Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Stomatoloqlar kütləvi şəkildə işdən çıxarılır? - TƏBİB-dən açıqlama

Tarix 25.11.25, 19:36

Font ölçüsü : - / +
bitmap-img6


TƏBİB bəzi bölgələrdəki dövlət tibb müəssisələrində çalışan stomatoloqların ixtisar olunması ilə bağlı iddialara münasibət bildirib.

AzFakt.com xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, stomatoloji xidmətlərin yenidən təşkili ilə bağlı addımlar atılır.
Qeyd edilib ki, TƏBİB tərəfindən ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti, xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə şəffaflığın artırılması məqsədilə ətraflı təhlil və qiymətləndirmə işləri aparılıb:
“Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda cari ilin ötən müddəti ərzində bir sıra stomatoloqların pasiyent qəbul etmədiyi, xidmət keyfiyyətinin aşağı olması, vətəndaş narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.
Həmçinin bildirilib ki, TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il qərarı ilə vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq 1 avqust tarixindən etibarən uşaq stomatoloqu ixtisası üzrə çalışan həkimlərə sabit aylıq həvəsləndirici əlavələr təyin olunub. Yeni qərarla həvəsləndirici əlavələr 250 manat məbləğində müəyyən olunub:
“Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri də nəzərə alınmaqla, müəssisə rəhbərləri tərəfindən ştatların ixtisarı ilə bağlı öncədən xəbərdarlıq olunub.
Əlavə olaraq bildiririk ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. 149 sayda stomatoloji xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının qərarı ilə təsdiq olunub”.



Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap