“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Zurabişvilinin impiçmenti üçün lazım olan sayda səs toplanmayacaq“ - Gürcü spiker

Tarix 18.09.23, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan Prezidenti Salome Zurabişvili vəzifə səlahiyyətlərini aşıb və konstitusiyanı pozub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Prezidentin İsveçrəyə səfərini təsadüfən onun Instagram hesabındakı paylaşımından öyrənib.

Əlavə edib ki, həm Prezident, həm də müxalifət dövlət başçısının hökumətin icazəsi olmadan xaricə səfər edərək ölkə konstitusiyanı pozduğunu inkar etmir.

Spiker Konstitusiya Məhkəməsinin hazırda məsələyə baxdığını, Prezidentin Almaniya və Brüssel səfərlərinə dair faktların Konstitusiyanın açıq şəkildə pozulduğunu göstərdiyini deyib.

Şalva Papuaşvili Salome Zurabişvilinin hökumətin Avropaya inteqrasiya mövqeyini zəiflətdiyini, Aİ-nin Gürcüstana status verməkdən imtina etməsinə əsas yaratdığını vurğulayıb.

Spiker parlamentdə keçiriləcək səsvermədə Prezidentin impiçmenti üçün lazım olan sayda səs toplanmayacağına, müxalifətin konstitusiyanı pozan Prezidenti hakimiyyətdə saxlayacağına əmin olduğunu deyib.



Xəbərin oxunma sayı : 910




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap