“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Binəqədidə sürücülərə yaranan TƏHLÜKƏ - VİDEO

Tarix 28.06.26, 10:46

Font ölçüsü : - / +
bitmap-img6


Yolda yerləşən kommunikasiya xəttinin baxış qapağında yaranan çökmə sürücüyə baha başa gəlib.

Xezerxeber.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Görüntülərdən də aydın olur ki, rabitə lyukunun yerləşdiyi hissədə çökmə yaranıb. Bu isə həmin istiqamətdə hərəkət edən avtomobillər üçün riskli vəziyyət yaradıb.

Hadisə nəticəsində avtomobilə də ziyan dəyib. Sürücü deyir ki, maşın çökən baxış qapağının olduğu hissəyə düşdükdən sonra bir neçə detal sıradan çıxıb.

Hadisədən sonra əraziyə baxış keçirmək üçün biz də sözügedən ünvana getdik.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sözügedən çökmə yol örtüyündə deyil, "Aztelekom"a məxsus rabitə xəttinin baxış qapağının yerləşdiyi hissədə baş verib. Qurumdan qeyd olundu ki, problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.

Sürücüyə dəyən maddi ziyana gəlincə, hüquqşünasların sözlərinə görə, belə hallarda vətəndaş avtomobilinə dəymiş zərəri təsdiqləyən sənədləri toplamalıdır. Hadisə yerinin görüntüləri, avtomobilə dəyən ziyanla bağlı servis və ya ekspert rəyi, eləcə də digər sübutlar əsasında aidiyyəti quruma müraciət etmək mümkündür. Müraciət nəticə vermədiyi halda isə sürücü dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə üz tuta bilər.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap