| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Ruben Vardanyanın məhkəməsi: zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Tarix 21.11.25, 21:40 |
|
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 21-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab verən zərərçəkmiş Bəylər Şabanov qeyd edib ki, Suqovuşandan Ağdərə-Kəlbəcər istiqamətində hərəkət edərkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən içərisində olduqları “Niva” markalı avtomobilə atəşlər açılıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Zərərçəkmiş Kənan Rzazadə bildirib ki, Kəlbəcər rayonu ərazisində üzərində fərqlənmə nişanı olan tibbi yardım maşınında hərəkətdə olan zaman düşmən tərəfindən avtomobilin minaatan mərmisi ilə vurulması nəticədə o və həmin vaxt yanında olan Elvin Süleymanov yaralanıb.
Hasil Talıbov diqqətə çatdırıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində Fərid Mehbalı və Elşən Babazadə həlak olub, o, İlkin Vasalov, Mehdi Yusifov və daha bir neçə nəfər müxtəlif xəsarətlər alıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Zamin Əmralı qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində Fərid Rüstəmov və Nahid Məmmədov həlak olub, o, Fərid Məmmədov, Saleh Həsənov və daha bir neçə şəxs yaralanıb.
Zərərçəkmiş Orxan Ələsgərov ifadəsində bildirib ki, Kəlbəcər rayonunda düşmənin açdığı artilleriya atəşi nəticəsində xəsarət alıb, həmin vaxt yanında olan Sərxan Ömərov isə həlak olub.
Zərərçəkmiş İbrahim Mayıllı qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində Fərid Mehbalı, Təbriz Rəhimov həlak olub, o, Rahib Məmmədov, Seymur Həsənli və daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Alim Məhərrəmov bildirib ki, Qubadlı rayonu ərazisində düşmənin basdırdığı minaların təmizlənməsi işləri ilə məşğul olan zaman partlayış baş verib. Hadisə nəticəsində o, V.Nağıyev, E.Əlişanov və V.İbrahimov müxtəlif xəsarətlər alıblar.
Zərərçəkmiş Fərid Şahbazov bildirib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində o, Sadiq Şəkərov və Murad Əliyev yaralanıblar.
Zərərçəkmiş şəxs Pərviz Şirinov qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan qumbaranın yanında partlaması nəticəsində o, Elnur Soltanov və Sadiq Həmidov xəsarətlər alıblar.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən zərərçəkmişlər - Murtuz Namazov və Məhəmməd Gilmizliyev bildiriblər ki, Zəngilan rayonu ərazisində meşə yolunda düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər alıblar. M.Namazov başından yaralanıb, M.Gilmizliyevin isə sağ ayağı dizdən amputasiya olunub.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Sərxan İsgəndərov qeyd edib ki, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində düşmən tərəfindən avtomat silahdan açılmış atəşlər nəticəsində yaralanıb.
Zərərçəkmişlər Abdul Məlikov, Mərdan Allahverdiyev və Sahil Rəsulov bildiriblər ki, Ağdərə rayonunun Vəngli kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin və əl qumbaralarının yaxınlıqlarına düşərək partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmin hadisədə Zamin Həsrətov, Bayram Hüseynov, Tamerlan Rəşidli, Sübhan Abbasov, Rəvan Məmmədov, Emin Cəfərov da yaralanıblar.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Ramil Manafov qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin açdığı atəşlər nəticəsində xəsarət alıb.
Samir Əkbərov dedi ki, Ağdam rayonu ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarət almış şəxslərin təxliyəsi zamanı özü və yanında olan bir neçə şəxs də minaya düşüb və partlayış nəticəsində yaralanıblar.
Zərərçəkmiş Rüstəm Rüstəmov isə ifadəsində qeyd edib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində yaralanıb.
Ramal Bədəlli və Xəyal Hacıyev də ifadələrində müxtəlif istiqamətlərdə düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.
Daha sonra məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.























Xəbərin oxunma sayı : 199
Hadisə
Xəbərlər
-
“Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
-
“Neftçi“ daha bir milli üzvünün keçidini tamamlamaq üzrədir - DETALLAR
-
“Yasamalda yaşayış binasında yanğınla bağlı cinayət işi açılıb“ - Baş Prokurorluq
-
ABŞ Zelenskidən cavab gözləyir -Son tarix açıqlandı
-
“Nar” AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi - Fotolar
-
Son 10 ayda ölkədə 49,5 milyon ton yük daşınıb - CƏDVƏL
-
Yasamalda yaşayış binasında yanğın - Üç nəfər tüstüdən boğularaq ölüb +VİDEO
-
“ABŞ-ın Ukrayna planı hələ geniş müzakirə olunmayıb” - Putin
-
Nömrə nişanları 3 rəqəmli olacaq? - AÇIQLAMA
-
Ruben Vardanyanın məhkəməsi: zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
-
Prezidentin qızı və gəlini açılışda - FOTOLAR
-
Zahirəddin İbrahimovun həbs müddəti uzadıldı - 5 ay
-
“Ağır seçimlə üz-üzə qala bilərik” - Zelenski xalqa müraciət etdi
-
Babək prospektində təmir sexində yanğın, “Porsche” yanıb - Video
-
Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi - 262 min manata
-
Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu - VİDEO
-
Bu il 72 mindən çox körpə doğulub - RƏSMİ
-
Əliyevalar film festivalında - FOTOLAR
-
“ABŞ-nın hazırladığı sənəd üzərində çalışırıq“ - Zelenski
-
Dəmir pilləkəni aparan zaman ölüblər - “Lake Hotel“dəki faciənin təfərrüatı
-
1 milyona ev, 440 minə cip alan rektorun akademiyadakı milyonluq xərci - Görün nəyə xərclənib
-
“Zelenski indi qərar verməlidir, yoxsa gec olacaq“ - Peskov Zelenskini təhdid edib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
AYNA-nın bu maşınları sürücüləri cərimələyir - VİDEO/FOTO
-
Prezident Fərman imzaladı: DTX-nin yeni sistemi MİRAS yaradıldı
-
Binəqədi rayonunda 5 mərtəbəli binanın zirzəmisi obyektə çevrildi - İcazəni Hacıbaba Babayev verib?
-
Azərbaycanda üç səhmdar cəmiyyətinin səhmləri satışa çıxarılır - 10 manatdan
-
Kiberpolis əməliyyatlar keçirdi, 14 nəfər barəsində tədbir görüldü (VİDEO)
-
“Putin və Gerasimov yalan deyir...” - Ukrayna Baş Qərargahı bu bəyanatı təkzib etdi
-
Bir nəfərin dolanması üçün ən azı 443 manat lazımdır - Rəsmi statistikaya istinadən hesablama
-
Azərbaycanda 55 min nəfərin parolu ələ keçirilib - Xəbərdarlıq
-
Xəzərin suyu çəkildi, meşə qalıqları üzə çıxdı - VİDEO
-
Bakıda restoranda dəhşətli olay: 4 əməkdaşı elektrik cərəyanı vuraraq öldürüb
-
“Naxçıvan üçün güzəştli bir rejim yaradılır“ - Sahil Babayev
-
Azərbaycan bazarında Çin avtomobilləri bahalaşır - VİDEO
-
Vilayət Eyvazov Gürcüstana səfər etdi, saziş imzalandı - FOTO
-
Bərdədə at ətinin mal əti adı ilə satılmasının qarşısı alınıb – Fotolar
-
“Azərişıq”ın sədrinin birinci müavini Namiq Mənanın əmisi oğludur? - Açıqlama
-
Minimum əməkhaqqı gəlir vergisindən azad olunacaq? - Deputat MM-də məsələ qaldırdı
-
Ucuz kolbasa məhsullarından birinin tərkibində at əti aşkarlandı - VİDEO
-
Prezident bir sıra şəxslərə medal verdi - SİYAHI
-
“Kürəkənimin sevgilisi təzyiq edirdi” - Qətlə yetirilən Ayşənin anası
-
Ziya Məmmədovu həbsə aparacaq 100 milyonluq korrupsiya skandalı - Bakını tıxacaq salıb
-
Banklar daşınmaz əmlak kreditini hansı şərtlərlə verir? - CƏDVƏL
-
İki azyaşlı uşaq anası “ölüm kağızı”na görə sosial müavinət ala bilmir - VİDEO
-
“Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır“ - İlham Əliyev
-
“Binəqədi Park” MMC-nin səndəszi evləri necə satır? - ŞİKAYƏT
-
Xırdalanda bina sakinləri təhlükədə: İcra hakimiyyətindən gəlib baxıb gedirlər…
-
“Vasmoy“ bazarında antisanitar vəziyyət - Məsuliyyəti kim daşıyır?+Video
-
“Həyatını məktəbə həsr edən insanlar tapmaq istəyirik...“ - Nazir
-
Daha 325 nəfər azad edilmiş ərazilərə yola salındı - Fotolar
-
Tamştatlı müəllim axşam 6-dək işləyəcək? - VİDEO
-
“ABŞ Ukrayna ilə bağlı sülh planı üzərində ciddi şəkildə işləməyə davam edir“ - Ağ Ev
-
Bələdiyyə bina evlərindən torpaq vergisi tələb edə bilər? - VİDEO
-
YAP - dünənin, bu günün və sabahın partiyasıdır
-
Yeni Azərbaycan Partiyası - zəngin və şərəfli Zəfər yoludur
-
ABŞ millisinin baş məşqçisi Poçettino: “Mən süpürgəçi deyiləm!“
-
Laçın kəndlərinin torpaq potensialı yenidən qiymətləndirilib - NAZİR
-
“Təhlükəsizlik təminatları olmadan heç bir sənədin mənası yoxdur” - ZELENSKİ
-
Şəhidimizin oğurlanan mavi gitarada ifası - “Ana, əsgər gedirəm“ (VİDEO)
-
Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? - Özü açıqladı - Video
-
“Kənd təsərrüfatı məhsullarının ixracı ilk dəfə 1 milyard dolları keçib“ - Məcnun Məmmədov
-
Zədələnmiş yol nişanına görə sürücülər çaşqın vəziyyətdə - VİDEO
-
“Hazırda bir fəlakət yaşayırıq“ - Ərdoğandan xəbərdarlıq
-
Türk futbolunda mərc qalmaqalı: 638 futbolçu cəza aldı
-
Şəhid məzarlarından oğurluq edənlər saxlanıldı - RƏSMİ
-
“Caspian International” Hospitalda “unikal“ hadisə: həkimin pulu ələ keçirilib?
-
Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
-
Zərərçəkmişlərin ifadələri dinlənildi - Vardanyanın məhkəməsi + Fotolar
-
Azot gübrəsinin ixracı artıb: Cari ildə 153 milyon dollarlıq satış
-
Keti Perri ilə sabiq baş nazirin sevgi münasibəti - Yeni detallar açıqlandı
-
Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası
-
Sürücülərin nəzərinə: Bakıda yeni layihə icra olunur
-
Marketlərdə yumurta kəskin bahalaşıb – Başqa ölkələrə daha ucuz satılır
-
“ABŞ-nın sülh planı sanki Moskvada yazılıb“ - ATƏT sədri
-
DÇ-2026-nın pley-off püşkü atıldı - Türkiyənin rəqibi bəlli oldu
-
Yeni Azərbaycan Partiyası ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatıdır
-
“Nar”ın həyəcan dolu lotereyası - Növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
-
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq - İlk oxunuşdan keçdi
-
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam
-
Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Siyahı
-
“Hazırda bir fəlakət yaşayırıq“ - Ərdoğandan xəbərdarlıq
-
Nazir işsizliklə bağlı tədbirlərdən danışdı: “Gələn il 180 əmək yarmarkası keçriləcək“
-
“Ukrayna planını biz hazırlamamışıq...“ - Aİ-dən sərt açıqlama
-
“Rahat“ supermarketdən konfet aldı, içindən qurd çıxdı - FOTO
-
Ayan efirdə ağladı: “Özgə qismətisən, sevməməli idim“
-
Nömrədəki defisə görə cərimə dövrü bitdi QƏRAR
-
Bu mağazada saxta araqlar aşkarlandı - FOTOLAR
-
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL
-
İxtisarlar zamanı kimlərin işdə saxlanılma kimi imtiyazları var? - VİDEO
-
Qız atası ilə birləşib ərini öldürüb? - Biləcəridəki cinayətdə yeni detal
-
“Akıncı Kızılelma“dan tarixi uğur - “F-16“ təyyarəsini “vurdu“ + VİDEO
-
Putin Trampla Azərbaycan haqda nə danışıb? - VİDEO
-
Gəncədə yerləşən “Kuki Kids” bağçasında hadisə - Azyaşlı şiddətə məruz qaldı
-
Zal Yusifovun oğlu yenidən həbs edildi - Dələduzluğa görə
-
“Hər iki tərəf çətin güzəştlərə getməlidir” - Rubio “Tramp planı”ndan danışdı
-
Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi - Baş nazirdən qərar
-
Müəllimini aldadıb ona 355 min “atdı” - Atası bulvarda intihar etmişdi...
-
Türkiyədə Təhsil Haqqı: Nələrə Diqqət Edilməlidir?
-
ABŞ Dövlət katibinin müavini Şəhidlər xiyabanında - Fotolar
-
Hansı dövlət qurumları ləğv olunacaq? - Plan hazırlandı
-
Ukraynada atəşkəs noyabrın sonunadək razılaşdırıla bilər - “Politico“
-
Pedaqoji fakültələrin sayı azaldıla bilər - VİDEO
-
Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO
-
Marketdən alınan toyuğu bişirəndə rəngi bişəndə dəyişdi - VİDEO
-
Rəqsanənin borclu olduğu şəxs danışdı: “Onu biz buraxdırdıq“
-
ABŞ Ukraynaya dair yeni sülh təkliflərinə Kiyevin cavabını gözləyir - “Axios“
-
Tələbələr Qərbi Kaspi Universitetində tətbiq edilən bəzi qaydalardan narazıdırlar - VİDEO
-
Gələn il 450 minə yaxın şəxsin məşğulluğa cəlb olunması nəzərdə tutulur - RƏSMİ
-
20 Noyabr Ağdam Şəhəri Gününü xalqımız qürurverici anlarla qarşılayır
-
Ağdamın işğaldan azad edilməsi Azərbaycan tarixində əlamətdar bir hadisə olaraq qalacaq
-
Qarakənd faciəsindən 34 il ötür
-
Prezidentdən Ağdamla bağlı paylaşım - VİDEO
-
Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
-
“33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm“ - Səmra Hüseynova
-
İsrailin yenə atəşkəsi pozdu - Qəzzada 23 nəfəri qətlə yetirdi
-
Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? - VİDEO
-
Bəzi ərazilərdə qaz kəsiləcək - Sızma aşkarladı
TOP 10
ARXİV




