![]() |
|














ADSEA-da Zaur Mikayılovla qudalarının hökmü: bərbad idarəçilik, yanlış kadr siyasəti, saxta diplomlar və....
Tarix 25.08.25, 15:00 |
|

Ölkədə son dörd ildə içməli su problemi, habelə ölkə boyunca suvarma (meliorasiya) sistemlərində böhran ifrat həddə çatıb. Bu yay Bakı və bölgələrdə əksər vətəndaşlar içməli suya həsrət qaldılar. Habelə, bölgələrdə əksər kəndlilər, kiçik fermerlər normal şəkildə suvarma suyu əldə bilmirlər, nəticədə 10 min hektarlarla əkin, bağ sahələri məhv olub və olmaqda davam edir. Həmçinin, heyvandarlıqla məşğul olan çox sayda kəndli mal-qaraya doyunca su verə bilmir.
Eyni zamanda xüsusən Bakıda kanalizasiya və drenaj sistemləri də faktiki iflic durumdadır. Bir çox ərazilərdə çoxmənzilli binaların isə zirzəmisi çirkab suları ilə doludur. Yüz minlərlə insan antisanitariya vəziyyətində yaşayır.
Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) "başbilənləri" və trolları isə uydurma "səbəblər" səsləndirib vətəndaşları aldadır. Əslində, öz bacarıqsızlıqları, qohumbazlıqları, tender mənimsəmələri səbəbindən su, kanalizasiya və melorasiya sistemini tam bərbad hala salıblar. Ölkədə içməli su, suvarma, kanalizasiya böhranını təqdim etdiyimiz onlarla videofakt aydınca təsdiqləyir, necə deyərlər, nocomment! Buyurub sosial şəbəkələrdən topladığımız, araşdırma üçün real biabırçı mənzərə yaradan videolara baxın.
İndi isə keçək bu biabırçılıqların səbəblərinə...
Əməkdaşımıza su sistemində 30 ildən artıq çalışmış bir mühəndis acınacaqlı durumun əsl səbəkarlarını və səbəblərini danışıb.
Bütün bu fəlakət kimi durumun baiskarları ADSEA-nı ailə-quda podratına çevirən Zaur Mikayılov (sədr), Fuad Quliyev (aparat rəhbəri) və Əsəd Şirinov (rəsmi müşavir, amma faktiki baş cuvar Z.Mikayılovun xeyir-duası ilə ADSEA-da qeyri-rəsmi üçüncü səlahiyyətli şəxsdir) triosunun yarıtmaz, qaranlıq, fərdi maraqlarına hesablanmış idarəçiliyidir.
Z.Mikayılovun qarşısında qoyulan tələb su, kanalizasiya sistemini səhmana salmaq, korrupsiyanın qarşısını almaq idi. Lakin əksi baş verdi və verməkdə davam edir. Nəticədə bütün sistem iflic vəziyyətindədir. Əsas səbəb bacarıqsızlıqdır, fərdi maraqlarını təmin etməkdir.
Bu kontekstdə su istismar qaydalarını bilən kadrların da kütləvi şəkildə işdən çıxarılması və üç qudanın bu vəzifələrə naşı qohum-dost-tanışlarını yığmalarıdır. Onların su sistemindən anlayışı, bacarığı, təcrübəsi belə yoxdur...
Su sistemlərinin istismarından başı çıxmayan dost, qohumlarını, tanışlarını görəvləndirib, yetkin kadrları uzaqlaşdırdıqları üçün sistem pozulub, Bakıda su ərşə çəkilib.
ADSEA rəhbərliyinin belə bir uydurması da var ki, guya paytaxta su qəfildən yoxa çıxıb, ona görə durum belədir. Amma məsələ qətiyyən elə deyil. Hazırda ötən illərlə müqayisədə həm Kürdən, həm Oğuz-Qəbələ-Bakı kəmərindən, həm Şollar xəttindən kifayət qədər axın var, Ceyranbatan su anbarında və digər su mənbələrində kifayət qədər su mövcuddur.
İkinci uydurmaları odur ki, rayonlardan Bakıya axın var, paytaxtda su ona görə çatışmır. Elə isə bəs boşalmış(?) rayonlarda niyə su yoxdur? Əksər rayonlarda su böhranı Bakıdan ciddidir. Rayonlarda da su tapılmır.
Üstəlik, son 1 ildə Bakıdan 40 minə yaxın əhali Qarabağa köçürülüb. Bundan başqa, bəyənmədiyimiz Qorxmaz Hüseynovun dövründə Bakıda su problemi bundan 50 faiz az idi. Bəs son 4 ildə bu qudalar dövlətin su sistemini yaxşılaşdırmaq üçün ayırdığı 100 milyonları neyləyib? Hanı nəticə? Fakt odur su, kanalizasiya sistemi çökür.
Səbəb sirr deyil.
Birincisi, ADSEA-da xaotik idarəçilikdir, qudalar öz maraqlarımı önə çəkiblər, istismarı idarə edə bilmirlər və əhalinin dərdi də onları elə də maraqlandırmır. Su sistemini yaxşılaşdırmaq adı ilə görülən işlər də keyfiyyətsiz, plansızdır və korporativ maraqlarını təmin edirlər.Bir tərəfdən də əhalidən işlətmədikləri suyun pullarını tələb edirlər. Buna dair yüzlərlə şikayət var sosial şəbəkələrdə.
Bölgələrdə kiçik fermerlərə isə suvarma suyu ona çatmır ki, regional su sistemləri idarələrinin rəhbərləri suyu oliqarxların, məmurların böyük əkin sahələrinə verir. Təbii, müəyyən maraqlar qarşlığında...
Hazırda Zaur Mikayılov faktiki olaraq ADSEA-da idarəetməni əziz qudası Fuad Quliyevin tam ixtiyarına verib. O da aləmi bir-birinə qatıb, öz biznesini çiçəkləndirir. Vaxtı ilə dövlət satınalmaları sektorunda, paralel olaraq biznes sahəsində çalışan Fuad Quliyev hazırda ADSEA-nım tenderləri hesabına biznesini böyüdür.
Biznes ortaqları ilə birlikdə faktiki onun" kontrol"unda olan "PDL MMC"-yə və digər şirkətlərə melorasiya və su, kanalizasiya sistemi üzrə işlərdə tenderlər vasitəsilə böyük pullar ötürür.
Onun təkcə yeni qurulan Mingəçevir-Hacıqabul kanalının tikintisində həyata keçirdiyi proseslər hüquq-mühafizə orqanlarının araşdırmasına təqdim olunsa, dəhşətli yeyinti faktları ortaya qoyular.
Bu işləri tənzimləməkdə digər quda Əsəd Şirinov əsas "menecerdir".
Dəqiqləşdirməmiz zamanı bir fakt da üzə çıxıb: Fuad Quliyev saxta diplomlar satan ABU-nun "məzunu"dur.
İddiaya görə, onun diplomu saxtadır və Təhsil Nazirliyinin bazasında mövcud deyil (bu məsələni də ayrıca işləyəcəyik).
Yeri gəlmişkən, şok edən bir faktı da qeyd edək: ADSEA-da qudaların sayı artıq dördə çatıb! Fuad Quliyev yeni qohum olduqları bir şəxsə də kommunikasiya sektorunda mühüm vəzifə verib. Həmin əməkdaşın kimliyini bilsək də, hələlik müəyyən səbəblərdən yazmırıq.
Təsəvvür edin, ADSEA-nı bu adamlar tamamən quda-ailə agentliyinə çeviriblər.
Vaxt vardı ölkədə iki ayrı-ayrı sahənin rəhbər şəxsi - sabiq nazirlər Ziya Məmmədovla Heydər Əsədov quda olduqlarına görə media, siyasətçilər onları yıxıb-sürüyürdü. Nəhayət işdən çıxarıldılar. İndi isə nazirlik statuslu ADSEA-nı 3 quda və ətraflarındakı qohum, dostları ilə idarə edir, susqunluqdur. Niyə? Bir qurumu 3 quda, üstəgəl ailə üzvləri idarə edəndə nəticə belə də olmalı idi... Bir müddət əvvəl mediada bu məsələ yazılanda dövləti, vətəndaşları aldatmaq üçün Əsəd Şirinovun guya işdən azad edildiyini bildirdilər. Ancaq bu tam yalandır.
Bu yaxınlarda, iyul ayında çəkilmiş fotoya diqqət edin: Ortada Zaur Mikayılov, sağında lap solda Fuad Quliyev, solunda lap axırda Əsəd Şirinov addımlayırlar...
Onu da qeyd edək ki, son 3 ildə xüsusən Fuad Quliyev üzünü mediadan gizlətməyə, ümumi şəkillərdə künc-bucaqda yer almağa çalışıb...O, üstəlik daha bir ailə üzvlərinə vəzifə verib. Beləcə, ölkənin ən strateji sahəsini batırırlar.
Nəhayət, qudaların Bakıda su böhranının məsuliyyətini boyunlarından atmaq, əhalini aldatmaq üçün bir hiylə də işlətməsini də diqqətə çatdıraq, gör əsiniz ki, bunlar öz maraqları üçün nələr edəcək adamlardır.
Böyük sosial şəbəkə səhifələrində su ilə bağlı şikayət, reportajlar olanda şərh yerinə ADSEA-nın trolları gəlib belə şərhlər atırlar ki, Bakıda su olmamasının səbəbi guya hörmətli Emin Ağalarovun möhtəşəm See Braze layihəsinə görədir. Guya suyu məcbur ora verirlər, əhali susuz qalır. Hansı ki, şəhərdən ora su getmir. Kompleksin özünün böyük artezianları da var.
İkincisi, Lökbatanda, Yasamalda, Sumqayıtda, Xırdalanda və s. su olmamasının See Braze-yə nə aiduyyəti ola bilər?! Sadəcə, belə bir uydurma ilə özlərinin günahını, yarıtmazlığını ört-basdır etməyə çalışırlar, eyni zamanda bununla əhalidə qıcıq yaratmağa səbəb olurlar. Təsəvvür edirsiniz bunlar öz maraqları naminə nələr edir, hansı oyunlar qurur?!..
Bakıda su-kanalizasiya sistemində 30 il çalışmış mühəndis əməkdaşımıza onu da deyib ki, son 5 ildə qudalar agentliyinin yarıtmaz fəaliyyəti ucbatından bir gün paytaxtın əksər hissəsi tamamilə kanalizasiya sularının altında qala bilər.
Xaotik idarəçilik, tender oyunlarına, istismarı naşılar idarə etdiyinə görə su və suvarma sistemində daha böyük fəsadlar yaşanacağı da qaçılmazdır.
Adları çəkilən şəxslərin mövqeyimi yayınlamağa hazırıq.
Sitat.info
Xəbərin oxunma sayı : 1288
Gündəm
Xəbərlər
-
Azərbaycanda yerli turistlər ən çox nələrə pul xərcləyir? - Siyahı
-
Saray qəsəbəsində qadın öldürüldü - Qaynı tutuldu
-
Çoxmərtəbəli binada yanğın - 12 nəfər təxliyə olundu
-
Daha 1 550 ailə Qarabağa köçürülür - “Qaçqınkom” 1,3 milyon manat ayırdı
-
“TikTok”da onlarla şəxs intim görüntülərlə şantaj edilib - BMCMİ-dən əməliyyat
-
Əfqanıstanda dəhşət yaşandı: Yüzlərlə insan dağıntılar altında qaldı
-
“Qarabağ” Juninyonu qaytaracaq? - Klubdan açıqlama
-
Azərbaycanın valyuta ehtiyatları nə qədərdir? - RƏQƏM
-
“Ehsan verilmir deyə yasa az adam gəlir“ - Molla gileyləndi
-
Prezident və birinci xanım Tiencindən qatarla Pekinə səfər etdi - FOTOLAR
-
Bakıda 36, rayonlarda 38 dərəcə isti - Sabahın havası
-
Vəzifəyə təyin etmək adı ilə 108 min almışdı - Həbs olundu
-
Qramı 9 manata satılan gümüş üzüklər xaricdən neçəyə gətirilir? - Ölkələr və qiymətlər
-
“Titanik“in axtarışları ABŞ HDQ-nin əməliyyatını gizlətmək məqsədi daşıyıb“ - “CNN“
-
Xankəndidə qondarma rejimin “XİN”inin binası sökülür - VİDEO
-
Elm və Təhsil Nazirliyində iki sektor yaradılıb - Müdirlər təyin edilib
-
Ötən ay 94 nəfər zəhərlənib, 4-ü ölüb - Rəsmi
-
Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
-
Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub - Paşinyan
-
Şəkidə maskalı şəxslər evə basqın etdi - Saxlanılanlar var
-
Vətəndaşlara qarşı dələduzluq edən Nurlan Babayev - Polisi sifarişçilikdə ittiham edir
-
Masazırda yaşayış evində yanğın - Ölənlər var + Video
-
16 il iş almışdı, həbsdə də cinayət törətdi... - FOTO
-
Kompot əvəzinə su, ət əvəzinə piy? - Abşeron 21 saylı uşaq bağçasında QALMAQAL
-
“Venesuela son 100 ilin ən ciddi təhlükəsi ilə üz-üzədir“ - Maduro
-
“UBER”də minimal gediş 4, ”BOLT”da 3 manat olub? - VİDEO
-
Polis binanın damında əylənərək şüşə qabları aşağı atan qızlarla bağlı hansı addımı atacaq? - VİDEO
-
Bir partiyaya 0, digərinə 583, o birinə 3 min manat... - Partiyalar dövlətdən nə qədər pul alırlar?
-
Kamran Əliyevlə İnam Kərimov Türkiyədə - FOTO
-
Şahin Şıxlinskinin yerinə seçki keçirildi - Yeni rəhbərin adı bəlli oldu
-
Rəhbərlik etdiyi batalyon həmin rayonların işğalında iştirak edibmiş - Fotolar
-
Eldar Namazov 4000 manat alacaq - Seçim Komissiyasının üzvü kimi
-
“Putin və Tramp Zelenski ilə görüşlə bağlı hələ razılıq əldə etməyib“ - Uşakov
-
İndoneziyada etiraz aksiyaları: Prezident deputatlar üçün güzəştləri ləğv etdi
-
Sumqayıtda karton məmulatlarının istehsalı zavodunda yanğın oldu - Video
-
“Ermənistan Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir“ - Paşinyan
-
Bakıda fiziki zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdiriləcək - Araşdırma aparılır
-
“Mirvari City” MMC 213 milyon manatlıq tenderin qalibi oldu - 10 manat kapitalı var
-
Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb - Hindistanın hərəkətinə görə
-
Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya çatıb - Fotolar
-
Mehriban Əliyeva liderlərin xanımları ilə gəmi gəzintisində - Akopyanla da şəkil çəkdirdi + FOTOLAR
-
Sabiq hərbi komissar ev dustaqlığına buraxıldı - Külli miqdarda rüşvət almaqda təqsirləndirilir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vatsapda istifadəçi adı ilə axtarış dövrü başlayır - Yenilik
-
Minsk qrupu ləvğ edilir - ATƏT qərar layihəsini üzv dövlətlərə təqdim etdi
-
Prezident “ŞƏT plyus“ formatında görüşdə çıxış etdi - FOTOLAR
-
Azərbaycanda bu mobil operator ləğv edilir - Nömrələr işləməyəcək
-
“Kriti Vüsal Masallinski“ həbs olundu - DİN əməliyyat keçirdi + FOTO
-
“Ermənistan Aİİ və Aİ arasında seçim etməzdən əvvəl bütün amilləri nəzərə almalıdır“ - Overçuk
-
Hindistandan qərəzli addım - Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb
-
Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək - ADLAR
-
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? - Açıqlama
-
Əməkdar müəllimin ölkədən çıxışına “stop“ qoyulub - SƏBƏB
-
Nazir Vilayət Eyvazov Naftalanda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Hindistan Azərbaycandan qisas almağa çalışır - Prezident
-
Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
-
Ata-anasız uşağa işgəncələr verilib? - VİDEO
-
Prezident İlham Əliyev Nikol Paşinyanla görüşüb - FOTO
-
“Türkiyəni etibarlı və zamanla sınaqdan çıxmış tərəfdaş kimi görürük” - Putin
-
Şöbə müdiri işdən çıxdı - Yerinə təyinat oldu
-
“Andrey Parubiyin qətlində Rusiyanın izi var“ - Ukrayna polisi
-
Prezident Çində görüşlər keçirir - Fotolar
-
Bu şəxslərin təqaüdləri artırıldı - Bu gündən...
-
Universitetlər Bakıdan bu şəhərlərə köçürülə bilər - SİYAHI
-
“Narahatlığa heç bir əsas yoxdur” - Müdafiə Nazirliyi
-
Ötən həftə 672 yanğın olub - VİDEO
-
İlham Əliyevlə Şahbaz Şərifin görüşü oldu - Fotolar
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb? - AÇIQLAMA
-
Xanbulan gölü sürətlə quruyur - FOTO/VİDEO
-
Polis Balakəndə də məliyyat keçirdi - Silahlı şəxslər həbs olundu
-
Ərdoğanla Paşinyan arasında görüş olub - Çində + FOTO
-
Nigar “Matanı“ ilə yenidən gündəmdə - VİDEO
-
Azərbaycanda balıq ovuna icazə verilir - Bu gündən
-
İlham Əliyevlə Ərdoğanla görüşdü - FOTOLAR
-
“Qış parkı“ndakı məşhur restorandan narazılıq: “Hərəkət etmək olmur“
-
Böyük Britaniya səfiri Laçın bazarında - FOTO
-
Si Cinpinin adından ziyafət verildi - Prezident və birinci xanım iştirak etdi
-
Paytaxtın bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Xəbəərdarlıq
-
Bolqarıstan Ukraynaya kömək etməyəcək: “Sakinlərimizin suyu yoxdur”
-
Ölkədə tullantıların həcmi artıb - Ekoloqlar təhlükə barədə xəbərdarlıq edirlər
-
“Avropada insan qalmaya bilər“ - İlon Mask
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
-
Prezident Çində görüşlər keçirdi - FOROLAR
-
“Regional sülh üçün atılan addımlar çoxşaxəli olmalıdır“ - Türkiyə Prezidenti
-
Temperatur 36 dərəcəyədək yüksələcək - Sabahın havası
-
Çin idxalda Azərbaycanın birinci tərəfdaşına çevrildi - 17,7 faiz pay
-
Prezident yaxınlarına vəzifə verən başçını cəzalandırdı - Bəs Zaur Mikayılovu nə gözləyir?
-
Salyanda avtomobil kanala aşıb - ölən və yaralananlar var
-
Tikinti üçün icazə almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
-
“Azərbaycanla Ermənistan arasında artıq sülh bərqərar olub” - İlham Əliyev
-
Sentyabrda hava necə olacaq? - Aylıq proqnoz açıqlandı
-
“Telegram” hesablarınızı hücumlardan bu cür qoruya bilərsiniz...- VİDEO
-
“BMT-nin nüfuzu və təsir gücü bərpa olunmalıdır“ - ÇXR Sədri
-
Şəmkirdə “MAZ” aşdı - Ölən və xəsarət alanlar var
-
Ərdoğanla Putin də Çindədir - Fotolar+Video
-
Gizli izləmə cihazları alanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin Si Cinpin ilə görüşü keçirildi - FOTOLAR
-
Məktəblərdə mobil telefondan istifadə qadağan edilsin? - VİDEO
-
Səssizlik içində danışan adam, yaxud 70 illik düşüncə tarixi - Adəm İsmayıl BAKUVİ
-
Azərbaycanlı gənclər ən çox hansı ölkələrə köçürlər? - Siyahı
-
Azərbaycanda yerin altında qədim şəhər aşkarlandı - VİDEO
-
“Qarabağ”ın oyunlarının tarixi açıqlandı -0 TƏQVİM
-
Biləsuvar gömrüyündə əməliyyat: Yüksəkvəzifəli şəxs işdən çıxarıldı
-
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi: “ABŞ Ukraynaya Rusiyaya dərin zərbələr endirmək imkanı verir“
-
“Xaricdə attestatla təhsil“ tələsi: Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı...
-
Turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? - Siyahı
-
Azərbaycanın nə qədər itkin var? - Rəqəmlər açıqlandı
-
Bu ay dünyada ən çox bahalaşan - Məhsullar
-
İran parlamentinin sədri: “Müharibə baş verə bilər“
-
Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - Siyahı
-
“Çin dünyada sülhün qorunması üçün məsuliyyət götürməyə hazırdır“ - Si Cinpin
-
Bakıda sexdə DƏHŞƏT: Ustasını söyüşə görə bıçaqladı
-
“Formula 1“ə görə məktəblər gec başlayacaq? - RƏSMİ
-
Qəzzada daha 10 nəfər aclıqdan öldü - Üçü uşaqdır
-
Azərbaycanlı itkinlərin ailələrindən xaricidə aksiya - “Nə arzular yarımçıq qaldı”
-
Prezident və birinci xanım Çinə səfərə getdi - FOTO
-
Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
-
“Qarabağ“ tarixinin ən bahalı transferi ola bilər - 3 milyonluq təklif
-
Xəbəri olmadan adına şirkət açılıb, külli miqdarda vergi borcu yaranıb - VİDEO
-
Salyanda 1 milyonluq abadlıq - Qalib şirkət kimindir?
TOP 10
ARXİV