istehsalı isə 92,3% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2023-cü ilin yanvar-avqust aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

951,2

121,3

22,1

Ağ neft, min ton

384,2

107,5

42,3

Qazoyllar (dizel yanacağı), min ton

1547,4

122,4

97,3

Mazut, min ton

5,2

7,7

2,6

Sürtkü yağları, min ton

40,0

170,9

4,7

Maye qazlar, min ton

159,6

108,9

2,0

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

737,7

81,4

27,3

ondan:

 

 

 

neft bitumu, min ton

171,5

66,6

13,6

neft koksu, min ton

160,7

137,8

13,5





Xəbərin oxunma sayı : 616




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap