Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Yay mövsümünün “ucuz“ tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər - VİDEO

Tarix 20.07.26, 11:12

Font ölçüsü : - / +
bitmap-img6


Cəmi 100 manat qarşılığında yaxta gəzintisi və ya dənizdə səhər yeməyi təklif edən sosial media səhifələri vətəndaşların diqqətini cəlb edir. Bu səhifələr insanları tələyə salaraq əvvəlcədən ödəniş tələb edir.

Pul köçürüldükdən sonra isə ya əlaqə kəsilir, ya da belə bir xidmətin, ümumiyyətlə, mövcud olmadığı üzə çıxır.

Ötən mövsüm oxşar saxta səhifələrlə bağlı tədbirlər görülsə də, bu yay eyni üsulla fəaliyyət göstərən hesabların sayı yenidən artmaqdadır.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Bir qədər diqqətli olmaq lazımdır. Süni intellekt dövründə yaşayırıq. İnsanlar həqiqətlə yalanı özləri ayırd etməyi bacarmalıdırlar", - deyə sakinlərdən biri bildirib.

"Bu dövrdə fırıldaqçılar çoxdur. Belə hallara göz yummaq olmaz", - deyə başqa bir sakin qeyd edib.

İnnovasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənov isə bildirib ki, belə hallarda ilk növbədə kampaniyanı təqdim edən şirkətin rəsmi olub-olmadığını araşdırmaq lazımdır:

"İlk növbədə axtarış platformaları və ya sosial media səhifələri vasitəsilə qarşınıza çıxan kampaniyanın nə dərəcədə rəsmi olduğunu yoxlamalısınız. Əksər hallarda hər hansı bir səhifə təqlid edilərək sosial mühəndislik üsulu ilə dələduzluq məqsədilə istifadə olunursa, bununla bağlı həmin şirkətin rəsmi kanallarında xəbərdarlıq yayımlanır.

Digər hallarda isə insanlara çox sadə şərtlər müqabilində böyük hədiyyələr, endirimlər və ya cəlbedici xidmətlər təklif olunur. Bu cür həddindən artıq sərfəli görünən təkliflərə şübhə ilə yanaşmaq və ödəniş etməzdən əvvəl məlumatları ətraflı yoxlamaq vacibdir".




Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap