Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Ev alan vətəndaşlar çıxılmaz vəziyyətdə: “Üç ildir buradayıq, indi gəlib çıxarırlar“ (VİDEO)

Tarix 19.07.26, 23:31

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin İlqar Musayev küçəsində yerləşən yeni tikili binadan mənzil alan bir qrup sakin çətin vəziyyətlə üzləşib. Köçdükdən üç il sonra Rəşad adlı bir şəxs ortaya çıxaraq mənzillərin ona məxsus olduğunu iddia edib və sakinlərdən binanı boşaltmalarını tələb edib.

Sakinlərdən biri baş verənləri Baku TV-yə belə şərh edib:

"2023-cü ildə bu binadan iki mənzil almışam - birini özüm, digərini isə qardaşım üçün. İndi iddia qaldıran Rəşadı bu üç il ərzində binada bir dəfə də olsun görməmişik. Bizim tanıdığımız şəxs Orxan olub və alqı-satqı prosesini onunla həyata keçirmişik. Orxana sənədləri isə binanın ilk sahibi olan Ələddin verib. Ələddin beş dəfə məhkəmədə şəxsən iştirak edib və bildirib ki, torpağı və binanı Orxana satıb. O, yalnız binanın yuxarı hissəsində yerləşən 16 kvadratmetrlik sahəni Rəşada satdığını qeyd edib. Məhkəmə iclaslarının hər birində alqı-satqını Orxanla həyata keçirdiyini israrla təkrarlayıb".

Başqa bir sakin isə narazılığını belə ifadə edib:

"İnsanlar bu mənzillərə zəhmətlə qazandıqları pullarını veriblər, konfet kağızı yox. Rəşad məsuliyyətə cəlb olunmalıdır. Əgər bir aydan sonra insanları evlərindən çıxarsalar, onlar harada qalacaqlar?!"





Xəbərin oxunma sayı : 673




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap