Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

AXCP-də nonses: Əli Kərimli onu tənqid edən Sahib Kərimlini partiyadan çıxardı – Məclis sədrinin isə qərardan xəbəri yoxdur

Tarix 28.03.17, 21:26

Font ölçüsü : - / +
bitmap-img6


AXCP sədri postuna keçmiş namizəd Sahib Kərimli partiya sıralarından çıxarılıb.

Bu barədə Sahib Kərimli özü facebook hesabında məlumat yayıb. "Deməli, dəfələrlə Əli Kərimlinin təşəbbüsü ilə AXCP Rəyasət Heyətində və Şəki rayon təşkilatında məni partiyadan çıxarmaqla bağlı müzakirələr açılsa da, qərar qəbul etmək mümkün olmamışdı. İndi məlum olur ki, şöbə sədri Facebook profilində qeyd yazıb ki, Şəki şöbəsinin Məclisində guya partiyadan xaric olunmağımla bağlı yekdilliklə qərar qəbul edilib. Bütün saxtakarlıqlar bir tərəfə, təkcə onu qeyd edim ki, Məclis sədri Elsad Hesenovla əlaqə saxladım, onun bu qərardan xəbəri yoxdur”.

Sahib Kərimli qeyd edib ki, AXCP sədri Əli Kərimli 2018-ci ilə kimi ona tanıdığı zamanı gözləməyə cəsarət etməyib, ictimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və antidemokratik yolla susdurmaq yolunu tutub:

"Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəyəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacağam. Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir. Qərara qarşı bu gün başlayacağım fəaliyyəti öz lehinə çevirib, ictimai rəyi yenidən çaşdırmasına imkan verməyəcəyəm. Bu qədəri ilə hələlik kifayətlənirəm. Buyurun Əli Kərimli, cəmiyyətdə ciddi sosial problemlər var, hakimiyyətdən narazılıq üst səviyyədədir və partiya daxilində sizə mane olan yoxdur. 2018-ci ilin prezident seçkiləri şansınız var. Bacarmayacağınız təqdirdə istefa verməlisiniz”.



Xəbərin oxunma sayı : 202




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap