Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Balakəndə 39 yaşlı kişi arvadı və bacanağını bıçaqlayıb - TƏFƏRRÜAT

Tarix 18.03.26, 9:37

Font ölçüsü : - / +
bitmap-img6


Balakən rayonunda 39 yaşlı kişi arvadına və bacanağına xəsarət yetirib.

AzFakt.com Demokrat.az-a istinadla xəbər verir ki, hadisə ötən ilin noyabrın 30-da rayonun kəndlərindən birində baş verib.

1987-ci il təvəllüdlü Elbəy arvadı Sevili və bacanağı Pərvizi bıçaqlayıb.

Həmin gün saat 22 radələrində Pərviz yaşadıqları evin həyətində yerləşən tikilinin otaqlarının birində gizlənib və "WhatsApp" vasitəsi ilə Elbəyin yoldaşı Sevilə həyətə düşməsi ilə bağlı mesaj yazıb.

Bundan xəbər tutan Elbəy orada onları izləyib və arvadının bacanağı ilə görüşməyə düşməsini gözləyib. Elbəy arvadı gələndən sonra qısqanclıq zəminində mətbəx bıçağı ilə arvadı və bacanağına zərbə yetirib.

Elbəyin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində başlanmış cinayət təqibinə "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.



Xəbərin oxunma sayı : 367




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap