Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azərbaycanda üç səhmdar cəmiyyətinin səhmləri satışa çıxarılır - 10 manatdan

Tarix 21.11.25, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə 23 dekabr tarixində təkrar pul hərracı keçiriləcək. Hərracda dövlətə məxsus səhmlərin satışa çıxarılması planlaşdırılır. Ümumilikdə üç səhmdar cəmiyyətinin səhmləri satışa təqdim olunacaq.

AzFakt.com xəbər verir ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər “Ağdaş Quşçuluq”, “Əli Bayramlı Kimyəvi Təmizləmə” və “İmişli Yağ Pendir”dir.

“Ağdaş Quşçuluq” ASC 1998-ci ildə yaradılıb və onun balansında 677 482,20 manat nizamnamə kapitalı mövcuddur. Səhmdar cəmiyyətin 338 741 ədəd buraxılmış səhminin 30,01 faizini təşkil edən 101 662 ədəd səhmi satışa çıxarılıb. Bir səhmin nominal dəyəri 2 manat olmaqla, ümumi nominal dəyər 203 324 manat, ilkin satış qiyməti isə 101 662 manat müəyyən edilib. Hərracda iştirak etmək üçün tələb olunan beh məbləği 10 166 manatdır.

“Əli Bayramlı Kimyəvi Təmizləmə” ASC 2007-ci ildə təsis edilib və Şirvan şəhərində yerləşir. 171 972 ədəd buraxılmış səhmin 44,84 faizini təşkil edən 77 108 səhmi satışa çıxarılıb. Bu səhmlərin nominal dəyəri 38 554 manat, ilkin satış qiyməti isə 19 277 manat təşkil edir. Beh məbləği 1 927 manatdır.

1997-ci ildə yaradılmış “İmişli Yağ Pendir” ASC-nin isə 119 109 ədəd səhminin 30,03 faizini təşkil edən 35 773 səhmi satışa çıxarılıb. Nominal dəyəri 71 546 manat olan bu səhmlər ilkin olaraq 35 773 manata təklif olunur. Beh məbləği isə 3 577 manatdır.

Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər sifarişlərini və tələb olunan digər sənədləri ən geci hərracın keçirilməsinə 3 bank günü qalanadək Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və ya İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı vasitəsilə təqdim etməlidirlər.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap