Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“ABŞ-ın Ukrayna planı hələ geniş müzakirə olunmayıb” - Putin

Tarix 21.11.25, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Vaşinqtonun Ukrayna üzrə irəli sürdüyü “sülh planı” barədə yeni açıqlama verib.

Putin bildirib ki, ABŞ administrasiyasının təklif etdiyi plan indiyədək yalnız ümumi konturlar ilə səsləndirilib və sənədin detalları ictimai müzakirəyə çıxarılmayıb.

Prezident bu fikirləri Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən toplantıda səsləndirib. Onun sözlərinə görə, Tramp administrasiyasının planı hələ avqust ayında, Alyaskanın Ankoric şəhərində baş tutan görüşdən öncə gündəmə gətirilib.

Putin bildirib ki, həmin danışıqlarda Rusiya tərəfi ABŞ-ın irəli sürdüyü təkliflərə prinsipial olaraq müsbət münasibət göstərib:

“Görüş zamanı, bütün çətinliklərə baxmayaraq, bu təkliflərin əsas prinsiplərini qəbul etməyə hazır olduğumuzu təsdiqlədik”.

Rusiya lideri əlavə edib ki, Moskva Ankoric görüşü zamanı da prosesə daha çevik yanaşmağa hazır olduğunu nümayiş etdirib və diplomatik səylərə açıq qalmaqda davam edir. 



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap