Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur “Maşın” şoudan MTRŞ-yə cavab
Axtar
 
  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

  • / Maqazin / — 14 Oktyabr 2017

    Maral Tahirqızı həbsdən azad olundu

Azərbaycanda bir neçə növ məhsulun satışına icazə verilmədi

Tarix 12.08.17, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


2017-ci ilin birinci yarım ili ərzində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyinin laboratoriya şöbəsində sanitariya-kimyəvi göstəricilər üzrə 6381 müayinə, sanitar-bakterioloji – 4785 müayinə, toksiloji – isə 5550 müayinə aparılıb.

Trend-in məlumatına görə, onlardan 6 nümunə (quş əti farşı və dərisi) sanitar-kimyəvi müayinələrə, 1 nümunə süd məhsulu və 1 nümunə isə bioloji aktiv əlavə sanitar-bakterioloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib və bu məhsullar gigiyena qeydiyyatına alınmayaraq realizasiyasına icazə verilməyib.

Qeyd edək ki, Azərbaycana idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Belə ki, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırılıdıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür. Nümunələr təhlükəsizlik göstəricilərinə görə müayinə edilir və nəticələrə əsasən məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir.

Dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə vaxt itirilmədən məlumat olur.



Xəbərin oxunma sayı : 214

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda