“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanda yanacaq balansı dəyişir: “Regionu biz təmin edirik“

Tarix 25.01.26, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Son aylarda açıqlanan rəsmi statistika Azərbaycanın yanacaq bazarında fərqli istehsal dinamikasını ortaya qoyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 13.8 min ton "Aİ-95" markalı avtomobil benzini istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 45.02 faiz azdır. Eyni zamanda, dizel yanacağı istehsalında artım müşahidə olunur. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 329.1 min ton dizel yanacağı istehsal edilib. Bu göstərici 2024-cü ilin 11 ayı ilə müqayisədə 18.4 faiz çoxdur. Bəs bu nə ilə əlaqədardır?

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Azərbaycanda yanacaq balansı dəyişir: Regionu biz təmin edirik

"Hər iki yanacaq növü üzrə tələbat sabitdir"

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, hazırkı statistik göstəricilər benzinə və ya dizelə tələbatın azalması ilə izah olunmamalıdır. Onun sözlərinə görə, hazırda ölkə daxilində hər iki yanacaq növü üzrə tələbat sabitdir: "Aİ-92" markalı avtomobil benzininə aylıq tələbat 120-130 min ton civarındadır. Səyahət mövsümündə, xüsusilə yay aylarında bu göstərici 150-160 min tona qədər yüksəlir. "Aİ-95" markalı benzinə olan aylıq tələbat isə təxminən 10 min ton səviyyəsində qalır. Dizel yanacağına aylıq tələbat isə 160-180 min ton arasında dəyişir".

Z. Vəliyevin fikrincə, məhz bu göstəricilər fonunda dizel istehsalının artırılması zəruri hesab olunur. Onun sözlərinə görə, dizeldə istehsal artımı bir neçə əsas faktorla əlaqəlidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işləri dizel yanacağına tələbatı əhəmiyyətli dərəcədə artırıb. Tikinti texnikası, ağır yük maşınları və infrastruktur layihələrində istifadə olunan avadanlıqlar əsasən dizel yanacağı ilə işlədiyi üçün bu sahədə istehlak artımı qaçılmazdır.

Azərbaycanda yanacaq balansı dəyişir: Regionu biz təmin edirik

"Regionu yanacaqla biz təmin edirik"

Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda ixrac və tranzit marşrutlarında baş verən dəyişikliklər də daxili yükdaşımaların həcminə təsir göstərib: "Beynəlxalq daşımaların bir hissəsinin alternativ marşrutlara yönəlməsi ölkə daxilində logistika fəallığını artırıb. Bu isə dizel yanacağına olan tələbatın yüksəlməsinə səbəb olub. Region ölkələrində də həm benzin, həm də dizel yanacağı ilə bağlı təchizat problemləri müşahidə olunur. Rusiyanın emal zavodlarının zərbə altına düşməsi və ixrac imkanlarının məhdudlaşması Qara dəniz regionu, Mərkəzi Asiya və Cənubi Qafqazda yanacaq təminatında çətinliklər yaradıb".

Azərbaycanda yanacaq balansı dəyişir: Regionu biz təmin edirik

Müsahibimiz qeyd edib ki, qonşu Türkmənistan və Özbəkistanda mövcud emal gücləri daxili tələbatı tam şəkildə qarşılamaq imkanına malik deyil: "Bu vəziyyət regionda əlavə yanacaq mənbələrinə ehtiyacı artırıb. Məhz bu səbəbdən Azərbaycan bu ilin aprel ayından etibarən Asiya istiqamətində həm dizel yanacağı, həm də benzin ixracını həyata keçirir. Onun sözlərinə görə, daxili tələbat ödənildikdən sonra artıq qalan həcmlər xarici bazarlara yönəldilir. Hazırda ayda 20-25 min ton dizel yanacağı Gürcüstana, 15-20 min ton isə Qara dəniz regionuna ixrac olunur".

Azərbaycanda yanacaq balansı dəyişir: Regionu biz təmin edirik

"Dizel daha sərfəlidir"

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəribli isə məsələyə daha çox istehlak və qiymət amilləri prizmasından yanaşır. Onun sözlərinə görə, dünyada olduğu kimi Azərbaycanda da benzin nisbətən baha yanacaq növü hesab olunur və bu da alternativ enerji mənbələrinə marağı artırır: "Son illər ekoloji təmiz avtomobillərin sayının artması benzinlə işləyən avtomobillərə marağı müəyyən qədər azaldıb. Bu proses benzinə olan tələbatın azalması kimi qiymətləndirilə bilər".

E.Qəribli dizel yanacağının artan rolunu isə onun daha qənaətli olması ilə izah edir. Onun sözlərinə görə, dizel yanacağı ilə işləyən avtomobillər və texniki avadanlıqlar yanacaq sərfiyyatına görə daha əlverişli hesab olunur: "Bu səbəbdən həm fərdi istifadəçilər, həm də təsərrüfat subyektləri dizelə üstünlük verirlər. Xüsusilə kənd təsərrüfatında dizel yanacağından geniş istifadə olunması bu sahədə tələbatın yüksək qalmasına təsir göstərir".

Azərbaycanda yanacaq balansı dəyişir: Regionu biz təmin edirik

İqtisadçı əlavə edib ki, dizellə işləyən avtomobillər Azərbaycanda hələ də aktiv şəkildə istifadə olunur: "Elektromobillər bazarda mövcud olsa da, onların geniş yayılması üçün infrastruktur və qiymət amilləri hələlik məhdudlaşdırıcı rol oynayır. Bu səbəbdən, əhali və biznes subyektləri ənənəvi yanacaq növlərindən, xüsusilə dizeldən istifadəni davam etdirir".



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap