Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?

Tarix 19.07.26, 8:41

Font ölçüsü : - / +
bitmap-img6


Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək.

Bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb.

O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiyi Konstitusiyaya 17-ci düzəlişi imzalayıb və bununla da onun səlahiyyətlərinə iyulun 20-si saat 00:00-dan etibarən xitam verilir. Əsas qanunun müddəalarına əsasən, bu tarixdən etibarən prezidentin vəzifələrini müvəqqəti olaraq Dövlət Məclisinin sədri Aqneş Forsthoffer yerinə yetirəcək.

Qeyd edək ki, Tamaş Şuyok sözügedən düzəlişi imzalamasına baxmayaraq, sənədi konstitusiyaya və demokratiya prinsiplərinə zidd hesab etdiyini bəyan edib. O, sənədin qüvvəyə minməsi ilə bağlı məsuliyyətin ölkənin yeni hökumətinin üzərinə düşdüyünü vurğulayıb.

Yeni hökumətin təşəbbüsü ilə parlament çoxluğu tərəfindən qəbul edilən 17-ci düzəlişə əsasən, sənəd qüvvəyə mindiyi andan etibarən hazırkı prezidentin səlahiyyətlərinə xitam verilir və parlament 30 gün ərzində yeni dövlət başçısını seçməlidir.

Yeni hökumət bu addımın səbəbini Tamaş Şuyokun vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi və hüququn aliliyinin təminatçısı kimi çıxış etməməsi ilə əsaslandırıb.



Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap