Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

Tarix 23.07.26, 8:30

Font ölçüsü : - / +
bitmap-img6


Yay mövsümü ilə əlaqədar dənizkənarı istirahət məkanlarına axın artıb. Ancaq bəzi vətəndaşlar sahilə çıxışla bağlı məhdudiyyətlərlə üzləşdiklərini iddia edirlər.

Şüvəlanda çəkilən görüntülər də belə iddialardan birini gündəmə gətirib. Vətəndaş bildirir ki, dənizə keçmək istəyərkən ona ödənişli xidmətdən istifadə etməsi təklif olunub. Obyekt isə bildirir ki, məhdudiyyət sahilə yox, avtomobillə hərəkətə aiddir. Bəs qanun bu məsələ ilə bağlı nə deyir?

Xezerxeber.az-ın məlumatına görə, sözügedən görüntülər Şüvəlan qəsəbəsində, dəniz kənarında fəaliyət göstərən "Yelkən" İstirahət mərkəzində qeydə alınıb.

Kadrlarda giriş hissəsinin şlaqbaum və maneələrlə bağlandığı, çimərlik istiqamətində isə avtomobillərin park edildiyi görünür.

Şikayətçi Cavid Kolupayev iddia edir ki, nəqliyyat vasitələri əraziyə buraxıldığı halda, özü avtomobili ilə sahilə yaxınlaşmaq istəyərkən keçidə icazə verilməyib.

Şikayətçi bunun təkcə bir obyektə aid olmadığını da iddia edir. Onun sözlərinə görə, eyni ərazidə fəaliyyət göstərən digər istirahət məkanlarında da oxşar qaydalar tətbiq olunur.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Obyektin administratoru Kamal Hacıyev iddiaları qəbul etmədi. Bildirdi ki, söhbət vətəndaşların sahilə girişinin yox, çimərlik ərazisində insanların təhlükəsizliyini təmin etmək üçün avtomobillərin hərəkətinin məhdudlaşdırılmasından gedir. Avtomobilin içəri girməsinə yox, sahilə tərəf hərəkət etməsinə icazə verilməyib.

Qeyd edək ki Torpaq Məcəlləsinin 46-cı maddəsində Xəzər dənizinin sahilboyu zolağında vətəndaşların dənizə gediş-gəlişinin məhdudlaşdırıla bilməyəcəyi göstərilir. Belə məhdudiyyət yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik maraqları ilə bağlı müvafiq qərar qəbul edildiyi hallarda tətbiq oluna bilər. Hüquqşünasların sözlərinə görə, obyektlər təhlükəsizlik məqsədilə avtomobillərin hərəkətini tənzimləyə bilsələr də, bu, vətəndaşların dəniz sahilinə çıxış hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir.




Xəbərin oxunma sayı : 265




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap