Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Şirkətlər “Bank Respublika“dan milyonları çıxardı - Depozitlər kəskin azaldı

Tarix 16.07.26, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


“Bank Respublika” bu il əmanət portfelinin 260 mln. manata yaxın hissəsini itirib.

2026-cı ilin ilk yarısı üzrə bankın ümumi depozit portfelinin həcmi 1 mlrd. 99 mln. manata bərabər olub. Bu isə ilin əvvəli ilə müqayisədə 19% və ya 257,4 mln. manat azdır. İlin əvvəlində bankın depozit portfelinin cəmi həcmi 1 mlrd. 357,2 mln. manat təşkil etmişdi. 
Ən çox azalma “Bank Respublika”nın hüquqi şəxslər üzrə depozit portfelində müşahidə olunub. Şirkətlər 6 ayda bankdan 256 mln. manat vəsaiti geri çəkiblər. Belə ki, bankın hüqiqi şəxslər üzrə depozit portfeli ilin əvvəlində 753,4 mln. manat təşkil edibsə, bu il iyulun 1-nə 497,4 mln. manata qədər enib. Fiziki şəxslər üzrə portfeldə isə cüzi azalma müşahidə olunub. Əhalinin bankdakı əmanətləri 1,4 mln. manat azalaraq 603,7 mln. manatdan 602,3 mln. manata enib.  Sezar pizza

Ümumilikdə isə bankın cəmi öhdəlikləri bu ilin iyulun 1-nə 2 mlrd. 447,4 mln. təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2% azdır. Bundan əlavə, bankın cəmi aktivləri 0,3% azalaraq 2 mlrd. 717 mln. manata enib. (Plat.az)

Qeyd edək ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.



Xəbərin oxunma sayı : 421




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap