Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə...

Tarix 22.07.26, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 20-21-də baş tutan Almaniya səfərində Prezident İlham Əliyev bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansleri Fridrix Merts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirib, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin  Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

Qeyd edilməlidir ki, bu gün Avropada yaşanan dərin enerji və digər böhranlar fonunda Azərbaycanla əməkdaşlığa yönələn cəhdlər artmaqdadır. Belə ki, hazırda Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Müasir geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib. Şimal marşrutunun müharibə və sanksiyalar səbəbindən əvvəlki funksionallığını itirməsi, cənub istiqamətində isə geosiyasi risklərin artması fonunda Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı və perspektivli marşrut kimi ön plana çıxıb. Bu dəhlizin mərkəzində yerləşən Azərbaycan artıq təkcə tranzit ölkəsi deyil, Avropanın “Global Gateway” strategiyasında mühüm geoiqtisadi tərəfdaş kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən formalaşan multimodal daşımalar sistemi Azərbaycanın bu dəhlizin əsas logistika qovşağına çevrildiyini göstərir. Məhz buna görə də Brüsselin Bakı ilə əməkdaşlığı bu gün enerji təhlükəsizliyi, logistika, rəqəmsal bağlantılar, yaşıl enerji və kritik xammal tədarükünü əhatə edən kompleks strateji tərəfdaşlıq məzmunu qazanıb.
Məhz geniş Avropa kontekstində Almaniya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Avropa İttifaqının ən böyük iqtisadiyyatı və sənaye lokomotivi olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas halqalarından biridir.
Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi, həmçinin SEFE ilə formalaşdırılan strateji əməkdaşlıq Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənub Qaz Dəhlizinin Avropa enerji bazarında sabit mənbə kimi rolunun güclənməsinə xidmət edir.
Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz də xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal tədarükünün şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır. Azərbaycan isə bu prosesdə Avropa ilə Asiya arasında logistika, enerji və iqtisadi əməkdaşlığın əsas qovşaqlarından biri kimi çıxış edir.
Prezidenti İlham Əliyev Berlində keçirilən görüşlərdən sonra birgə mətbuat konfransında imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldıracağına əminliyini bildirib. Dövlətimizin başçısı deyib: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.
Ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək”.
Vürğulanıb ki, bu gün Avropa İttifaqına üzv 10 ölkə Azərbaycandan qaz alır və bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. “Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin təxminən 1,5 milyard dollar təşkil etdiyini bildirib. İxracın əsas hissəsini xam neft təşkil edir. “Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər. Bu, həm daxili mənbələr, həm də enerji şirkətimiz SOCAR-ın treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər. Yəni burada hər hansı problem yoxdur”,- deyə Prezident İlham Əliyev vurğulayıb.
Federal Kansler Fridrix Merts Almaniya ilə Azərbaycan arasındakı münasibətlər çox dinamik şəkildə inkişaf etdiyindən mənmunluğunu bildirib. Onun sözlərinə görə, regionda daha böyük sabitliyin təmin olunması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Kansler bildirib ki, Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır. “Orta Şərqdə davam edən böhran fonunda neft, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir”, – deyə Fridrix Merts deyib.
Bakı ilə Berlin arasında iqtisadi tərəfdaşlığın inkişafında siyasi dialoqla yanaşı, iqtisadi diplomatiya da mühüm rol oynayır. Prezident İlham Əliyevin Almaniyaya səfərləri çərçivəsində aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər artıq ənənəvi xarakter alıb. Bu görüşlər Azərbaycanın investisiya imkanlarının təqdim olunması, yüksək texnologiyalar, yaşıl enerji, sənaye kooperasiyası, logistika və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

Seyidabbas Babayev,



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap