Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı

Tarix 19.04.17, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Aygün Kazımovanın illər əvvəl oxuduğu “İtkin gəlin” mahnısı ilə bağlı yeni fakt ortaya çıxıb

Axşam.az-ın məlumatına görə, musiqisi Cavanşir Quliyev, sözləri Əlibala Hacızadəyə məxsus mahnını türkiyəli müğənni Neşe Karaböcek oğurlayıb. Sənətçi “Bir gözünlə ağla, bir gözünlə gül” adı verdiyi mahnını 1996-cı ildə buraxdığı “Bir tanem” adlı albomuna daxil edib. Albomda isə mahnının söz müəllifi kimi Neşe Karaböcekin öz adı yazılıb. Musiqi müəllifi isə anonim qeyd olunub.

A.Kazımova məsələyə münasibət bildirib. O bildirib ki, məslədən xəbərsiz olub:

"Bu məsələni yeni öyrənmişəm. Türklər hər zaman bizim mahnılara anonim yazırlar. Bu bizik, mahnı oxuyanda, harda nə məlumat var öyrənirik ki, haqqını tapdalamayaq, müəllif hüquqlarını pozmayaq. Bunla bağlı Cavanşir Quliyevlə də danışmışam, nəsə etməyi düşünmürük".

C.Quliyev isə bunla bağlı vəkilə müraciət etdiyini, amma heç bir nəticə ala bilmədiyini söyləyib:

"Neşe bu mahnını hələ 90-cı illərdə oxuyub. Həmin ərəfədə onu axtardım, amma Türkiyədən köçmüşdü, Amerikada yaşayırdı. Bir vəkil tutdum, Aygün Kazımovanın da ifasını ona verdim. Notariusdan vəkalətnamə təqdim etdim ki, məsələylə maraqlansın. O da cavab verdi ki, Neşe artıq Amerikaya köçüb, heç bir şey edə bilmərik. Nə edək ki... Mahnıya yeni sözlər yazıb”.

Qeyd edək ki, Aygün Kazımova “İtkin gəlin” mahnısını 1994-cü ildə oxuyub.



Xəbərin oxunma sayı : 505




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap