Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

AYNA-nın bu maşınları sürücüləri cərimələyir - VİDEO/FOTO

Tarix 21.11.25, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus xüsusi avtomobillərin reydlər keçirdiyi müşahidə olunur.

AzFakt.com BAKU.WS-ə istinadən xəbər verir ki, xüsusi avadanlıqlarla təchiz olunan həmin nəqliyyat vasitələri sürücülərin dayanma-durma qaydalarını, avtobus zolaqlarının qanunsuz zəbt edilməsini, eləcə də ümumi yol hərəkəti qaydalarının pozulmasını operativ şəkildə qeydə alır.

Mövzu ilə bağlı AYNA-dan bildirilib ki, sözügedən İ-patrul maşınları dövlət avtomobil yollarında təşkil olunmuş parklanma məntəqələrində parklanma qaydalarının pozulması hallarını aşkar edir: “İ-patrulların istifadə məqsədi fiziki müdaxiləni minimuma endirmək, çevik formada parklanma yerlərinin monitorinqini aparmaq və bununla parklanmanın nizamlı fəaliyyətini təmin etməkdir. Bu avtomobillərə quraşdırılmış kameralar vasitəsilə avtomatik rejimdə qayda pozuntuları müəyyən edilir, daha sonra isə məlumatlar yoxlanılır. Qayda pozuntusu təsdiqini tapdığı təqdirdə cərimə protokolu tətbiq olunur.

Xatırladaq ki, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladılmalıdır. Nəqliyyat vasitələrinin parklanması üçün xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladıldıqdan sonra ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir”.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap