Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan üçün kritik gün: 3.3 milyard dollarlıq borca görə danışıqlar başlayır

Tarix 23.05.17, 16:48

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Londonda Azərbaycan Beynəlxalq Bankının 3.3 milyard dollarlıq xarici borcunun restrukurizasiyası ilə bağlı investorlarla danışıqlar başlayır. 

Virtualaz.org xəbər verir ki, danışıqlar “White & Case LLP” beynəlxalq hüquq firmasının London ofisində keçiriləcək. Bu şirkət hökumətlərə, investorlara və maliyyə institutlarına öz aralarındakı mübahisələri nizamlamaq üçün hüquqi yardım göstətir.

Xəbər verildiyi kimi Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcları üzrə ödənişləri dayandırıb və xarici aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəmsində müflisləşmə iddiası qaldırıb. Bankın kreditorları Avropa və ABŞ-ın bir sıra aparıcı maliyyə institutlarıdır. Azərbaycan Beynəlxalq Bankı cəmi 37 investora borcludur. Onlardan ən irisi “Cargill Financial Services International Inc.” investisiya şirkətidir.

beynelxalq-bank-bina

Əgər investorlarla danışıqlar uğurlu alınsa bankın xarici borcları Azərbaycan dövlətinə transfer ediləcək. Lakin qərar investorlar arasında səs çoxluğu ilə qəbul edilməlidir. “The Wall Street Journal” qəzetinin yazdığına görə borcların restrukturizasiyası barədə bəyanat və bankın Nyu-York məhkəməsində müflisləşmə iddiası qaldırması investorlar üçün sürpriz olub.
İnvestorlarla danışıqlar üçün Londona yola düşən nümayəndə heyətinin tərkibi məlum deyil. Lakin heyətə maliyyə naziri Samir Şərifovun başçılıq edəcəyi gözlənilir. İnvestorlarla danışıqlarda bankın məsləhətçisi qismində “White & Cas” və “Lazard Freres” şirkətləri çıxış edirlər.




Xəbərin oxunma sayı : 175




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap