| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Bakıda gənc oğlan gecə əmisini öldürdü: “Dedi, sənin anan...”
Tarix 14.09.23, 23:27 |
|
Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Şahin əmisi Valehi qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi 29 sentyabr 2022-ci ildə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Şahin yaşadığı evin yaxınlığında əmisi Valehlə mübahisə edib. Mübahisə zamanı Şahin bıçaqla onun bədən nahiyəsinə zərbə vurub. Valeh aldığı xəsarətdən vəfat edib.
İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Valeh əmisidir, əmisi ilə heç bir ədavəti olmayıb:
“Əmim içki aludəçisi olduğu üçün həmişə məni, valideynlərimi yersiz təhqir edirdi. Hadisə günü də, yəni sentyabrın 29-da gecə evdə idim. Əmim həyətimizə gəlib, nalayiq ifadələr işlətdi. Buna görə aramızda münaqişə yarandı.
Münaqişə zamanı üzərimdə bıçaq yox idi. Əmim bıçaqla üzərimə gəldi və mənə zərbə vurmaq istəyəndə həmin bıçağı onun əlindən aldım. Bıçağı yerə atmaq istəyəndə əmimin qarın nahiyəsinə dəydi.
Əmimi qəsdən öldürmək niyyətim olmayıb. Polis bölməsində izahatımda da eyni şeyləri demişəm. Əmim məni təhqir etdiyinə görə belə hadisə yaşandı. O, atamı söydü. Əvvəllər də bizə içkili vəziyyətdə gəlib. Ona həyətimizə içkili vəziyyətdə gəlməməyi tapşırmışdım. Həyətdə məndən başqa qardaşlarım və ailəsi də yaşayır”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qardaşları həyətdə olmayıblar: “Qardaşlarım da əvvəllər əmimə həyətə içkili gəlməsinəı irad bildiriblər”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən hakim heyəti ibtidai istintaqa verilən ifadəni açıqlayıb.
“Əmim tək yaşayırdı”
İfadədə deyilir ki, Şahin əmisi Valehi qəsdən öldürmək istəməyib, ona yalnız xəsarət yetirmək fikri olub.
Deyib ki, 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənib və bu nikahdan 3 qızı, bir oğlu var:
“Biz Buzovna qəsəbəsində ata həyətində qalırıq. Həyətdə 3 ev var. Evlərdən birində böyük qardaşım Ağahüseyn ailəsi ilə, o biri evdə anam subay qardaşım Cavanşirlə, o biri evdə isə biz qalırıq.
Ağahüseyn həyat yoldaşı Aygün və birgə nikahdan olan övladları 3 yaşlı Lətiflə birlikdə yaşayır. Atam Bahadur 2016-cı ildə xəstəlikdən vəfat edib.
Mənim 4 əmim var. Böyük əmim Manaf ailəsi ilə bizimlə qonşuluqda, o biri əmim Vahab ailəsi ilə “Albalılıq” yaşayış massivində, digər əmim Saleh ailəsi ilə evimizin yaxınlığında yaşayır. Salehgillə evimizin arasında məsafə təxminən 5-10 dəqiqəlik yoldur.
Mərhum əmim Valeh isə Salehgilin həyətində, başqa evdə tək yaşayırdı. Bundan başqa, beş bibim var, onlar da Buzovna və Maştağa qəsəbələrində yaşayırlar. Əmim Valeh əvvəllər Xədicə adlı qadınla evli olub. Həmin nikahdan Cəmalə adlı qızı var. Sonra nikahları pozulub və arvadından ayrılıb”.
“İçki aludəçisi idi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Valeh Zümrüd adlı qadınla qeyri-rəsmi ər-arvad kimi yaşayıb, bu nikahdan Ayşən və Taleh adlı övladları doğulub:
“Valeh Zümrüddən də ayrıldı. Çünki spirtli içki aludəçisi idi, tüfeyli həyat tərzi keçirirdi. Eşitdiyimə görə, narkotik maddələrdən də istifadə edirdi.
Valehlə aramızda hər hansı bir düşmənçilik və ədavət olmayıb. Amma son zamanlar həyətdən bəzi əşyaların oğurlandığını hiss edirdim. Əşyaları götürənin əmim olduğunu bildiyim üçün bu barədə polisə şikayət etmirdim. Valehin götürdüyü ev əşyalarının qiyməti baha deyildi, yəni qaz balonu, qazan, tava, çaynik və bu kimi əşyalar idi. Buna görə Valehə iradlarımı bildirmişəm. O isə həyətimizdən və evdən əşya götürdüyünü inkar edirdi”.
“Həmişə yola verməyə çalışmışam”
Şahin deyib ki, son zamanlar Valeh sərxoş vəziyyətdə yaşadığı evə gəlir, onun, rəhmətlik atasının və ailəsinin ünvanına dilə gətirilə bilməyəcək ifadələrlə söyüşlər söyürmüş:
“Heç vaxt əmimin təhqirlərinə qarşılıq verməmişəm. Bir böyük kimi onu yola verməyə çalışmışam. Amma bu hal, yəni Valehin şərəf və ləyaqətimi səbəbsiz söyüb təhqir etməsi daimi xarakter almışdı.
Atam sağ olanda ondan qorxaraq çəkinirdi, həmin vaxtlar bizimlə işi yox idi.
Valeh ayıq vaxtlarında deyirdi ki, sərxoş olanda nə etdiyinin fərqində olmur. Cavabında deyirdim ki, əmi, sən onsuz da həmişə sərxoş olursan, məni həmişə təhqir etməlisən?..”
“Başa düşdüm ki, əmim götürüb”
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə həyətindən çarpayı torunun götürüldüyünü hiss edib:
“Çarpayının o qədər maddi dəyəri olmasa da, həyətdə istifadə edirdik. Bildim ki, həmin toru da əmim götürüb. Lakin ona bir söz demədim.
Valeh narkoloji dispanserdə stasionar müalicə almamışdan öncə, təxminən 2022-ci ilin avqustunda əmimgilin evinə gedəndə ev əşyalarımızı onlarda gördüm. Valehin özündən xəbərsiz əşyaları, yəni tava, qazan, çaynik və çarpayı torunu götürərək evimə gətirdim.
Sentyabrın 28-də axşam təxminən saat 23 radələrində Valeh sərxoş halda bizə gəldi. Arvadım və uşaqlarım yatmışdılar. Məndən siqaret istədi, verdim. Dedi ki, “sən artıq … edirsən, girib evimdən qazan-çaynik götürürsən, mən səni vuracağam, gədə”.
Əmimə söyüşlə danışmamağı bildirdim, dedim ki, əmi, mən də kasıbçılıqla dolanan adamam, sən mənim həyətimdə olan-qalanım nə varsa, götürürsən, əlacsız qalıram, narkolojidən təzə çıxıb gəlmisən, yenə başlamısan spirtli içki içməyə, belə hərəkətlər eləmə. Kənddə hamı səndən danışır ki, Valeh içib tüfeyli həyat tərzi keçirir.
Valeh yenə adəti üzrə məni və ailəmi təhqir etməyə başladı. Məni yenə öldürəcəyi ilə hədələdi və dedi ki, əşyaları oğurlamaq üçün götürməmişəm, istifadə edib qaytaracaqdım. Ünvanıma nalayiq ifadələr işlətməyə davam etdi. Ona dedim ki, indi sərxoşsan, get, sabah ayıq olanda danışarıq. Bu minvalla Valehi yola saldım”.
“Anamı təhqir etdi”
Şahin deyib ki, Valeh sentyabrın 28-dən 29-na keçən gecə, təxminən saat 12 radələrində yenidən onların evinə gəlib:
“Yenə məni söyüb təhqir etməyə başladı. Onu sakitləşdirərək evinə tərəf yola salmağa çalışdım. Yarıyolda Valeh mənə - “gedək mənim evimə, gör səni…”, - deyə bildirdi. Ölmüş atamın qəbrini söydü, anamı təhqir etdi.
Valehi yarıyolda qoyaraq evə qayıtdım. Təxminən 6 ildir belə davam edir, bu dəfə Valehin təhqirlərinə dözə bilmədim. Onu qorxutmaq məqsədilə evdən bıçaq götürüb yanına qayıtdım. Saat 2 radələri idi. Əmim məni görəndə dedi ki, bura gəl, küçük. Ağlayaraq dedim ki, əmi, həmişə sənə böyük kimi hörmət etmişəm, neçə illərdir, məni təhqir etməyinə baxmayaraq, sənə bir dəfə də cavab qaytarmamışam, əl qaldırmamışam. Amma sən isə mənim atamın qəbrini söydün. Buna görə məndən üzr istə. Əmim - “səndən üzr istəməyəcəyəm...”, - deyib yenə söydü. Anam haqqında pis sözlər söylədi.
Bundan sonra bütün əsəblərim korlandı. Bir anlıq dünya başıma fırlandı. Valehi qorxutmaq və yüngül cəzalandırmaq üçün evdən götürdüyüm və şalvarımın sağ yan cibinə qoyduğum bıçağı çıxardım, Valehin təxminən qarın nahiyəsindən bir zərbə vurdum.
Zərbəni vurduqdan sonra Valehə dedim ki, “bu, səni cəzalandırmaq üçündür, bir də atamın goruna söysən, məni təhqir etsən, səni öldürərəm”. Bundan sonra evə qayıtdım. Əlimdəki bıçağı küçədə haraya tullamağım dəqiq yadımda qalmayıb”.
“Bildirdim ki, öldürməmişəm”
Şahinin ifadəsinə görə, bundan sonra əmisi Salehə zəng edib və əmisi Valehi bıçaqladığını bildirib:
“Saleh sual verdi ki, Valehi öldürmüsən? Cavab verdim ki, “yox, öldürməmişəm, qarın nahiyəsindən vurmuşam ki, onu cəzalandırım”. Əmimə vurduğum yeri dedim, mənim də oraya gəlməyimi istədi. Amma mən evdə gözlədim, son dəfə evdəkilərə baxmaq istədim. Səhərə kimi evdəkilər yata-yata onlara baxdım və yatmadım. Dedim, səhər açılan kimi polisə təslim olmağa gedəcəyəm.
Gecə əmim Saleh mənə zəng vurdu və dedi ki, “Valeh ölüb”. Valehin ölümünə peşman oldum. Səhər açılan kimi polislər özləri evə gəldilər. Mən törətdiyim cinayəti polislərə etiraf etdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 958
Kriminal
Xəbərlər
-
Azərbaycan mətbuatı - 151 yaşında!
-
İstirahət üçün hovuzlu ``A-Frame`` seçdi, beh də getdi, ev də...- VİDEO
-
Azərbaycana xüsusi təchiz olunmuş təcili yardım motosikletləri gətirildi - VİDEO
-
Özgür Özəl CHP ilə vidalaşdı: Yeni partiyanı elan etdi
-
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevin Tural Sadıqlının üzünə dedikləri + VİDEO
-
Azərbaycanlı azyaşlıya Modriçin komandasından dəvət - Maliyyə məsələsinə görə qalıb + FOTO
-
“Tik-tok“da tanış oldum, aldatdı ki, həkiməm” - MƏHKƏMƏ
-
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırıldı - Bakteriyalar aşkarlandı
-
Azərbaycanda ağ-qara nisbəti: Son 10 ildə doğulanımız çox olub, ya ölənimiz?
-
Tramp sənəd imzaladı - Kanada məhsullarına əlavə 50% rüsum tətbiq etdi
-
Bakıda gizli görüş keçirən kimlərdir? - Prezident adları açıqladı (VİDEO)
-
Finaldan sonra qalmaqal – FIFA Argentinaya qarşı istintaqa başladı
-
Niyə hələ də diplomu olmayanlar tibbi prosedurlar icra edirlər? - Açıqlama
-
Bu küçədə təmir aparılacaq - Hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası - Təsdiqləndi
-
Direktorların işə qəbulunda müsahibə mərhələsi başlayır - Tarix və təfərrüatlar
-
“Almaniyanın marağındadır ki, Cənubi Qafqaz sakitləşsin“ - Merts
-
Trampı məhkəməyə verdi - Vətəndaşlıq və 75 milyon dollar tələb edir
-
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
-
“Bu səfərlərin çox böyük siyasi mənası var...“ - Prezident
-
Şöhrət Tağıyevi və şirkəti cərimələndi - Səbəb nədir?
-
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev və Fridrix Merz mətbuata bəyanatlarla çıxış edib - FOTOLAR
-
Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? - Siyahı
-
Mənzil almaq istəyənləri aldatdılar - 240 min manatlıq dələduzluq işində son qərar
-
Naxçıvandakı istefaların pərdəarxası: Kadr dəyişikliyinin əsl səbəbi nədir?
-
Jurnalistikaya qəbulda mühüm yenilik: DƏYİŞİKLİK EDİLDİ
-
Azərbaycan klublarından günün transferləri: Kimlər gəldi?
-
Kəlbəcərdə mina partladı, bir nəfər yaralandı - Üç qurumdan birgə məlumat...
-
20 manat istədi, 700 manat götürdü - Bakıda qeyri-adi soyğunçuluq
-
Prezidentlərin geniş tərkibdə görüşü olub - FOTOLAR
-
Almaniyadan qızl, avtomobil, dərman alırıq - Bəs bu ölkəyə nə satırıq?
-
İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü - “Borc almışdım“ dedi
-
Türkiyə S-400 sistemlərini üçüncü ölkəyə sata bilər - Yaşar Gülərdən açıqlama
-
Azərbaycanda orta əməkhaqqı 7,3 faiz artıb - Rəsmi
-
“Putin bizim nə istədiyimiz bilmir...” - “Tramp bu işi bitirə biləcək şəxsdir”
-
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq - Sabahın havası
-
Ali Məhkəmədən işəgötürənlərə xəbərdarlıq: “İşçi məlumat verməmişdi“ arqumenti əsaslı sayılmır
-
“Mağazada satılırsa, niyə çöldən gətirmək olmaz?“ - Nazirlikdən narazılıqlara münasibət
-
“Vital Hospital“da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir (VİDEO)
-
Azərbaycan və Almaniya prezidentləri təkbətək görüşür - FOTOLAR
-
“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən daha bir emosional mesaj
-
“Azəriqaz“ İB-nin baş direktoru 8500 manat cərimələnib - Komitə sədri sənədli fakt yaydı
-
İranın ABŞ bazasına hücumunun detalları: Hərbçilərin müdafiəsində boşluq olub?
-
Dron hücumlarının arxasındakı general nazir olur - Ali Radanın təsdiqi lazımdır
-
Azərbaycanda boşanmaların sayı açıqlanıb - Nikahların say azalıb
-
Magistraturaya ixtisas seçimi başlayıb - Dövlət İmtahan Mərkəzi
-
İlham Əliyev Endi Börnhemə təbrik məktubu ünvanlayıb - MƏTN
-
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal topladı
-
Salyanda FACİƏ: 4 nəfər həlak oldu, cinayət işi başlanıldı
-
İranın zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb - “CBS News”
-
Fizioterapiyadan sonra xəstənin səhhəti pisləşib: İynədən infeksiya düşüb?
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Çevik iş rejimi modeli tətbiq ediləcək - VİDEO
-
İlham Əliyev Mixael Harmsla görüşdü - FOTOLAR
-
Sabah 39 yaşayış məntəqəsində işıq olmayacaq - Xəbərdarlıq
-
Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
-
İran ABŞ əsgərini öldürərsə, əvəzini dəfələrlə ağır şəkildə ödəyəcək - Tramp
-
Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum olub - VİDEO
-
Prezident Almaniyaya rəsmi səfərə gedib - FOTO
-
Qumarda uduzdu... - DGK-da iş vədi ilə 29 minlik dələduzluq etdi
-
Moldovada yanacaq böhranı: Ölkə 18 günlük benzin ehtiyatına malikdir
-
“Alko Holdinq“də minlərlə saxta aksiz markalı içki aşkarlandı - Direktor hakim qarşısında
-
Xətai rayonunda sakinlər bu liftə minməyə qorxurlar - VİDEO
-
Nigar Fərhad xaricdə təhsil adı ilə vətəndaşları aldadıb? - VİDEO
-
“ABŞ Xarq adasına hücum etsə, İran layiqli cavab verəcək“ - Bəqai
-
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
-
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - Birgə məlumat
-
AAYDA sədrindən daha bir təyinat: Bakıda yolların mühafizəsi kimə tapşırıldı? - FOTO
-
Gömrük rüsumları ilə bağlı dəyişiklik: Siyahıya yeni qrup əlavə edildi
-
Serbiyada tutulub Bakıya gətirildi - 90 milyonluq dələduzluqda ittiham olunur
-
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
-
Aİ “AliExpress“ə rekord cərimə kəsdi: Səbəb təhlükəli məhsulların satışı oldu
-
“Məni “Ginnesin Rekordlar Kitabı“na salmaq istəyirlər, yoxlayacaqlar“ - Roza Zərgərli
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xameneyinin ilk xarici təması Putinlə olacaq? - Kreml aydınlıq gətirdi
-
Endi Bernem Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başladı - FOTO
-
ABŞ hərbi təyyarələrinə hücum edildi - Raketlərlə zərbələr endirdi
-
Xidmət rəisi generalın yerinə kimi təyin etdi? - Gömrükdə dəyişiklik
-
Dövlət qurumu direktoru məhkəməyə verdi: Müəllimin maaşını azaldıbmış
-
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
-
7 yaşlı Nihatın köməyə ehtiyacı var - Anası xeyirxah insanlardan kömək istəyir
-
“Mənim missiyam tamamlandı“ - Starmer baş nazir vəzifəsini tərk etdi
-
“Dövlət satınalmaları haqqında“ qanun dəyişdi - DETALLAR
-
Si Cinpinin ABŞ-a səfəri bu tarixdə olacaq - Rubio açıqladı
-
Prezident 2026-2030-cu illər üçün Tədbirlər Planı təsdiqlədi - Sərəncam
-
Rusiya Qara dənizdə Türkiyəyə məxsus yük gəmisini vurdu - 10 nəfər öldü
-
Magistraturalara qəbul: ixtisaslaşma seçimi elan edildi
-
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
-
Bakıda mağazada döyülən qadın danışdı - VİDEO
-
İcra başçısı 3 qurumu birləşdirdi - Rəis təyin etdi - FOTO
-
“ABŞ İranla münaqişəni diplomatik yolla həll etməyə çalışacaq“ - Rubio
-
Smartfonlar uşaqlar üçün görünməyən təhlükəyə çevrilib - VİDEO
-
Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır
-
Daha bir gəmi hücuma məruz qaldı - Gəmidə 11 azərbaycanlı dənizçi olub + VİDEO
-
ABŞ İrana qarşı növbəti hücum dalğası başlatdı - Bu dəfə Təbriz bombalandı
-
Yay mövsümünün “ucuz“ tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər - VİDEO
-
Bu şəxslər 600 manat cərimələnəcək - Nazirlikdən müraciət
-
ABŞ vitse-prezidentinin köçmək qərarı şəhər sakinlərini narahat etdi - “The Washington Post“
-
İspaniya ilkə imza atdı: İndiyədək heç bir ölkə bunu bacarmamışdı
-
Gündəlik kirayə verilən mənzillərin yararsız vəziyyətə salınmaması üçün nə edilməldir? - VİDEO
-
“Evimizə qonaq gələndə deyirik ki, özünüzlə içməli su gətirin” - VİDEO
-
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü“ edibmiş - VİDEO
-
Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır - The Washington Post
-
Azərbaycanda biyan balının azalmasının səbəbi nədir? - VİDEO
-
DÇ-2026: İspaniya yığma komandası çempion oldu - VİDEO
-
“100 yaşım olsa belə, qırmızı geyinəcəm” - Ruhəngiz Allahverdiyeva
-
Ev alan vətəndaşlar çıxılmaz vəziyyətdə: “Üç ildir buradayıq, indi gəlib çıxarırlar“ (VİDEO)
-
Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (VİDEO)
-
Trampın masasında şok sənəd: Səudiyyə Ərəbistanı atom bombası əldə edir?
-
Varlılar arasında dinozavr “qızdırması“ başlayıb - “Bloomberg“
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Toyuq və hinduşka əti rekord həddə bahalaşdı: qonşu ölkədə çətin durum
-
Xəzər kilometrlərlə geri çəkilir: Azərbaycana hansı təhlükələr gözlənilir?
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Tovuzda ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var
TOP 10
ARXİV






