| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Martin Ryanın məhkəməsində şahidlər dindirildi - Casusluqda ittiham olunur
Tarix 25.11.25, 15:35 |
|
Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İş üzrə şahid qismində tanınan J.S. ifadə verib.
O bildirib ki, iş üzrə təqsirləndirilən Martin Ryanla feysbukda tanış olub.
"Martin Ryan mənə 2022-ci il sentyabrın sonu, oktyabrın əvvəli feyzbukda dostluq atdı. Profilinə baxdım. Ortaq tanışlarımız var idi deyə qəbul etdim. Sonra mənə yazdı. Biz danışdıq. O, burada bizneslə məşğul olmaq, ailə həyatı qurmaq planlarından danışırdı. Biz bir neçə dəfə görüşdük. Sonra ondan xəbər almadım. Telefonuna zəng çatmadı, dostlarının da məlumatı yox idi. Sonra DTX məni Martinlə bağlı ifadə üçün çağırdı”.
Şahid əlavə edib ki, Martinin casus olmasından xəbəri olmayıb: "Əgər belə olsaydı, özüm aidiyyəti quruma məlumat verərdim”.
Şahid bildirib ki, Martinin burada üç yaxın dostu olub. Azad, Ü.Ə və Z.M: "Onları görməmişəm. Martin Z.M-in ona ev tapmaqda köməklik etdiyini, Azadın ağıllı, Ü.Ə-nin isə səmimi biri olduğunu deyib”.
Daha sonra iş üzrə şahid qismində tanınan S.Ş. ifadə verib. O, Fransa səfirliyinin əməkdaşı olmuş Loran Qrarda evini müqavilə əsasında kirayə verib: "Onun səfirlikdə nə işlə məşğul olduğu barədə məlumatım yox idi. Onu vasitəçi tapmışdı. Müqavilə əsasında Badamdarda yerləşən iki mərtəbəli evimi 2000 manata aylıq kirayə vermişəm. Kirayə manatla ödənilib və hər ay özüm gedib pulu təhvil alırdım. Şübhəli məqamla rastlaşmamışam. Loran ailəsi ilə birlikdə evdə qalırdı. Ayın sonu gələndə evə zəng etdim. Cavab gəlmədi. Evə getdim, gördüm ki, qapı bağlıdır və onunla yenidən əlaqə saxlamağa çalışsam da, cavab ala bilmədim. Fransa səfirliyinin "e-mail” ünvanına yazdım. Bir gün sonra cavab gəldi. Cavabda qeyd edilmişdi ki, Loran Qrard təcili şəkildə Fransaya gedib, evin açarları səfirlikdədir və təhvil veriləcək. Bir gün sonra səfirliyin xanım əməkdaşı açarı gəlib qapıda təhvil verdi. Evdə şübhəli heç nə görmədim”.
Digər şahid R.M. ifadəsində qeyd edib ki, istintaq dövründə ifadə verib. İfadəsində ona Martinlə tanışlığı, Azad Məmmədli ilə bağlı suallar verilib: "Mən Fransada təhsil almışam. Orada səfirliyin tədbirində dostum Diana vasitəsilə Martinlə tanış olmuşam. Sıx-sıx görüşümüz olmayıb, amma əlaqələrimiz var idi. Biz adətən azərbaycanlı tələbələrlə gəzirdik, əylənirdik. Ümumi olaraq orada 4 il təhsil aldıqdan sonra ölkəyə qayıtdım”.
Şahid əlavə edib ki, onun ölkədə şirkəti olub: "Bir müddət sonra Martin Azərbaycana gəlib və biz eyni vaxtda təhsil alan azərbaycanlılarla görüşürdük. Görüşün məqsədi o idi ki, həm dili unutmayaq, həm də əlaqələrimiz itməsin. Sonra Martin şirkət açdı. Mənim də şirkətim var idi. Birgə işlədik. İşlərimiz yaxşı gedirdi. İşimizi böyütmək qərarına gəldik. Bunun üçün də fransız əsilli Gürcüstan vətəndaşı Lüdovik Girod ilə əməkdaşlığa başladıq. O, bizə müştəri verməli idi. Ortaq şirkət açdıq. Direktoru da Martin oldu. Orada onların faiz payı çox olduğu üçün həlledici qərarı onlar verirdi. Mənim orada cəmi 15-20 faiz payım var idi. Şirkətin funksiyası verilən sifarişlərin çatdırılması idi. Kimsə, məsələn, 50 şərab çəlləyi sifariş edirdisə, biz onu həll edirdik. Sonrada faiz məsələsində problem oldu. İki il sonra şirkəti satmaq qərarına gəldik. Lakin bazar təklif dəyərindən aşağı olduğu üçün satmadıq. Bundan sonra Martinlə münasibətim soyuqlaşdı və biz iki il danışmadıq.”
Tərəflərin sualına cavab olaraq şahid bildirib ki, şirkətin fəaliyyəti zamanı Fransa və İspaniya şirkətləri ilə əlaqə qurublar. Onların sifarişlərinin çatdırılmasını yerinə yetiriblər.
Şahid bildirib ki, 2023-cü ilin yay aylarında Bakıdakı kafelərin birində Martin ona deyib ki, Fransa səfirliyinin ağsaçlı əməkdaşlarından biri ona Afrikada hansısa ölkədə fəaliyyət göstərən şəxsə pul köçürməyi təklif edib. Martin həmin ağsaçlı şəxsin kəşfiyyatçı olduğu qənaətində olub.
Şahid həmçinin bildirib ki, 2023-cü ilin yay aylarında Martin onunla görüşmüş və görüş zamanı Fransa səfirliyinin əməkdaşlarından biri tərəfindən üzərində "fransız hərfləri” qeydləri olan klaviatura gətirəcəyini deyib. Martin Ryan həmin şəxslə Bakı şəhərində "Malakan bağı”nda görüşəcəklərini bildirərək ondan oraya birgə getməklərini xahiş edib. O da Martinlə birgə oraya gedib, bundan bir neçə dəqiqə sonra həmin şəxs də oraya gəlib. Görüş zamanı həmin şəxs adını ona bildirsə də, onun yadında həmin ad qalmayıb. Fransa səfirliyinin əməkdaşı görüş zamanı Martin Ryana klaviaturanı verdikdən sonra 5-10 dəqiqə Martinin Bakıdakı şərab satışı ilə bağlı onunla söhbət edib. Fransa səfirliyinin həmin əməkdaşı zahirən sarışın, saqqallı, təxminən 40-45 yaşlarında olan, orta çəkili, ortaboylu bir şəxs olub (ibtidai istintaq prosesində fotoşəkil üzrə tanınma zamanı şahid R.M. səfirliyin həmin əməkdaşını tanımışdır). Bu görüşdə Ü.Ə və Z.M. də onların yanında olub. Onun həmin görüş zamanı təcili işi yarandığından oradan ayrılıb, Martin Ryanla səfirliyin əməkdaşının söhbəti isə davam edib.
Şahid bildirib ki, görüşlərində söhbət zamanı Olqa adlı xanımın adı keçib: "Onun Martinlə əlaqəsi var idi. Martin söhbət zamanı Olqanın rus agenti olması barədə şübhələndiyini deyirdi. Lakin mən bunu ciddi qəbul etmirdim”.
Dövlət ittihamçısı şahidə Martinin casusluq etməsi, başqa şəxsləri buna təhrik etməsi ilə bağlı məlumatı və şübhəsi olub-olmaması ilə bağlı sual ünvanlayıb.
Şahid bildirib ki, bununla bağlı məlumatı olmayıb: "Onunla şirkətə görə iki il danışmamışam. Əgər məlumatım olsaydı, aidiyyəti strukturlara xəbər verərdim.
Şahid ifadələrinə münasibət bildirən Martin Ryan bildirib ki, onun oturum üçün icazəsi olmalı idi:
"Bunun üçün də direktor seçildim, aylıq 1500 manat maaş alırdım. Bundan əlavə təminatımı da verirdilər. Əgər mən Gürcüstanda oturum alsaydım, direktor R.M. də seçilə bilərdi”.
Məhkəmə digər şahidlərin ifadəsi ilə 12 yanvarda davam etdiriləcək.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən "Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
Xəbərin oxunma sayı : 193
Hadisə
Xəbərlər
-
Direktor bəraət alaraq azadlığa çıxdı - Evi özünə qaytarıldı
-
Yeni informasiya sistemi yaradılır - Prezident Fərman imzaladı
-
“Paytaxtda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb” - DİN
-
Kamran Əliyev Rumıniyada işgüzar səfərdədir - FOTOLAR
-
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə tutuldu - VİDEO
-
Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı - Aylığı 550 manat
-
İsrailin bu planının qarşısı alındı - Türkiyənin müdaxiləsindən sonra
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ələt azad iqtisadi zonasının ərazisi genişləndiriləcək - FƏRMAN
-
Sumqayıtda 1,9 milyonluq təmir... -“İS.M.M“ MMC şirkət kimindir?
-
Ruben Vardanyanın məhkəməsi: zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
-
Canavarlar daha bir kəndə hücum etdi - 13 qoyun tələf oldu
-
“AFEN Plaza“da partlayış nəyə görə olub? - Rəsmi Açıqlama
-
Martin Ryanın məhkəməsində şahidlər dindirildi - Casusluqda ittiham olunur
-
Robot kimi təqdim etdilər, insan çıxdı... - İranda qəribə olay + VİDEO
-
3 nəfərin öldüyü yanğına görə həbs olunan klinika direktorunun vergi borcu üzə çıxdı - FOTO
-
Ermənistan Hindistan qırıcılarının alışını dayandırır - "The Jerusalem Post"
-
“Bu hərəkətimə görə peşman deyiləm” - Samirə Əfəndi (VİDEO)
-
Moskva Ukrayna ilə bağlı yenilənmiş 19 maddəlik sülh planını almayıb - Peskov
-
“Azəri-Çıraq-Günəşli“ yatağında hasilat azalır - SƏBƏB
-
“Binəqədi Park” MMC-dən vətəndaşlar şikayət edir:Vergidən belə yayınıb
-
Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - Rəsmi reaksiya
-
Zabitlərin hərbi xidmət müddəti azaldıldı - Yeni qanun qəbul edildi
-
“Sülh sazişindən sonra Ukraynada təhlükəsizlik qüvvələri yerləşdirilə bilər” - Makron
-
MİDA 10 manat kapitalı olan şirkətlə müqavilə imzaladı - 20 milyonluq
-
Deputatlar bu ölkələrlə ilə viza ləğvinə “hə“ dedi - SİYAHI
-
Paşinyan kilsənin yeni tərkibini formalaşdırır - KİV
-
Yasamal Rayon İcra Hakimiyyəti 21 milyonu hara xərcləyib? - Şübhəli tender
-
ABŞ, Ukrayna və Rusiya Əbu-Dabidə qapalı danışıqlar aparırlar - “Financial Times“
-
Sabunçu rayonunda kanalizasiya suyu küçəyə axır - VİDEO
-
“Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət: “Pulumu alıb, lakin xidmət göstərməyib“
-
“Maradonanın ölüm günündə oynayacağıq“ - “Buna xüsusi diqqət yetirmişik...“
-
“Berlin“ klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş - TƏFƏRRÜAT
-
Gələn il işsizlikdən sığorta vəsaiti almaq hansı şərtlər çərçivəsində olacaq? - VİDEO
-
Paytaxt küçələrində xüsusi kameralarla hərəkət edən avtomobillər nədir? - VİDEO
-
Ukrayna planının əksər bəndləri razılaşdırılıb - Ağ Ev
-
Nərimanov rayonunda ev yanıb, 2 nəfər xəsarət alıb - VİDEO
-
Həcc ziyarətinə getmək istəyənlərə çağırış - VİDEO
-
Salyan şəhər 4 saylı tam orta məktəbdə qanun pozuntuları - Uşaqlar aylığa buraxılır?
-
Bakıdakı maşın bazarı Ağdama - Köçürüləcək
-
Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi - Video
-
Abadlaşan və gözəlləşən Kəlbəcər xoşbəxt gələcəyə doğru inamla addımlayır
-
Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız
-
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür
-
“Nigar qeyri-səmimidir“ - Elçindən sərt sözlər
-
Bakıda hansı avtobusları qadın sürücülər idarə edəcək? - VİDEO
-
Sosial şəbəkələrdə cəza hansı paylaşımlara görə veriləcək? - VİDEO
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
-
Vardanyanın məhkəməsində ifadələr dinlənilib - FOTOLAR
-
Samir Abasov istefa verməkdən imtina etdi - Ancaq Neftçi” onu yola saldı
-
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
-
Ramiz Mehdiyev vəkilindən imtina etdi - “Boz kardinal” nə düşünür?
-
Sənətçilərdən nazirliyinin əməkdaşı barədə açıq müraciət: “Məsuliyyət onun üzərindədir...”
-
Müsavat Partiyası Divanının növbəti iclası keçirilib - Nələr müzakirə edilib?
-
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTOLAR
-
Azərbaycan hotellərində Yeni ili qarşılamağın qiymətləri - SİYAHI
-
“Gürcüstanda “Ukrayna ssenarisi”nə imkan verilməyib“ - Kobaxidze
-
Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı vəzifəli şəxs həbs edildi - RƏSMİ
-
Bölgələrdə işləyənlər nə qədər maaş alır?-CƏDVƏL
-
Ukrayna sülh planında həll olunmamış məsələlər var - Antonio Koşta
-
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
-
Aldadıb 200 manat borc aldı - Həbs olundu
-
25 Noyabr Kəlbəcər Şəhəri Günü şanlı tariximizin qürurverici səhifəsidir
-
“8-ci km” bazarında quş kəsimi yeri bağlandı - VİDEO
-
Yeni ildə iş günlərinin yeri dəyişəcək - Tətil müddəti neçə gün olacaq?
-
Taksi adı altında narkokuryerlik edirmişlər - VİDEO
-
“Qarabağ”da çox sayda keyfiyyətli legioner var” - Konte
-
Azərbaycanda torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - ƏRAZİLƏR
-
“İsrail-HAMAS atəşkəsi həssasdır, BMT prosesə müdaxilə etməlidir“ - Ərdoğan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu - Vergi borcuna görə
-
Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır - Ayda 8 285 manat ödəyəcək
-
Eks-prezidentin oğlu saxlanıldı - Külli miqdarda silah, narkotik və pul götürülüb
-
“Rusiya və Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyiş mümkündür“ - Tramp
-
Azərbaycanda ən çox işsizlər bu rayonlardadır - CƏDVƏL
-
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili - FOTOLAR
-
İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı
-
Binaların altında hansı obyektlər fəaliyyət göstərə bilməz? - VİDEO
-
Naxçıvanda sahibkara cinayət işi açıldı - 3 nəfərin ölümünə görə
-
Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu “Ziraat Bank Azərbaycan“da görün nə baş verir?..
-
Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq - RƏSMİ
-
Rəhim Qazıyevin qızı ilə “Holcim Azərbaycan”ı nə bağlayır? - Şok iddialar var
-
“Müsəlman qardaşları”nı terror təşkilatı elan edəcəyik - Tramp
-
Partlayışda yaxınlıqdakı tikililərə də ziyan dəydi - Fotolar
-
Türk PUA-ları Afrikada – 16 ölkə “TB2“, “ANKA“ və “Aksunqur“ istifadə edir
-
“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi
-
“Böyük məmnuniyyətlə deyə bilərik ki, Türk dünyasını bir araya gətirən...“ - Hikmət Hacıyev
-
“Məhsul ucuzlaşdıqca, gəlir də aşağı düşür“ - Xalça bazarında yeni tendensiya
-
İşsizlərə 28 milyon manat ödəniləcək - Kimlər ala biləcək?
-
Prezident İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
-
Sosial şəbəkələrdə bu məlumatları yaymaq qadağan olunur - Həbs və cərimə müəyyənləşir
-
“AFEN Plaza”da partlayış - 7 nəfər xilas edilib, təhlükəsizlik tədbirləri görülüb+ VİDEO
-
Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş - FOTO
-
DTX-nin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində - Tarixi uğur
-
ABŞ-nin Ukrayna üzrə planı Cenevrə danışıqlarından sonra dəyişdirilib - KİV
-
Yeniyetmələr və soyuq silahlar: Zorakılığın artmasının səbəbləri nələrdir? (VİDEO)
-
Miras və vərəsəlik: Kim hansı əmlaka iddia edə bilər? (VİDEO)
-
Bu ərazilərdə partlayış səsi eşidiləcək - Xəbərdarlıq edildi
-
NZS-də yaşayış binası qəzalı vəziyyətə düşüb - VİDEO
-
Avropa 24 bəndlik sülh planını açıqladı - Tam mətn
-
Daha 30 ailə Zəngilana köçürüldü - FOTOLAR
-
“Ukrayna nümayəndə heyəti ilə görüşlərdən sonra sülh planına düzəlişlər etdik“ - Rubio
-
“Türkiyə Qəzzada beynəlxalq qüvvələrin tərkibində iştirakı ilə bağlı hələ qərar verməyib“ - Ərdoğan
-
Bakıdan yanmış binanın sakinlərinin aqibəti necə olacaq? - VİDEO
-
Alimlər qorxulu plan hazırlayıb: Günəşin parlaqlığını zəiflətmək istəyirlər
-
Xəzər çəkildikcə mistik tapıntılar çoxalır: Qədim meşənin qalıqları aşkar edilib
-
Nazirlik 10 nəşriyyat ilə müqavilə imzaladı - “Qanun Nəşriyyatı” siyahıda yoxdur
-
“ABŞ-nın planı Ukrayna üçün vacib olan bir neçə elementi nəzərə ala bilər“ - Zelenski
-
Yeni eşq qalmaqalı - keçmiş sevgilisinin dostu ilə birlikdə!
-
Azərbaycan İnvestisiya Holdinqi xarici şirkətdən pay almaq istəyir - Müqavilə
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - Dumana görə
-
3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
-
“Ukrayna Cenevrədə sülh planı üzrə danışıqlara başlayıb“ - Yermak
-
“Eks-ərimin bu addımına görə uşaqlarım havada qalıblar“ - Azərbaycanlı müğənni
-
“Çin Tacikistanla ticarət və investisiyaları artırmaq niyyətindədir“ - Van İ
-
Yanğın günü bağlı olan həmin qapı - VİDEO
-
Afrika daxildən parçalanır: Qitə ikiyə bölünəcək
-
“12 manata quzu əti” - Monqol əti Azərbaycan bazarına necə yol tapdı?
-
“Sülh təklifi ABŞ tərəfindən hazırlanıb“ - Marko Rubio
-
Bakının 4 rayonu və Abşeronun su təchizatında fasilə yaranacaq - Xəbərdarlıq
TOP 10
ARXİV




