Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü“ edibmiş - VİDEO

Tarix 20.07.26, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən klinikalardan birində qadına qeyri-tibbi şəraitdə liposaksiya (piysorma) edildiyini əks etdirən görüntülər yayılıb.

Axşam.az-a açıqlama verən pasiyent əməliyyatla bağlı yaşadıqlarından danışıb. O bildirib ki, əməliyyat hazırda fəaliyyəti dayandırılan "Uğur 777” adlı kosmetoloji mərkəzdə həyata keçirilib. Onun sözlərinə görə, proseduru bir müddət əvvəl mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, "Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva icra edib:

"Əməliyyat ötən ilin fevralında olub. Bura kosmetoloji mərkəz idi. Mənə əməliyyat təklif etdilər, razılaşdım. Dedilər ki, axşam gəlib əməliyyata girim. Heç bir müayinə aparılmadan məni əməliyyata saldılar. Prosesin ortasında ayıldım, amma mənə yenidən anesteziya verilmədi. Əməliyyat bitəndən sonra da məni güclü ağrılar içində evə göndərdilər. Sonradan heç bir müayinə olunmadım, vəziyyətimlə maraqlanan olmadı. Evdə yalnız ağrıkəsicilər qəbul edərək qaldım. Həkimlə də əlaqə saxlaya bilmədim ki, vəziyyətimlə bağlı nəsə soruşum. İndi də həmin həkimin əlaqə nömrəsini tapa bilmirəm”.

Qeyd edək ki, diplomu və lisenziyası olmayan "Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva xəstələrə qarşı qeyri-etik davranışları ilə də gündəmə gəlib. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, indiyədək bununla bağlı hər hansı hüquqi addım atılmayıb.

Onun əməliyyat zamanı rəqs edərkən görüntüsü yayılmışdı. Daha sonra digər pasiyent Babayeva İnci Həsən qızı bildirib ki, "Büllur” klinikasında Gülbadə Abdullayevanın həyata keçirdiyi üzgərmə əməliyyatından sonra ciddi problemlərlə üzləşib. Onun sözlərinə görə, əməliyyatdan sonra üz sinirləri zədələnib və güclü ağrılar yaranıb.

O, "estetik cərrah” kimi fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi daha əvvəl bildirmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və onun tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.




Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap